Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-18/2021 12.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e- 2-2(119)-18/2021 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14 may 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13234 (on üç min iki yüz otuz dörd) manat məbləğində əsas borcun, 1786,59 (min yeddi yüz səksən altı manat 59 qəpik) manat məbləğində cərimənin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi üzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Prezidentinin “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli Fərmanı ilə adı və səlahiyyətləri dəyişdirilmiş "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsində nəzərdə tutulan mübahisənin mahiyyəti üzrə düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin işə qoşulması və əsl iddiaçının iştirakı ilə məhkəmə araşdırılmasının davam etdirilməsi məqsədi ilə dayandırılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 15 sentyabr 2021-ci ildə məhkəməyə daxil olmuş 13 sentyabr 2021-ci il tarixli ərizəsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-18/2021 nömrəli kommersiya işinin icraatının təzələnməsi və iddiaçının iş üzrə əsl iddiaçı olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnərək, məhkəmə baxışı davam etdirilmiş və iş üzrə “iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti” əsl iddiaçı olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. Kommersiya işi üzrə 12 noyabr 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə gəlmiş, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh isə gəlməmişdir. Həmin məhkəmə iclasında aparılan araşdırma zamanı iş materialları və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 iyun 2018-ci il tarixli 749- L/18 nömrəli lizinq müqaviləsi bağlanarkən sonuncunun 16 may 2017-ci ildə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatlara istinad edilərək, həmin şəxsiyyət vəsiqəsinə əsasən Cavabdeh rəsmi qeydiyyat ünvanı kimi ünvan 10-ci ildə hazırkı iddia ərizəsi ərazi aidiyyətinə görə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunmuşdur. Lakin, Cavabdeh 17 avqust 2019-cu ildə AA ******* nömrəli yeni şəxsiyyət vəsiqəsi almış və hal-hazırda qüvvədə olan həmin şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunur ki, halhazırda və eləcə də, 14 may 2020-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 1, mənzil 51 ünvanında rəsmi qeydiyyatdadır. Yəni, iddiaçı məhkəməyə müraciət olunarkən tərəflər arasında bağlanmış lizinq müqaviləsində olan məlumatlar əsasında hazırkı iddia ərzəsi ilə Cavabdeh 16 may 2017-ci ildə verilmiş şəxsiyyət vəsiqəsində olan rəsmi qeydiyyatı barədə məlumatlara əsasən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Halbuki, hazırkı iddia ərizəsi ilə 14 may 2020-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunarkən Cavabdeh 17 avqust 2019-cu ildə almış olduğu şəxsiyyət vəsiqəsi olmuş və həmin şəxsiyyət vəsiqəsində isə onun rəsmi qeydiyyatının Bakı şəhəri, ünvan 2 ünvanı) olduğu göstərilmişdir. Göründüyü kimi, hazırkı iddia ərizəsi ilə 14 may 2020-ci ildə məhkəməyə müraciət olunarkən cavabdehin 17 avqust 2019-cu ildən mövcud olan rəsmi qeydiyyat ünvanı nəzərə alınmamışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə hal-hazırda iş üzrə Cavabdeh rəsmi qeydiyyatının Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 1, mənzil 51 ünvanında olduğuna görə, hazırkı kommersiya işinin də ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh rəsmi qeydiyyat ünvanı ünvan 4iyyatda olduğu həmin ərazi vahidi, yəni “Bakı şəhərinin Nəsimi rayonu” Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2- 2(119)-18/2021 nömrəli kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 44-45, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-18/2021 nömrəli kommersiya işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-18/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-18/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver