Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1816/2022 23.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 24000 avro əsas borcun, hər gecikdirmə günü üçün Mərkəzi bankın müəyyən etdiyi 5% uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər hesablanmaqla cərimə faizlərinin və məhkəmə xərclərinə görə ödənilmiş 240 manat rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 05 noyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək, 18000 avronu cavabdehdən qəbul edib iddiaçı şirkətin 3 sürücüsünə təqdim edən vasitəçi şirkət olan “М- Trans” şirkətinin nümayəndəsi X1 məhkəməyə dəvət edilməsini, iddiaçı şirkətin onlara mal gətirən 33DNH59, 33EGP27, 33DMR52 və 33DMR53 nömrəli avtomaşınların sürücülərinin pulu alıb-almadıqlarını müəyyən etmək üçün şahid kimi məhkəməyə dəvət edilməsini, həmin sürücülərin məhkəməyə dəvət olunaraq izahatlarının alınması mümkün olmadığı təqdirdə iddaçının hüquqi ünvanı üzrə Türkiyə Respublikasının müvafiq məhkəməsinə həmin şəxslərin izahatlarının alınması üçün məhkəmə tapşırığı verilməsini, 18000 avronun həqiqətən ödənilməsinə məhkəmədə daxili inam yaradılması məqsədi ilə İddiaçı rəhbəri Beyazit bəyin pulu almasını etiraf etməsi barədə aralarında olan telefon danışığına məhkəmə iclası zamanı qulaq asılmasını və məhkəmə iddia üzrə qətnamə çıxarmaq niyyətində olarsa iddiaçıya cavabdehin cəmi 6000 Avro borcu olduğunun nəzərə alınmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 23 dekabr 2022-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə gəlmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iş materiallarını və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 may 2019-cu il tarixli 10-05/19-SAK nömrəli “Yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasına dair” müqavilənin 8-ci bəndində göstərilir ki, mübahisələrin yarandığı halda, tərəflər danışıqlar və ya məktub mübadiləsi yolu ilə onları tənzimləməyə çalışacaqlar. Mübahisələrin tənzimlənməsi danışıqlar yolu ilə mümkün olmadıqda, iddianı qaldıran tərəfin dövlətinin qanunlarına əsasən həmin ölkənin məhkəmələrində həll olunur. Göründüyü kimi, hazırkı kommersiya işi üzrə iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olan İddiaçıdir. Buna görə də, hazırkı kommersiya mübahisəsi ilə bağlı iddiaçı Türkiyə Respublikasının aidiyyəti məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Eyni zamanda həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən əsasən məhkəmə hesab edir ki, mövcud işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya 10 may 2019-cu il tarixli 10-05/19-SAK nömrəli “Yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasına dair” müqavilənin 8-ci bəndinin tələbinə uyğun olaraq Türkiyə Respublikasının aidiyyəti məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, 10 may 2019-cu il tarixli 10-05/19-SAK nömrəli “Yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasına dair” müqavilənin 8-ci bəndinin tələblərinə uyğun olaraq Türkiyə Respublikasının aidiyyəti məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1816/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1816/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver