Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1830/2024 11.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: alqı-satqı müqaviləsi, borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı 09 oktyabr 2024-cü il tarixdə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən (VÖEN: **********) əsas borcu üzrə 419893,05 (dörd yüz on doqquz min səkkiz yüz doxsan üç manat beş qəpik) manat və müqavilə üzrə hesablanmış dəbbə pulu üzrə 83978,61 (səksən üç min doqquz yüz yetmiş səkkiz manat altmış bir qəpik) manat, ümumilikdə isə 503,871.66 (beş yüz üç min səkkiz yüz yetmiş bir manat altmış altı qəpik) manat və ödənilmiş 794 (yeddi yüz doxsan dörd) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Alıcı” Cavabdeh MMC ilə “Satıcı” İddiaçı MMC arasında 05 yanvar 2023 tarixində AGV 054/2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4.2-ci maddəsinə əsasən bu müqavilənin əlavələrində başqa hal müəyyən edilməyibsə, malların ödənişi mallar təhvil verildiyi gündən 10 (on) gün ərzində Satıcı tərəfindən təqdim edilmiş hesab-faktura, qiymət razılaşdırma və elektron qaimə əsasında Alıcı tərəfindən ödənilməlidir. Müqavilənin 9.3-cü bəndinə əsasən Alıcı mallar üzrə ödənişi bu müqavilənin 4.2-ci bəndində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə Satıcının hər gecikən gün üzrə ödənməyən məbləğə görə Alıcıya həmin məbləğin 1 (bir) faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır, lakin bu məbləğ həmin borcun 20 (iyirmi) faizindən artıq olmamalıdır. Malların təhvil-təslim aktlarına görə müvafiq mallar EBDB № 848556 saylı qaimə üzrə xx.xx.2023 saylı tarixdə, EBDİ № 463886 saylı qaimə üzrə xx.xx.2023 tarixində, EBDF № 632841 saylı qaimə üzrə xx.xx.2023 tarixində, EBDE № 866931 saylı qaimə üzrə xx.xx.2023 tarixində, EBDD № 551382 saylı qaimə üzrə xx.xx.2023 tarixində, EBDD № 213780 saylı qaimə üzrə xx.xx.2023 tarixində, EBDD № 059515 saylı qaimə üzrə xx.xx.2023 tarixində, EBDD № 059514 saylı qaimə üzrə xx.xx.2023 tarixində, EBDC № 411071 saylı qaimə üzrə xx.xx.2023 tarixində, EBDB № 908939 saylı qaimə üzrə xx.xx.2023 tarixində, Alıcıya təhvil verilmişdir. Lakin Alıcı müvafiq mallar üzrə ödənişləri etməyərək Müqavilə üzrə öhdəliklərini pozmuşdur. Belə ki, hazırda Alıcının əsas borcu 419893.05 (dörd yüz on doqquz min səkkiz yüz doxsan üç manat beş qəpik) manat və müqavilə üzrə hesablanmış dəbbə pulu 83978.61 (səksən üç min doqquz yüz yetmiş səkkiz manat altmış bir qəpik) manat, ümumilikdə isə 503,871.66 (beş yüz üç min səkkiz yüz yetmiş bir manat altmış altı qəpik) manat təşkil edir. xx.xx.2024 tarixində cavabdehə pretenziya məktubu ünvanlansa da, heç bir nəticə əldə edilməmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, Cavabdeh ilə İddiaçı ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 yanvar 2023 tarixində AGV 054/2023 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdehndən əsas borcu üzrə 419893,05 (dörd yüz on doqquz min səkkiz yüz doxsan üç manat beş qəpik) manat və müqavilə üzrə hesablanmış dəbbə pulu üzrə 83978,61 (səksən üç min doqquz yüz yetmiş səkkiz manat altmış bir qəpik) manat, ümumilikdə isə 503,871.66 (beş yüz üç min səkkiz yüz yetmiş bir manat altmış altı qəpik) manat və ödənilmiş 794 (yeddi yüz doxsan dörd) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
8. Belə ki, iş materiallarından görünür ki, “Satıcı” - İddiaçı ilə “Alıcı” - Cavabdeh arasında 05 yanvar 2023-cu il tarixli AGV 054/2023 nömrəli alqı-satqı müqavilə bağlanmışdır.
9. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı bu müqavilənin Əlavələri (Qiymətlərin razılaşdırılması protokolu) əsasında tərəflər arasında razılaşdırılacaq malları Alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək əvəzini həmin əlavələrlə müəyyən edilmiş məbləğdə və müddətdə ödəməyi öhdəsinə götürür.
10. 05 yanvar 2023-cu il tarixli AGV 054/2023 nömrəli alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən, bu Müqavilənin əlavələrində başqa hal müəyyən edilməyibsə, Malların ödənişi mallar təhvil verildiyi gündən 10 (on) gün ərzində Satıcı tərəfindən təqdim edilmiş hesab-faktura, qiymət razılaşdırma və elektron qaimə əsasında Alıcı tərəfindən ödənilməlidir.
11. Həmin alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən, ödənişlər bu müqavilənin 14-cü bəndində müəyyən edilən Satıcının bank hesablarına edilməlidir.
12. Alqı-satqı müqaviləsinin 9.3-cü bəndinə əsasən, Alıcı Mallar üzrə ödənişi bu Müqavilənin 4.2-ci bəndində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, Satıcının hər gecikən gün üzrə, ödənməyən məbləğə görə Alıcıya həmin məbləğin 1 (bir) faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır, lakin bu məbləğ həmin borcun 20 (iyirmi) faizindən artıq olmamalıdır.
13. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən başlayaraq xx.xx.2025-ci il tarixinədək qüvvədədir.
14. İş materiallarından görünür ki, “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında 10 mart 2023-cü il tarixli “05 yanvar 2023-cü il tarixli AGV 054/2023 nömrəli müqaviləyə” malların ödənilməsi şərtlərinə dair 1 nömrəli Əlavə bağlanmışdır.
15. Həmin Əlavənin 1.1-ci bəndinə əsasən, ümumi dəyəri 585204,60 manat olan mallar “Alıcı” Cavabdehnə təhvil verilmişdir.
16. Həmin Əlavənin 1.2-ci bəndinə əsasən, alıcı tərəf 28 aprel 2023-cü il tarixə 170000 manat, 28 iyun 2023-cü il tarixə 187000 manat, 28 iyul 2023-cü il tarixə 148563 manat, 28 avqust 2023-cü il tarixə 79641,60 manat, ümumi 585204,60 manat malların ödənilməsini öhdəsinə götürmüşdür.
17. İş materiallarından görünür ki, “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında ümumi dəyəri 285302,50 manat olan mallar üzrə 16 mart 2023-cü il tarixli, ümumi dəyəri 19537,76 manat olan mallar üzrə 22 iyun 2023-cü il tarixli, ümumi dəyəri 36958 manat olan mallar üzrə 15 may 2023-cü il tarixli, ümumi dəyəri 40099,60 manat olan mallar üzrə 03 may 2023-cü il tarixli, ümumi dəyəri 21332,14 manat olan mallar üzrə 13 aprel 2023-cü il tarixli, ümumi dəyəri 60860 manat olan mallar üzrə 10 aprel 2023-cü il tarixli, ümumi dəyəri 20046,40 manat olan mallar üzrə 06 aprel 2023-cü il tarixli, ümumi dəyəri 14662,50 manat olan mallar üzrə 06 aprel 2023-cü il tarixli, ümumi dəyəri 34380,63 manat olan mallar üzrə 28 mart 2023-cü il tarixli, ümumi dəyəri 158919,40 manat olan mallar üzrə 16 mart 2023-cü il tarixli Qiymətlərin razılaşdırma protokolları imzalanmışdır.
18. İş materiallarından görünür ki, ümumi dəyəri 285302,50 manat olan mallar üzrə EBDB seriyalı 848556 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə, ümumi dəyəri 19537,76 manat olan mallar üzrə EBDİ seriyalı 463886 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə, ümumi dəyəri 36958 manat olan mallar üzrə EBDF seriyalı 632841 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə, ümumi dəyəri 40099,60 manat olan mallar üzrə EBDE seriyalı 866931 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə, ümumi dəyəri 21332,14 manat olan mallar üzrə EBDD seriyalı 551382 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə, ümumi dəyəri 60860 manat olan mallar üzrə EBDD seriyalı 213780 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə, ümumi dəyəri 20046,40 manat olan mallar üzrə EBDD seriyalı 059515 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə, ümumi dəyəri 14662,50 manat olan mallar üzrə EBDD seriyalı 059514 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə, ümumi dəyəri 34380,63 manat olan mallar üzrə EBDC seriyalı 411071 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə, ümumi dəyəri 158919,40 manat olan mallar üzrə EBDB seriyalı 908939 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə alıcıya göndərilmişdir.
19. İş materiallarında olan 16 mart 2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən, ümumi dəyəri 285302,50 manat olan mallar, 22 iyun 2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən, ümumi dəyəri 19537,76 manat olan mallar, 15 may 2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən, ümumi dəyəri 36958 manat olan mallar, 03 may 2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən, ümumi dəyəri 40099,60 manat olan mallar, 13 aprel 2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən, ümumi dəyəri 21332,14 manat olan mallar, 10 aprel 2023-cü il tarixli tarixli malların təhvil-təslim aktına əsasən, ümumi dəyəri 60860 manat olan mallar, 06 aprel 2023-cü il tarixli malların təhviltəslim aktına əsasən, ümumi dəyəri 20046,40 manat olan mallar, 06 aprel 2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən, ümumi dəyəri 14662,50 manat olan mallar, 28 mart 2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən, ümumi dəyəri 34380,63 manat olan mallar, 16 mart 2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən, ümumi dəyəri 158919,40 manat olan mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir.
20. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli 402-001-021024 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 05 yanvar 2023-cü il tarixli AGV 054/2023 nömrəli müqavilə üzrə əsas borcu 419893,05 (dörd yüz on doqquz min səkkiz yüz doxsan üç manat beş qəpik) manat və müqavilə üzrə hesablanmış dəbbə pulu 83978,61 (səksən üç min doqquz yüz yetmiş səkkiz manat altmış bir qəpik) manat, ümumilikdə isə 503,871.66 (beş yüz üç min səkkiz yüz yetmiş bir manat altmış altı qəpik) manat təşkil edir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 05 yanvar 2023-cu il tarixli AGV 054/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdehnə mallar satılmış və işin konkret halları ilə müəyyən olunur ki, həmin müqavilə üzrə almış olduğu mallara görə 419893,05 (dörd yüz on doqquz min səkkiz yüz doxsan üç manat beş qəpik) manat əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir.
25. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
30. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
31. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
33. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
34. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
35. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ilə arasında bağlanmış 05 yanvar 2023-cu il tarixli AGV 054/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 419893,05 (dörd yüz on doqquz min səkkiz yüz doxsan üç manat beş qəpik) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
38. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 83978,61 (səksən üç min doqquz yüz yetmiş səkkiz manat altmış bir qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 20994,65 (iyirmi min doqquz yüz doxsan dörd manat altmış beş qəpik) manat məbləğində cərimə tutulmalıdır.
40. İddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 794 (yeddi yüz doxsan dörd) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış iddiaçı tərəfindən ödənilmiş 730,89 (yeddi yüz otuz manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 05 yanvar 2023-cu il tarixli AGV 054/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 419893,05 (dörd yüz on doqquz min səkkiz yüz doxsan üç manat beş qəpik) manat məbləğində əsas borc, 20994,65 (iyirmi min doqquz yüz doxsan dörd manat altmış beş qəpik) manat cərimə və 730,89 (yeddi yüz otuz manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 441618,59 (dörd yüz qırx bir min altı yüz on səkkiz manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
44. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
47. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
48. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 419893,05 (dörd yüz on doqquz min səkkiz yüz doxsan üç manat beş qəpik) manat məbləğində əsas borc, 20994,65 (iyirmi min doqquz yüz doxsan dörd manat altmış beş qəpik) manat cərimə və 730,89 (yeddi yüz otuz manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 441618,59 (dörd yüz qırx bir min altı yüz on səkkiz manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İslam Əliyev