Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1789/2025 05.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı “Azərmaş Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Azərmaş Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, lizinq obyekti olan 2024-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya geri qaytarılması, 30 iyul 2024-cü il tarixli AZL-3765 nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 iyul 2025-ci il tarixə hesablanmış 986,64 (doqquz yüz səksən altı manat, altmış dörd qəpik) manat məbləğində gecikdirilmiş əsas borc, 1217,33 (min iki yüz on yeddi manat, otuz üç qəpik) manat məbləğində gecikdirilmiş mükafat borcu, 490,3 (dörd yüz doxsan manat, otuz qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2694,27 (iki min altı yüz doxsan dörd manat, iyirmi yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli e-2(027)-2255/2025 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “avtomaşının və borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə e-2(027)-2255/2025 nömrəli mülki işin məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “Azərmaş Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti 02 oktyabr 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 30 iyul 2024-cü il tarixli AZL-3765 nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 sentyabr 2025-ci il tarixə hesablanmış 1503,7 (min beş yüz üç manat, yetmiş qəpik) manat məbləğində gecikdirilmiş əsas borc, 1807,94 (min səkkiz yüz yeddi manat, doxsan dörd qəpik) manat məbləğində gecikdirilmiş mükafat borcu, 1685,18 (min altı yüz səksən beş manat, on səkkiz qəpik) manat məbləğində dəbbə pulu və “Chevrolet Cobalt LTZ” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2547,8 (iki min beş yüz qırx yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 7544,62 (yeddi min beş yüz qırx dörd manat, altmış iki qəpik) manat məbləğində borcun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı 05 dekabr 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında razılıq əldə edildiyindən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “borcun tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı “Azərmaş Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi təmin edilsin. İddiaçı “Azərmaş Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1789/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1789/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver