Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1809/2024 04.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən ƏDV daxil 57931,41 (əlli yeddi min doqquz yüz otuz bir manat qırx bir qəpik) manat məbləğində əsas borc və 263,8 (iki yüz altmış üç manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 58195,21 (əlli səkkiz min yüz doxsan beş manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 2021-ci il iyun ayından etibarən Cavabdeh MMC-yə iddiaçı tərəfindən dərman vasitələri və digər tibbi ləvazimatlarının satışı həyata keçirilmişdir. Müqavilə əsasında satıcı qismində çıxış edən iddiaçı alıcı qismində çıxış edən Cavabdeh MMC-yə sifariş verilən dərman vasitələrini və digər tibbi ləvazimatları alıcıya satmalı, alıcın isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməli idi. Belə ki, 21 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə sifariş olunan dərman vasitələri satıcı tərəfindən tam şəkildə cavabdehə göndərilməsinə baxmayaraq qarşı tərəf öz üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirməmişdir. İş materiallarına əlavə edilən elektron qaimələrdən görünür ki, qarşı tərəf 2021-ci il iyun ayından etibarən iddiaçı tərəfindən ona göndərilən dərman vasitələrini tam şəkildə qəbul etmişdir. Lakin buna baxmayaraq cavabdehə tam şəkildə göndərdiyi dərman vasitələrinin dəyərini təşkil edən ƏDV daxil 60205,68 (altmış min iki yüz beş manat altmış səkkiz qəpik) manat borc məbləğindən Dövlət Vergi Xidmətinin **********643672 nömrəli köçürmənin aparılmasına dair bildirişinə əsasən cavabdeh tərəfindən 04 iyun 2024-cü il tarixdə yalnız 2274,27 (iki min iki yüz yetmiş dörd manat iyirmi yeddi qəpik) manat ödəniş həyata keçirilmiş və nəticədə Cavabdeh MMC-nin ödəniş edilməmiş borc məbləği ƏDV daxil 57931,41 (əlli yeddi min doqquz yüz otuz bir manat qırx bir qəpik) manat təşkil etmişdir. 57931,41 (əlli yeddi min doqquz yüz otuz bir manat qırx bir qəpik) manat borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti, eləcə də “Onlayn kargüzarlıq” sistemi vasitəsilə qoşma sənədlərlə kommersiya mübahisəsi üzrə məhkəməyədək nizamlamaya dair elektron pretenziya məktubunu (qoşma əlavə edilir) göndərilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Beləliklə, iş materiallarına əlavə olunan mötəbər yazılı sübutlardan da göründüyü kimi, Cavabdeh MMC üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, cəmiyyətə olan ƏDV daxil 57931,41 (əlli yeddi min doqquz yüz otuz bir manat qırx bir qəpik) manat borcunu ödəməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 21 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının təqdim etdiyi sifarişə uyğun olaraq alqı-satqısı razılaşdırılmış dərman vasitələrini və digər tibbi ləvazimatları alıcıya satır alıcı isə həmin dərman vasitələrini qəbul edib bu müqavilənin tərkib hissəsi hesab edilən elektron qaimə-fakturada göstərilən qiymət əsasında ödənişi həyata keçirir. Həmin müqavilənin 4.1-ci bəndinə görə hər sifariş üzrə alıcıya göndərilən dərman vasitələrinin müqavilənin 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş dəyəri, satıcının alıcıya təqdim etdiyi elektron qaiməyə əsasən, həmin elektron qaimənin təqdim edildiyi cari ayın sonunadək alıcı tərəfindən satıcıya ödənilir. Həmin müqavilənin 4.3-cü bəndinə görə dərman vasitələrinin qiymətinin ödənişi alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə nağdsız qaydada həyata keçirilir. Həmin müqavilənin 5.4-cü bəndinə görə malın təhvil verilməsi satıcı tərəfindən təqdim olunan qaimə-faktura ilə rəsmiləşdirilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 29104,22 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBDX seriyalı 431392 nömrəli, 945,88 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBDX seriyalı 490442 nömrəli, 1888,38 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBDX seriyalı 490062 nömrəli, 28267,2 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBDX seriyalı 490082 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan köçürmənin aparılması haqqında 04 iyun 2024-cü il tarixli **********643672 nömrəli bildirişlə müəyyən olunur ki, alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə 2274,27 manat ƏDV ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 25 sentyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, 21 aprel 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh İddiaçınə ödənilməmiş borcu ƏDV daxil 57931,41 (əlli yeddi min doqquz yüz otuz bir manat qırx bir qəpik) manat təşkil edir. İş materiallarında olan İddiaçı və Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən imzalanmış 19 noyabr 2024-cü il tarixli qarşılıqlı hesablaşmaların üzləşməsi aktından görünür ki, 18 noyabr 2024-cü il tarixinə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin İddiaçınə qalıq borcu 57931,41 (51021,75 manat əsas, 6909,66 manat ƏDV) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdehnə arasında 21 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdehnə ümumlikdə 60205,68 manat dəyərində dərman vasitələri satılmış, Cavabdeh tərəfindən İddiaçınə yalnız 2274,27 manat ƏDV ödənilmişdir. Cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəmədiyindən İddiaçı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş ƏDV daxil 57931,41 (əlli yeddi min doqquz yüz otuz bir manat qırx bir qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin cavabdehdən “ödənilmiş 263,8 (iki yüz altmış üç manat səksən qəpik) manat dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 263,8 (iki yüz altmış üç manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 263,8 (iki yüz altmış üç manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən ƏDV daxil 57931,41 (əlli yeddi min doqquz yüz otuz bir manat qırx bir qəpik) manat məbləğində borc və 263,8 (iki yüz altmış üç manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 58195,21 (əlli səkkiz min yüz doxsan beş manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən ƏDV daxil 57931,41 (əlli yeddi min doqquz yüz otuz bir manat qırx bir qəpik) manat məbləğində borc və 263,8 (iki yüz altmış üç manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 58195,21 (əlli səkkiz min yüz doxsan beş manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1809/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1809/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver