Məhkəmə qərarları › İş №e-2-2(119)-1806/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1806/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1806/2025 28.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 145227,8 (yüz qırx beş min iki yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas bоrc, 48774 (qırx səkkiz min yeddi yüz yetmiş yeddi) manat məbləğində məbləğində dəbbə pulu və 484 (dörd yüz səksən dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 194485,80 (yüz doxsan dörd min dörd yüz səksən beş manat səksən qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2025-cü il tarixli ACO/03.02.25/AZE saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı heyvandarlıq və quşçuluq sənayesində istifadə olunan yem və qaba yem məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin yemləri qəbul edib, əvəzində bu müqavilənin şərtləri əsasında vaxtında alınmış yemlərə dair müvafiq ödənişləri aparmağı öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı hər partiya üzrə satıcıdan almaq istədiyi mala dair məlumatları sifariş verir, satıcı ilə alınacaq malın adı, təsnifatı, çeşidi, markası, miqdarı, tara və qablaşdırması, eləcə də arzu olunan təchizat müddəti və digər xüsusiyyətləri barədə sifariş formasında (sifariş vərəqəsi) razılığa gəlir. Alıcı tərəfindən sifariş vərəqəsinin göndərilməsi, elektron poçt (email), telefon, fax və digər rabitə vasitələri ilə həyata keçirilə bilər. İddiaçı tərəfindən cavabdehin sifarişləri üzrə ona S102.020106.0017 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 21359,60 (iyirmi bir min üç yüz əlli doqquz manat altmış qəpik) manat, S102.020109.1770 nömrəli xx.xx.2025- ci il tarixli satış fakturasına əsasən 11453,20 (on bir min dörd yüz əlli üç manat 20 qəpik) manat, S102.020113.0395 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 6480 (altı min dörd yüz səksən) manat, S102.020113.0397 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 10110 (on min yüz on) manat, S102.020113.0415 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 2260 ( iki min iki yüz altmış) manat, S102.020117.1951 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 16810 (on altı min səkkiz yüz on) manat, S102.020120.0512 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 6820 (altı min səkkiz yüz iyirmi) manat, S102.020120.0515 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 10230 ( on min iki yüz otuz) manat, S102.020120.0516 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 11380 (on bir min üç yüz səksən) manat, S102.020120.0403 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 25020 (iyirmi beş min iyirmi) manat, S102.020129.0449 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 2260(iki min iki yüz altmış) manat, S102.020131.0369 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 6880 (altı min səkkiz yüz səksən) manat, S102.020131.0370 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 10170 (on min bir yüz yetmiş) manat, S102.020218.0055 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 1150 (min yüz əlli) manat; 15. S102.020220.1895 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 6480 (altı min dörd yüz səksən) manat, S102.020220.1896 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 9720 (doqquz min yeddi yüz iyirmi) manat, S102.020221.1496 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 16200 (on altı min iki yüz) manat, S102.020226.0230 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 22800(iyirmi iki min səkkiz yüz) manat, S102.020301.0257 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 7910 (yeddi min doqquz yüz on manat) manat, S102.020301.0258 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 9080 (doqquz min səksən) manat, S102.020301.0254 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 11400 (on bir min dörd yüz) manat və S102.020301.0256 nömrəli xx.xx.2025-ci il tarixli satış fakturasına əsasən 11360 (on bir min üç yüz altmış) manat dəyərində mallar satılmışdır. Beləliklə, iddiaçı tərəfindən Cavabdeh ümumilikdə 237332,80 (iki yüz otuz yeddi min üç yüz otuz iki manat səksən qəpik) manat dəyərində mal satılmış, cavabdeh tərəfindən iddiaçının balansına ödənişlər həyata keçirilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş satıcı tərəfindən malların alıcıya qaimə-faktura əsasında, təqdim edildiyi gündən, alıcı tərəfindən gecikmələrə yol verilmədən 60 təqvim günü ərzində tam ödənilməlidir. Ödənişlər tərəflərin yazılı razılaşmasına əsasən hissə-hissə də həyata keçirilə bilər. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən alıcı (2.3 bəndində göstərilən müddəti keçərsə) ödənişlərin gecikdirilməsinə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və hər gecikdirilmiş hər gün üçün 0.5 % dəbbə pulu (cərimə) tətbiq olunur. Dəbbə pulu (cərimə) alıcının yaranmış borcuna əsasən müəyyən olunur. Qeyd olunanlarına əsasən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan ümumilikdə 48774 (qırx səkkiz min yeddi yüz yetmiş yeddi) manat dəbbə pulu hesablanmışdır. Beləliklə, tərəflər arasındakı alqı-satqı əməliyyatları üzrə Cavabdeh cəmiyyətə 145227,8 (yüz qırx beş min iki yüz iyirmi yeddi manat səksən qəpik) manat əsas bоrc, 48774 (qırx səkkiz min yeddi yüz yetmiş yeddi) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 194001,80 (yüz doxsan dörd min bir manat səksən qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında 01 may 2025-ci ildə bağlanmış ACO/xx.xx.2025/AZE nömrəli mövcud borcun etirafı müqaviləsinə əsasən cavabdeh 147727 manat borcunu etiraf etmişdir. 31 avqust 2025-ci ilədək müqavilənin bağlandığı tarixdən hissə-hissə ödənişlərlə borcu ödəyəcəyini öhdəliyinə götürsə də, bu dövrdə müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. Cavabdeh nümayəndəsi Vəkil 08 oktyabr 2025-ci il tarixdə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbini “təsdiq edən sənədlərə” əlavə etdiyi sənədlər içərisində 03 fevral 2025-ci il tarixli alqı-satqı müqaviləsi, satış fakturaları, 01 may 2025-ci il tarixli üzləşmə aktı və mövcud borcun etirafı haqqında müqavilə mövcuddur. Qeyd edilən sənədlər Cavabdeh tərəfindən verilən məlumata əsasən onun tərəfindən imzalanmamışdır. Belə ki, 03 fevral 2025-ci il tarixli alqı-satqı müqaviləsinin ilk səhifəsində tarix olaraq 03 fevral 2025 tarixi qeyd edilsə də, həmin müqavilənin 01 saylı əlavəsinə baxdıqda görünür ki, orada qeyd edilən tarix 29 oktyabr 2024-cü ildir. Necə olur ki, 03 fevral 2025-ci il tarixli müqavilənin əlavəsi 2024-cü il tarixə aiddir?. Eyni zamanda 01 may 2025-ci il tarixli mövcud borcun etirafına dair müqavilədə olan imza da Cavabdeh aid deyil. Həmin tarixdə imzalanan sənədlərə diqqət edəndə görünür ki, eyni tarixdə həm üzləşmə aktı, həm də iddiaçının rəhbərinin adına cavabdeh tərəfindən ərizə “imzalanmışdır”. Bir şəxs eyni tarixdə nə üçün həm borcun etirafına dair müqavilə, həm üzləşmə aktı, həm də ərizə imza edir?. İddia ərizəsinə əlavə edilən satış fakturaları guya malların verildiyini və cavabdeh tərəfindən imzalanaraq qəbul edildiyini təsdiq edən sənəd kimi təqdim edilmişdir. Halbuki qeyd edilən satış fakturalarının bir qisminə diqqət edəndə görünür ki, onlardan 14 ədədi 03 fevral 2025-ci il tarixdən əvvəlki tarixə aid olan fakturalardır. Necə olur ki tərəflər arasında 03 fevral 2025-ci il tarixində müqavilə bağlandığı halda həmin müqavilə üzrə daha əvvəlki tarixə satış fakturaları tərtib edilmişdir. Cavabdeh tərəfindən ümumiyyətlə satış fakturası imzalanmamışdır Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. O, müqavilənin tarixi satış fakturadan sonra olsa da, faktiki olaraq satışların həyata keçirildiyini, mövcud borcun etirafı haqqında müqavilə bağlandıqdan sonra cavabdehin təxminən 2500 manat məbləğində ödəniş etdiyini qeyd etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiyini bildirib, etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 03 fevral 2025-ci il tarixli ACO/xx.xx.2025/AZE nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı heyvandarlıq və quşçuluq sənayesində istifadə olunan yem və qaba yem məhsullarını (gələcəkdə yem adlandırılacaqdır) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin yemləri qəbul edib, əvəzində bu müqavilənin şərtləri əsasında vaxtında alınmış yemlərə dair müvafiq ödənişləri aparmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş satıcı tərəfindən malların alıcıya qaimə-faktura əsasında, təqdim edildiyi gündən, alıcı tərəfindən gecikmələrə yol verilmədən 60 (altmış) təqvim günü ərzində tam ödənilməlidir. Ödənişlər tərəflərin yazılı razılaşmasına əsasən hissə-hissə də həyata keçirilə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alqı-satqı əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar yaranmış uyğunsuzluqlar qarşılıqlı razılaşma, habelə mühasibatlıq qaydalarına uyğun olaraq üzləşmə aparmaqla nizama salınır və həll edilir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən alıcı (2.3 bəndində göstərilən müddəti keçərsə) ödənişlərin gecikdirilməsinə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və hər gecikdirilmiş hər gün üçün 0,5 % dəbbə pulu (cərimə) tətbiq olunur. Dəbbə pulu (cərimə) alıcının yaranmış borcuna əsasən müəyyən olunur. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli S102.020106.0017 nömrəli satış fakturasına əsasən 21359,6 manat, 09 yanvar 2025-ci il tarixli S102.020109.1770 nömrəli satış fakturasına əsasən 11453,20 manat, 13 yanvar 2025-ci il tarixli S102.020113.0395 nömrəli satış fakturasına əsasən 6480 manat, 13 yanvar 2025-ci il tarixli S102.020113.0397 nömrəli satış fakturasına əsasən 10110 manat, 13 yanvar 2025-ci il tarixli S102.020113.0415 nömrəli satış fakturasına əsasən 2260 manat, 17 yanvar 2025-ci il tarixli S102.020117.1951 nömrəli satış fakturasına əsasən 16810 manat, 20 yanvar 2025-ci il tarixli S102.020120.0512 nömrəli satış fakturasına əsasən 6820 manat, 20 yanvar 2025-ci il tarixli S102.020120.0515 nömrəli satış fakturasına əsasən 10230 manat, 20 yanvar 2025-ci il tarixli S102.020120.0516 nömrəli satış fakturasına əsasən 11380 manat, 21 yanvar 2025-ci il tarixli S102.020121.0403 nömrəli satış fakturasına əsasən 25020 manat, 29 yanvar 2025-ci il tarixli S102.020129.0449 nömrəli satış fakturasına əsasən 2260 manat, 31 yanvar 2025-ci il tarixli S102.020131.0369 nömrəli satış fakturasına əsasən 6880 manat, 31 yanvar 2025-ci il tarixli S102.020131.0370 nömrəli satış fakturasına əsasən 10170 manat, 18 fevral 2025-ci il tarixli S102.020218.0055 nömrəli satış fakturasına əsasən 1150 manat, 20 fevral 2025-ci il tarixli S102.020220.1895 nömrəli satış fakturasına əsasən 6480 manat, 20 fevral 2025-ci il tarixli S102.020220.1896 nömrəli satış fakturasına əsasən 9720 manat, 21 fevral 2025-ci il tarixli S102.020221.1496 nömrəli satış fakturasına əsasən 16200 manat, 26 fevral 2025-ci il tarixli S102.020226.0230 nömrəli satış fakturasına əsasən 22800 manat, 01 mart 2025-ci il tarixli S102.020301.0256 nömrəli satış fakturasına əsasən 11360 manat, 01 mart 2025-ci il tarixli S102.020301.0254 nömrəli satış fakturasına əsasən 11400 manat, 01 mart 2025-ci il tarixli S102.020301.0258 nömrəli satış fakturasına əsasən 9080 manat, 01 mart 2025-ci il tarixli S102.020301.0257 nömrəli satış fakturasına əsasən 7910 manat dəyərində mal Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ilə Cavabdeh arasında bağlanmış 01 may 2025-ci il tarixli ACO/xx.xx.2025/AZE nömrəli mövcud borcun etirafı haqqında müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat məbləğində borcunun olduğunu etiraf edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu Cavabdeh 01 may 2025-ci il tarixindən başlayaraq 31 avqust 2025-ci il tarixinə qədər 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat borc məbləğini hissə-hissə tələbkara ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən borclu borcunu 2 ay ardıcıl ödəmədikdə tələbkar ümumi məbləğin tələbi ilə bağlı məhkəməyə müraciə edə bilər. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan ərizədə qeyd olunmuşdur ki, müəyyən müddət problemlərinin olması səbəbindən Cavabdeh cəmiyyətə olan borcunu tam şəkildə ödəyə bilməmişdir. Cavabdeh cəmiyyətə hal-hazırda 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat borcu yaranmışdır. Nəğd şəkildə pulu olmadığından borcu ödəyə bilmir, bu səbəbdən də borc məbləğini ödəmək üçün 01 may 2025-ci il tarixdən 31 avqust 2025-ci il tarixədək qədər 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat məbləği ödəmək üçün ona vaxt verilməsini xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış 01 may 2025-ci il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında aktda göstərilir ki, 01 may 2025-ci il tarixinə Cavabdeh 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış qarşılıqlı üzləşmə aktında 01 may 2025-ci il tarixinə Cavabdeh qalıq borcunun 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat məbləğində olması təsdiq edilmişdir. İş materiallarında olan Məhkəmə ekspertizası mərkəzinin 17 dekabr 2025-ci il tarixli 4/1902 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 03 fevral 2025-ci il tarixli ACO/03.02.25/AZE nömrəli alqı-satqı müqaviləsinin 1-6-cı vərəqlərinin aşağı sağ küncündəki imzalar və razılaşdırılmışdır hissəsində alıcı qrafasında “Cavabdeh" yazları; 01 may 2025-ci il tarixli AC0/01.05.25/AZE nömrəli mövcud borcun etirafı haqqında müqavilədə “3.2 Borclu" qrafasında olan imza; 01 may 2025-ci il tarixli qarşılıqlı üzləşmə “Aktı”da “4 Müştəri (ticarət nöqtəsi üzrə məsul şəxs)” qrafasındakı imza və “Cavabdeh” yazıları”; 01 may 2025-ci il tarixli ərizədə “İmza: Cavabdeh” qrafasındakı imza və “Cavabdeh” yazıları; 01 may 2025-ci il tarixli (borc məbləğinin müəyyən edilməsi haqqında) aktda “Cavabdeh” qrafasındakı imza; xx/xx/2024 tarixinə Nicat X2 Yem arasında üzləşmə “Aktı”nın sağ hissəsində “imza:” qrafasındakı imza və "Cavabdeh” yazıları; 06 yanvar 2025-ci il tarixli S102.020106.0017 nömrəli “Satış fakturasın”da “Təhvil aldı: qrafasındakı imza və “Nicat” yazısı; 09 yanvar 2025-ci il tarixli S102.020109.1770 nömrəli “Satış fakturasın”da “Təhvil aldı qrafasındakı imza və “Nicat” yazısı; 13 yanvar 2025-ci il tarixli S102.020113.0395 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 13 yanvar 2025-ci il tarixli S102.020113.0397 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 13 yanvar 2025-ci il tarixli S102.020113.0415 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 17 yanvar 2025-ci il tarixli S102.020117.1951 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 20 yanvar 2025-ci il tarixli S102.020120.0512 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 20 yanvar 2025-ci il tarixli S102.020120.0515 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 20 yanvar 2025-ci il tarixli S102.020120.0516 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 21 yanvar 2025-ci il tarixli S102.020121.0403 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 29 yanvar 2025-ci il tarixli S102.020129.0449 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 31 yanvar 2025-ci il tarixli S102.020131.0369 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 31 yanvar 2025-ci il tarixli S102.020131.0370 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 18 fevral 2025-ci il tarixli S102.020218.0055 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 20 fevral 2025-ci il tarixli S102.020220.1895 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 20 fevral 2025-ci il tarixli S102.020220.1896 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 21 fevral 2025-ci il tarixli S102.020221.1496 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 26 fevral 2025-ci il tarixli S102.020226.0230 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 01 mart 2025-ci il tarixli S102.020301.0256 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 01 mart 2025-ci il tarixli S102.020301.0254 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 01 mart 2025-ci il tarixli S102.020301.0258 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı; 01 mart 2025-ci il tarixli S102.020301.0257 nömrəli "Satış fakturasın"da "Təhvil aldı" qrafasındakı imza və "Nicat" yazısı Cavabdeh tərəfindən icra edilmişdir. Həmin rəyə əlavə edilmiş ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 882.1-ci madəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2-ci madəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 03 fevral 2025-ci il tarixli ACO/xx.xx.2025/AZE alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif tarixlərdə müxtəlif dəyərdə mallar satmış, Cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini tam ödəməmişdir. Bununla bağlı tərəflər arasında 01 may 2025-ci il tarixli ACO/xx.xx.2025/AZE nömrəli mövcud borcun etirafı haqqında müqavilə imzalanmış, cavabdeh iddiaçıya 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat məbləğində borcunun yarandığını etiraf etmiş və borc məbləğini 01 may 2025-ci il tarixindən başlayaraq 31 avqust 2025-ci il tarixinə qədər 147727 (yüz qırx yeddi min yeddi yüz iyirmi yeddi) manat borc məbləğini hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh həmin borcunu tam ödəmədiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış alqı-satqı müqaviləsi və mövcud borcun etirafı haqqında müqavilə üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “145227,8 (yüz qırx beş min iki yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 48774 (qırx səkkiz min yeddi yüz yetmiş yeddi) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 4000 (dörd min) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 3390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “484 (dörd yüz səksən dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 439,23 (dörd yüz otuz doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 145227,8 (yüz qırx beş min iki yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas bоrc, 4000 (dörd min) manat məbləğində dəbbə pulu və 439,23 (dörd yüz otuz doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 149667,23 (yüz qırx doqquz min altı yüz altmış yeddi manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 145227,8 (yüz qırx beş min iki yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas bоrc, 4000 (dörd min) manat məbləğində dəbbə pulu və 439,23 (dörd yüz otuz doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 149667,23 (yüz qırx doqquz min altı yüz altmış yeddi manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar