Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-180/2024 23.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızına qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızına qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2814,25 (iki min səkkiz yüz iyirmi beş qəpik) manat məbləğində əsas borc, 1770,30 (min yeddi yüz yetmiş manat otuz qəpik) manat məbləğində ödənişi gecikdirməyə görə dəbbə pulu, 1878,52 (min səkkiz yüz yetmiş səkkiz manat əlli iki qəpik) manat məbləğində əldən çıxmış fayda məbləği, mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci, 1600 (min altı yüz) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqı və 32 (otuz iki) manat dövlət rüsumu olmaqla, cəmi 8165,07 (səkkiz min yüz altmış beş manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 ilə İddiaçı MMC arasında 15 sentyabr 2021-ci il tarixli 117RTL-0921ERC saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı (İddiaçı MMC) alıcıya (X4) onun sifarişi əsasında müqavilə ilə müəyyən edilmiş məhsulları (mal) satmağı, alıcı (X4) isə həmin malı qəbul edərək müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşlər. Müqavilə qüvvəyə mindikdən sonra tərəflər öz öhdəliklərini yerinə yetirməyə başlamışlar və İddiaçı MMC tərəfindən cavabdeh X3 mal satılmış, satılan mallar üzrə cavabdehə 2814,25 manat ödənişlə bağlı EBBT № 542657 nömrəli 30 mart 2022-ci il tarixli elektron qaimə göndərilmişdir. Lakin cavabdeh tərəfindən aldığı mallar üzrə ödəniş etməmiş və İddiaçı MMC-yə 2814,25 (iki min səkkiz yüz on dörd manat iyirmi beş qəpik) manat məbləğində borcu qalmışdır. Borc məbləğinə dair cavabdeh X4 ilə 31 mart 2022-ci il tarixində “Qarşılıqlı üzləşmə aktı” imzalanmışdır. Borcun qaytarılması üçün cavabdeh X3 dəfələrlə müraciətlər edilsə də, bunun nəticəsi olmamışdır. Cavabdeh X3 03 may 2023-cü və 11 avqust 2023-cü il tarixli pretenziya məktubları göndərilmiş və İddiaçı MMC-yə olan 2814,25 manat məbləğində borcun qaytarılması tələb edilmişdir. Daha sonra cavabdeh X3 28 sentyabr 2023-cü il tarixində e-məhkəmə portalı vasitəsilə P3239/2023 saylı, 15 noyabr 2023-cü il tarixində isə e-taxes.gov.az portalı vasitəsilə ******* saylı məktublarla pretenziya göndərilmişdir. Lakin cavabdeh X4 tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Borcun qaytarılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Mediasiya Şurasına müraciət edilmişdir. Lakin Qusar 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasına (İMS) iştirak edilməməsi barədə” 18 dekabr 2023-cü il tarixli MŞQ/MT-027/2023-02007 nömrəli arayışa əsasən cavabdeh X4 mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızına qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı X4 (VÖEN **********) arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli 117RTL-0921ERC nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilə ilə müəyyən edilmiş məhsulları satmağı, alıcı isə həmin malları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən, malların təhvil verildiyi gün elektron qaimə və hesab-faktura təqdim olunur. Malların dəyəri satıcı tərəfindn alıcıya hesab faktura təqdim edilməsindən sonra 30 gün ərzində ödənilir. Həmin Müqavilənin 4.8-ci bəndinə əsasən, lazımi qaydada ödənişə dair öhdəliklər pozulduqda, alıcı satıcıya hər gecikən gün üçün ödənilməmiş məbləğin 0,1 faizi nisbətində cərimə ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən X3 2814,25 (iki min səkkiz yüz iyirmi beş qəpik) manat dəyərində malların satılması ilə əlaqədar 30 mart 2022-ci il tarixli, EBBT seriyalı 542657 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli 117RTL-0921ERC nömrəli müqavilə üzrə satıcı İddiaçı nümayəndəsi və alıcı X4 tərəfindən imzalanmış Qarşılıqlı üzləşmə aktına əsasən 31 mart 2022-ci il tarixə alıcı X1 İddiaçınə 2814,25 (iki min səkkiz yüz iyirmi beş qəpik) manat borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızı arasında 15 sentyabr 2021-ci il tarixli 117RTL-0921ERC nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehdə müvafiq mallar təhvil verilmiş, lakin cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək təhvil verilən malların dəyərini ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 2814,25 (iki min səkkiz yüz iyirmi beş qəpik) manat məbləğində əsas borc, 1770,30 (min yeddi yüz yetmiş manat otuz qəpik) manat məbləğində ödənişi gecikdirməyə görə dəbbə pulu, 1878,52 (min səkkiz yüz yetmiş səkkiz manat əlli iki qəpik) manat məbləğində əldən çıxmış fayda məbləği, mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci, 1600 (min altı yüz) manat vəkilin göstərdiyi yardıma görə xərc və 32 (otuz iki) manat dövlət rüsumu olmaqla, cəmi 8165,07 (səkkiz min yüz altmış beş manat yeddi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh X4 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 70 (yetmiş) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızı ilə İddiaçı arasında 15 sentyabr 2021-ci il tarixli 117RTL-0921ERC nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 2814,25 (iki min səkkiz yüz iyirmi beş qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 1770,30 (min yeddi yüz yetmiş manat otuz qəpik) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 140 (yüz qırx) manat məbləğində cərimə tutulmalıdır. Məhkəmə cavabdehdən 1878,52 (min səkkiz yüz yetmiş səkkiz manat əlli iki qəpik) manat məbləğində əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. İddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 1600 (bir min altı yüz) manat məbləğində xidmət haqqının” tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 1600 (bir min altı yüz) manat məbləğində xidmət haqqı ağlabatan və əsaslı olmadığından iddia həmin hissədə qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə 300 (üç yüz) manat məbləğində xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 18 dekabr 2023-cü il tarixli MŞQ/MT-027/2023-02007 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” arayışdan görünür ki, cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızı ilkin mediasiya sessiyasında iştirak etməmiş və mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızından tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızından 2814,25 (iki min səkkiz yüz iyirmi beş qəpik) manat məbləğində əsas bоrc,140 (yüz qırx) manat məbləğində cərimə, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3324,25 (üç min üç yüz iyirmi dörd manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 49,54 (qırx doqquz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızından dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızından 2814,25 (iki min səkkiz yüz iyirmi beş qəpik) manat məbləğində əsas borc, 140 (yüz qırx) manat məbləğində cərimə, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3324,25 (üç min üç yüz iyirmi dörd manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Allahverdiyeva (Abbasova) Aygün Əhəd qızından dövlət nəfinə 49,54 (qırx doqquz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-180/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-180/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver