Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-181/2023 13.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 dekabr 2022ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan cəmi 12975,34 (on iki min doqquz yüz yetmiş beş manat 34 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxx 1967-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iş üzrə keçiriləm məhkəmə iclasında Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, direktoru olduğu vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Vergi Orqanı tərəfindən hesablanmış cəmi 12975,34 manat məbləğində vergi borcunu Dövlət Büdcəsinə ödəməli deyildir. Çünki, həmin borc düzgün hesablanmamışdır. O, bu borcu müvafiq qaydada Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirsə də, ölkə xaricində olduğundan məhkəməyə gedə bilməmiş və buna görə də, həmin inzibati iş Sumqayıt İnzibati Məhkəməsi tərəfindən mümkün sayılmamışdır. Bu səbəbdən də, o, həmin borcun silinməsi üçün 02 oktyabr 2023-cü ildə təkrarən Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Çünki, o, hesablanmış 12975,34 manat məbləğində borcu əsassız sayır və vergi ödəyicisi "xxxx" MMC həmin borcu ödəməli deyildir. Ona görə də, o, 4 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi əsasında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə razı deyildir və məhkəmədən Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı ərizə üzrə icraatın dayandırılmasını xahiş edir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxx 1967-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1uqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə 12 dekabr 2022-ci il tarixə hesablanmış cəmi 12975,34 manat məbləğində vergi borcu vardır və ona vergi borcunun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Eyni zamanda, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan borc 12 dekabr 2022-ci il tarixdən sonra azalmamış və yaxud silinməmişdir. Çünki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində 13 oktyabr 2023-cü il tarixə olan "Vergi borcu barədə" Məlumat (https://www.e-taxes.gov.az/ebyn/vergiBorcu.html) ilə müəyyən olunur ki, Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) Dövlət Büdcəsinə 13 oktyabr 2023-cü il tarixə 14960,97 manat məbləğində borcu vardır. Lakin, hazırkı ərizədə “vergi ödəyicisi "xxxx" MMC-nin 12 dekabr 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan cəmi 12975,34 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün” həmin hüquqi şəxsin icra orqanının rəhbəri – Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunması xahiş olunmuşdur. Bu halda isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) uyğun olaraq ərizəçinin ərizədə tələb etdiyi “12 dekabr 2022-ci il tarixinə hesablanmış cəmi 12975,34 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün” maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qətnamə qəbul edilə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Eyni zamanda, qeyd etmək lazımdır ki, hazırkı ərizəyə baxılarkən Maraqlı şəxs “iş üzrə icraatın dayandırılması” barədə ərizəsi əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü tarixli və 17 aprel 2023-cü tarixli qərardadları ilə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair e-2-2(119)-181/2023 nömrəli kommersiya işi üzrə icraat dayandırılmış olsa da, Sumqayıt Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığına görə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “iş üzrə icraatın təzələnməsi” barədə ərizəsi əsasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair e-2-2(119)-181/2023 nömrəli kommersiya işi üzrə icraat təzələnmişdir. İş üzrə icraat təzələndikdən sonra Maraqlı şəxs məhkəmənin dəftərxanası vasitəsi ilə “iş üzrə icraatın dayandırılması” barədə 13 oktyabr 2023-cü il tarixli ərizə ilə təkrarən məhkəməyə müraciət edib, ona qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair hazırkı kommersiya işi üzrə mübahisə predmeti olan vergi borcunu yenidən inzibati icraat qaydasında mübahisələndirərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı müvafiq iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiyini bildirib, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və bununla bağlı həmin iddia ərizəsinin surətini məhkəməyə təqdim etmişdi. Həmçinin, o, məhkəmə iclasında da, həmin ərizəsini müdafiə edib, yuxarıda qeyd olunan əsasla iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunanlara, işin konkret hallarına və tədqiq olunan sübutlara əsasən müəyyən olunur ki, maraqlı şəxsin “iş üzrə icraatın dayandırılması” barədə vəsatəti əsassız olduğu üçün təmin edilməməlidir. Çünki, yuxarıda qeyd olunduğu kimi məlum əsaslarla 23 fevral 2023-cü tarixindən etibarən iş üzrə icraatın dayandırılmasına baxmayaraq, mübahisələndirilən borcun silinməsi və yaxud azaldılması ilə nəticələnən hər hansı bir qərar qəbul olunmamışdır. Əksinə, vergi ödəyicisinə hesablanan borcun həcmi daha da artmışdır. Yəni, Maraqlı şəxs ərizələri əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən hazırkı işin icraatı kifayət qədər uzun müddətə dayandırılmasına baxmayaraq, məlum borcun silinməsi üzrə hər hansı bir qərar qəbul edilməmişdir. Halbuki, maraqlı şəxsin məlum əsasla davamlı olaraq bu işin icraatının dayandırılmasına nail olmağa çalışması və icraat dayandırıldığı halda isə digər əlaqəli iş üzrə iddiaçı tərəf olaraq üzərinə düşən vəzifələri yerinə yetirməməsi səbəbindən həmin iş üzrə yekun qərarın çıxarılmaması onun hüquqdan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, məhkəmə qeyd etməyi lazım bilir ki, vergi öhdəliyini müvafiq qaydada yerinə yetirməyən hüquqi şəxsin icra orqanının rəhbərinin “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” hesablanmış, lakin vaxtında ödənilməyən vergi borcunun ödənilməsini təmin etmək üçün tətbiq edilən müvəqqəti xarakterli tədbirdir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinin tələblərinə görə, vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) vergi öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 dekabr 2022-ci il tarixinə hesablanmış 12975,34 (on iki min doqquz yüz yetmiş beş manat 34 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri - xx xxxxxx 1967ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-181/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-181/2023
13.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver