Məhkəmə qərarları › İş №e-2-2(119)-1803/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1803/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1803/2022 29.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 56950 (əlli altı min doqquz yüz əlli) manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 410 manat məbləğində haqqın "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh direktoru X4 tərəfindən mübahisə üzrə tərtib olunaraq imzalanmış 21 dekabr 2022-ci il tarixli Barışıq sazişi məhkəməyə təqdim edilmiş və həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 21 dekabr 2022-ci il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında Barışıq sazişi bağlanmış və həmin Barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin barışıq sazişi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh “Prestij Kimya" Məhdud Məsuliyyətli Cəmiyyəti öz aralarında iddia barəsində mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll edirlər və aşağıdakı razılığa gəlmişlər:

1. Cavabdeh “Prestij Kimya" Məhdud Məsuliyyətli Cəmiyyəti 01 dekabr 2022-ci və 20 dekabr 2022-ci il tarixlərində ayrı-ayrılıqda 10000 manat olmaqla, cəmi 20000 manat məbləğində pulu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bankdakı hesablaşma hesabına ödəmişdir. 21 dekabr 2022-ci il tarixinə qalıq borc 36950 manat təşkil edir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödənilməmiş borc üzrə iddia tələbinin həcmini azaldır və 36950 manat ödənilməsini tələb edir.

2. Bu barışıq sazişi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh “Prestij Kimya" Məhdud Məsuliyyətli Cəmiyyəti öz aralarında iddia barəsində mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll edirlər və aşağıdakı razılığa gəlirlər.

3. Bu barışıq sazişi üzrə cavabdeh “Prestij Kimya" Məhdud Məsuliyyətli Cəmiyyəti: 3.1. Cavabdeh “Prestij-Kimya" MMC iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona qarşı irəli sürülən qalan 36950 (otuz altı min doqquz yüz əlli manat) məbləğində borcunun mövcudluğunu qeyri-şərtsiz etiraf edir və həmin borc tələbi barədə iddianı qəbul edir. 3.2. İlkin mediasıya sessiyası zamanı mediasıya xidmətinin göstərilməsinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 410 manat məbləğində haqqın iddiaçıya qaytarılmasını öhdəsinə götürür. 3.3. Cavabdeh öhdəsinə götürür ki, 36950 (otuz altı min doqquz yüz əlli) manat məbləğində borcu və 410 manat məbləğində ilkin mediasiya xidmətinin göstərilməsinə görə xərci, cəmi 37360 (otuz yeddi min üç yüz altmış) manat məbləğində vəsaiti barışıq sazişi qüvvəyə mindikdən sonra 3 (üç) ay müddətində hissələrlə bank hesabına köçürmə yolu ilə iddiaçıya ödəyəcəkdir. 30 yanvar 2023-cü il tarixində 12450 manat; 28 fevral 2023cü il tarixində 12450 manat; 31 mart 2023-cü il tarixində 12460 manat. 3.4. Bu sazişin 3.3-cü bəndində nəzərdə tutulmuş tarixlər borc vəsaitinin ödənilməsinin son tarixidir və cavabdeh borc vəsaitinin həmin tarixlərədək ödənilməsi üçün çalışacaqdır. Tərəflər razılığa gəlirlər ki, əgər ödəniş qeyri-iş günü, fövqəladə və ya hərbi vəziyyət, qarşısıalınmaz qüvvənin təsiri nəticəsində və digər üzrlü səbəblər istisna olmaqla, razılaşdırılmış günədək ödənilməzsə, cavabdeh iddiaçıya hər gecikdirilən gün üçün ödənilməli olan 12450 manatın 1%-i (bir faizi) məbləğində peniya ödəyəcəkdir.

4. Bu barışıq sazişi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti: 4.1.Bu barışıq sazişi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti bu barışıq sazişinin 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulmuş ödəniş qaydasını və müddətlərini qəbul edir, cavabdehdən ödənişləri həmin müddətlərdən tez tələb etmir 4.2. Bu sazişin 3-cü bəndində nəzərdə tutulmuş müddətlərdən tez barışıq sazişinin ləğv edilməsini tələb etmir, cavabdehə qarşı yeni iddia irəli sürmür və müvəqqəti təminat tədbirlərinin həyata keçirilməsini tələb etmir.

5. Tərəflərə aydındır ki, hazırkı işi barışıq sazişi ilə başa çatdırdıqları üçün gələcəkdə bir-birinə qarşı eyni predmetlə bağlı iddia ilə məhkəməyə müraciət edə bilməzlər.

6. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 21 dekabr 2022-ci il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli Barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 1803/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh “Prestij Kimya" Məhdud Məsuliyyətli Cəmiyyəti 01 dekabr 2022-ci və 20 dekabr 2022-ci il tarixlərində ayrı-ayrılıqda 10000 manat olmaqla, cəmi 20000 manat məbləğində pulu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bankdakı hesablaşma hesabına ödəmişdir. 21 dekabr 2022-ci il tarixinə qalıq borc 36950 manat təşkil edir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödənilməmiş borc üzrə iddia tələbinin həcmini azaldır və 36950 manat ödənilməsini tələb edir.

2. Bu barışıq sazişi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh “Prestij Kimya" Məhdud Məsuliyyətli Cəmiyyəti öz aralarında iddia barəsində mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll edirlər və aşağıdakı razılığa gəlirlər.

3. Bu barışıq sazişi üzrə cavabdeh “Prestij Kimya" Məhdud Məsuliyyətli Cəmiyyəti: 3.1. Cavabdeh “Prestij-Kimya" MMC iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona qarşı irəli sürülən qalan 36950 (otuz altı min doqquz yüz əlli manat) məbləğində borcunun mövcudluğunu qeyri-şərtsiz etiraf edir və həmin borc tələbi barədə iddianı qəbul edir. 3.2. İlkin mediasıya sessiyası zamanı mediasıya xidmətinin göstərilməsinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 410 manat məbləğində haqqın iddiaçıya qaytarılmasını öhdəsinə götürür. 3.3. Cavabdeh öhdəsinə götürür ki, 36950 (otuz altı min doqquz yüz əlli) manat məbləğində borcu və 410 manat məbləğində ilkin mediasiya xidmətinin göstərilməsinə görə xərci, cəmi 37360 (otuz yeddi min üç yüz altmış) manat məbləğində vəsaiti barışıq sazişi qüvvəyə mindikdən sonra 3 (üç) ay müddətində hissələrlə bank hesabına köçürmə yolu ilə iddiaçıya ödəyəcəkdir. 30 yanvar 2023-cü il tarixində 12450 manat; 28 fevral 2023cü il tarixində 12450 manat; 31 mart 2023-cü il tarixində 12460 manat. 3.4. Bu sazişin 3.3-cü bəndində nəzərdə tutulmuş tarixlər borc vəsaitinin ödənilməsinin son tarixidir və cavabdeh borc vəsaitinin həmin tarixlərədək ödənilməsi üçün çalışacaqdır. Tərəflər razılığa gəlirlər ki, əgər ödəniş qeyri-iş günü, fövqəladə və ya hərbi vəziyyət, qarşısıalınmaz qüvvənin təsiri nəticəsində və digər üzrlü səbəblər istisna olmaqla, razılaşdırılmış günədək ödənilməzsə, cavabdeh iddiaçıya hər gecikdirilən gün üçün ödənilməli olan 12450 manatın 1%-i (bir faizi) məbləğində peniya ödəyəcəkdir.

4. Bu barışıq sazişi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti: 4.1.Bu barışıq sazişi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti bu barışıq sazişinin 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulmuş ödəniş qaydasını və müddətlərini qəbul edir, cavabdehdən ödənişləri həmin müddətlərdən tez tələb etmir 4.2. Bu sazişin 3-cü bəndində nəzərdə tutulmuş müddətlərdən tez barışıq sazişinin ləğv edilməsini tələb etmir, cavabdehə qarşı yeni iddia irəli sürmür və müvəqqəti təminat tədbirlərinin həyata keçirilməsini tələb etmir.

5. Tərəflərə aydındır ki, hazırkı işi barışıq sazişi ilə başa çatdırdıqları üçün gələcəkdə bir-birinə qarşı eyni predmetlə bağlı iddia ilə məhkəməyə müraciət edə bilməzlər.

6. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu tarixdən qüvvəyə minir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1803/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar