Məhkəmə qərarları › İş №e-2-2(119)-182/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-182/2024

16.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-182/2024 16.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən maraqlı şəxsə qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında maraqlı şəxsə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 28 dekabr 2023-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 466421,97 (dörd yüz altmış altı altı min dörd yüz iyirmi bir manat, doxsan yeddi qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 178,28 (yüz yetmiş səkkiz manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 28,49 (iyirmi səkkiz manat,qırx doqquz qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxx 1999-cu il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədə maraqlı şəxs ünvanı “ünvan 1zə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Bu ünvan maraqlı şəxsə şəxsiyyət vəsiqəsi verilərkən və həmin vəsiqə dəyişdirilərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvandır və o, məlum səbəblərlə əlaqədar şəxsiyyət vəsiqəsində qeydiyyata alındığı ünvanda yaşamır. Bundan başqa, iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş və məhkəməyə təqdim olunmuş İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Zəngilan Rayon Vergilər Şöbəsi tərəfindən tərtib olunan 04 aprel 2022-ci il tarixli “Fiziki Şəxsin “Onlayn Qeydiyyat” Ərizəsinin Məlumatları”nda maraqlı şəxsin hazırda yaşadığı (faktiki) ünvan kimi ünvan 3izəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlə maraqlı şəxsin Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhərinin Xətai rayonu ərazisində yaşadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılı baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, ərizəçinin təqdim etdiyi hazırkı ərizə və sənədlərlə maraqlı şəxsin Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşaması təsdiq olunmadığı üçün həmin ərizəyə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olması müəyyən olunmur. Əksinə, ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdə olan məlumatlarla müəyyən edilir ki, maraqlı şəxs faktiki olaraq Bakı şəhərinin Xətai rayonunda yaşayır və bu səbəbdən də, hazırkı ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət oluna bilər. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri bilir ki, Mülki-Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələbləri baxımından, iddia ərizəsində cavabdehin (maraqlı şəxsin) yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməli olduğundan hazırkı iş üzrə maraqlı şəxsin faktiki yaşadığı yer dəqiq müəyyən edilərək bu halı təsdiq edən sənəd ərizəyə əlavə edilməli və yaşadığı ünvan nəzərə alınmaqla həmin ərizə ərazi aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə ərizəçi tərəfindən maraqlı şəxsə qarşı verilmiş ərizənin Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar