Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1845/2022 14.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Firmasının qanuni təmsilçisi Bəxşəliyev Mehman Novruzəli oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə2 Məhəmmədəli oğlunun iştirakı ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması 29 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən iddiaçı ”Loğman-87” Firmasına məxsus qeyri-yaşayış binasında quraşdırılmış sayğacla bağlı Cavabdeh tərtib etdiyi 31 may 2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında dəymiş ziyan kimi iddiaçı ”Loğman-87” Firmasına hesablanmış 1294 (min iki yüz doxsan dörd) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ”Loğman-87” Firmasının xüsusi mülkiyyətindədir. İddiaçı ”Loğman-87” Firmasına məxsus “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacı 2021-ci ilin may ayında Cavabdeh nümayəndələrinin təşəbbüsü ilə onların tərəfindən çıxarılaraq yeri dəyişdirildikdən sonra həmin sayğacın istismarında qüsurlar yarandığından, sayğacın işləməməsi barədə ”Loğman-87” Firması tərəfindən aidiyyyəti üzrə cavabdeh təşkilata məlumat verilmişdir. Həmin qeyri-yaşayış obyektində quraşdırılmış qaz sayğacı yoxlamadan keçirilmək məqsədi ilə cavabdehin nümayəndələri tərəfindən çıxarılıb aparılmış və sonradan qaz sayğacının guya hesablayıcı mexanizminin işləməməsi və sayğacın keçən qaz sərfini qeyd etmədiyi səbəbindən 31 may 2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və dəymiş ziyan kimi ”Loğman-87” Firmasına 1294 (bir min iki yüz doxsan dörd) manat pul vəsaiti hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir və qaz sayğacında sadalanan problemlər cavabdehin nümayəndələri tərəfindən qaz sayğacının yeri dəyişdirildikdən sonra yaranmışdır. Bu səbəbdən cavabdehin ziyan olaraq hesablanmış pul məbləğinin İddiaçı Firmasından tələb edilməsi əsassızdır. İddiaçı tərəfindən hesablanmış borcun silinməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər edilsə də, o cümlədən pretenziya qaydasında rəsmi xəbərdarlıq məktubu ilə müraciət edilərək yaranmış mübahisənin məhkəməyəqədər həlli qaydasında nizama salınması və ziyan kimi əsassız hesablanmış pul vəsaitinin silinməsi təklif olunsa da, cavabdeh tərəfindən mübahisənin həlli ilə bağlı hər hansı addım atılmamışdır. Eyni zamanda, mübahisənin qanunvericiliklə müəyyən edilmişı qaydada mediasya qurumu vasitəsi ilə sülh yolu ilə həlli də cavabdehin qeyri-konstruktiv yanaşması səbəbindən baş tutmamışdır. İddiaçının dəfələrlə aidiyyəti üzrə şifahi və yazılı qaydada etdiyi müraciətlər nəticəsiz qaldığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüququn qanunvericiliklə müəyyən edilmiş hüquqi çərçivələrdə müdafiəsi üçün tədbirlər görmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, törətmədiyi hüquq pozuntusuna görə əsassız olaraq Firmaya ziyan şəklində pul vəsaiti hesablanmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, cavabdeh sayğaca ”Loğman-87” Firması tərəfindən müdaxilə edildiyi faktını hər hansı şəkildə sübuta yetirə bilməmişdir. Nəzərə alınsa ki, cavabdehin müvafiq struktur bölməsinə aid nəzarətçi tərəfindən normativ hüquqi aktlara və vəzifə təlimatına əsasən altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilmiş və sayğacda hər hansı nasazlıq aşkar edilməmişdir. Cavabdehin qaz sayğacının guya hesablayıcı mexanizminin işləməməsini, sayğacın keçən qaz sərfini qeyd etmədiyini aşkar etməsi məntiqsiz və qeyri-ciddi görünür. Bütün bunlara baxmayaraq, cavabdeh əsassız olaraq ziyan kimi hesablanmış borcu Firmadan tələb edərək, həmin borcu silməkdən imtina etdiyindən, iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, iddia tələbləri təmin edilməli və qanunsuz hesablanmış borc məbləği silinməklə, cavabdeh tərəfindən törədilən qanunsuzluqlar aradan qaldırılmalıdır. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Firmasının Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 43-cü məhəllə, Ağayev küçəsi 43-də yerləşən istehlakçı İddiaçı Firmasının ərazisində quraşdırılmış qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində 31 may 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan kimi ”G-6 markalı 1605AZ**********78 №-li sayğacın klapanı bağlıdır, ekranda bağlı işarəsi “off” rejimindən çıxarıldı, klapan açıldı, plastmas qapaq üst hissədən çatlayıb və əzilib, hesablayıcı mexanizm işləmir, keçən havanın həcmini qeyd etmir, “alarm 1” rejimi qeydə alınmayıb” yazılmışdır. Buna görə də, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış və 31 may 2021-ci il tarixli Metrologiya Departamentinin rəyinə, 31 may 2021-ci il tarixli ******* №-li Akta və “Dəymiş ziyanın bərpasına dair” Tələbnaməyə əsasən qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün 6 m3 x 12 saat x 90 gün = 6480 m3 x 0,20 qəpik = 1296 (min iki yüz doxsan altı) manat itirilmiş qazın bərpası ilə əlaqədar müvafiq zərər məbləği hesablanmış və həmin vurulmuş zərərin ödənilməsi üçün iddiaçıya məlumat verilmişdir. Lakin hazırkı vaxta kimi iddiaçı Dövlətə vurduğu həmin zərəri ödəməmişdir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu da onu göstərir ki, İddiaçı Firması qaz sayğacını öz vəsaiti hesabına almışdır və həmin sayğacın qorunub saxlanılmasına da iddiaçı özü cavabdehlik daşımalıdır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Cavabdeh tərəfindən təlimata uyğun olaraq təbii qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmiş və dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə halı baş verdiyi üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd olunan qaydalara əsasən təbii qaz sayğacına müdaxilə halı baş verdiyi səbəbindən qeyd olunan obyektin təbii qaz cihazlarının hesabatı aparılmış və itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı Firmasının qanuni təmsilçisi X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsi və “ünvan 1 ünvanında yerləşən iddiaçı ”Loğman-87” Firmasına məxsus qeyri-yaşayış binasında quraşdırılmış sayğacla bağlı Cavabdeh tərtib etdiyi 31 may 2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında dəymiş ziyan kimi iddiaçı ”Loğman-87” Firmasına hesablanmış 1294 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - iddiaçı ”Loğman-87” Firmasına məxsus qeyri-yaşayış binasının qaz təchizatı ilə əlaqədar quraşdırılmış qaz sayğacı 2021-ci ildə Cavabdeh əməkdaşları tərəfindən çıxarılaraq yeri dəyişdirildikdən və yeni yerdə quraşdırıldıqdan sonra, həmin sayğacın işləməsində qüsurlar yaranması ilə əsaslandırdı. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı Firmasının Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və eyni zamanda suallara cavab olaraq bildirdi ki, sayğacın çıxarılıb-quraşdırılması işini Cavabdeh nümayəndələri deyil, podratçı Şirkətin işçiləri edir. Bu zaman sahibkarla razılıq əsasında və razılaşdırılmış yerdə sayğac quraşdırılır. Qeyri-əhali abonentlərində sayğacın alınması, quraşdırılması, istismarı sahibkarın vəzifəsidir və onun məsuliyyətindədir. Cavabdeh nümayəndələri qarşı tərəfin müraciəti əsasında sayğacda olan qüsuru aşkar etmək üçün sayğaca baxış keçirmişlər. Belə olan halda isə yoxlamanın reyestrdə qeydiyyata alınmasına zərurət olmadığı üçün, bu yoxlama X3 Reyestrində qeydiyyata alınmamışdır. Çünki, İddiaçı Firması Cavabdehə sayğacda problem olması ilə bağlı müraciət etmiş və Cavabdeh nümayəndələri də İddiaçı Firmasının fəaliyyətini yoxlamaq üçün deyil, sayğacın işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək üçün sayğaca baxış keçirmişlər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən istehlakçı İddiaçı Firmasına məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı Firmasına **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada “G-6” markalı sayğac quraşdırılmışdır. İş materiallarında olan, istehlakçı İddiaçı Firmasının adına tərtib edilmiş 02 mart 2021-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Ə.Şükürov və N.Əhmədov tərəfindən istehlakçı İddiaçı Firmasına məxsus obyektdə qaz sayğacına və qaz xəttinə baxış keçirilən zaman G-6 markalı sayğacın sərfiyyatı qeydə almadığı müəyyən edilmişdir (Aktda məlum yoxlamanın X3 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh Metrologiya Departamenti tərəfindən 26 may 2021ci ildə təsdiq edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması” haqqında MS - 29/1640- 00588-12 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 09 mart 2021-ci il tarixli SOCAR**********31791640X00588 saylı məktubuna əsasən 26 may 2021-ci il tarixində Metrologiya Departamenti tərəfindən qaz sayğacına (sayğacın zavod nömrəsi – 1605AZ**********78) baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “sayğacın klapanı bağlıdır. Ekranda bağlı işarəsi var. “OFF” rejimindən çıxarıldı, klapan açıldı. Sayğacın plastmas qapağı üst hissəsindən çatlayıb və əzilib. Sayğacın hesablayıcı mexanizmi işləmir, keçən havanın sərfini qəbul etmir. Sayğacın yaddaş arxiv proqramı oxundu, “Alarm 1” rejimi qeydə alınmayıb” (Həmin Aktda sayğacı yoxlanılan istehlakçı İddiaçı Firmasının nümayəndəsinin iştirakı barədə hər hansı bir məlumat və yaxud, qeyd yazılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq, 31 may 2021-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı, Baxşəliyev M”, “Ünvan: 43-cü məh., Ağayev küç-43”, “Fəaliyyət növü: tibb klinikası”, “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 31 may 2021-ci ildə (baxışın keçirilmə saatı Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00000 olan obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “15 mart 2021-ci il tarixdə dövlət yoxlamasına göndərilmiş G-6 markalı 1605A7**********78 nömrəli qaz sayğacı Rəyə əsasən “plastmas qapaq çatlayıb və əzilib. Hesablayıcı mexanizm işləmir, keçən havanın sərfini qeyd etmir. “Alarm” rejimi qeydə alınmayıb. Tələb:- Dəymiş ziyan hesablansın” qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt yoxlamanı keçirən Cavabdeh əməkdaşları tərəfindən imzalanmış olsa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan “Qanuni nümayəndə” tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır (Aktda məlum yoxlamanın X3 Reyestrində qeydiyyata alınması barədə də heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh Sumqayıt X5 tərəfindən tərtib və təsdiq edilmiş 31 may 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə İstehlakçı: “"Ticarət obyekti (43 məh)”, fəaliyyət növü: “Tibb klinikası”, ünvan: “Sumqayıt şəhəri, 43 məh, ev 852”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, 31 may 2021-ci il tarixli ******* nömrəli Akta əsasən Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 26 may 2021-ci il tarixli 29/1640- 00588-12 №-li Aktına əsasən G-6 markalı 1605A7**********78 nömrəli qaz sayğacın “klapanı bağlıdır, ekranda bağlı işarəsi var, “off” rejimindən çıxarıldı, klapan açıldı, plastmas qapaq üst hissədən çatlayıb və əzilib, hesablayıcı mexanizm işləmir, keçən havanın sərfini qeyd etmir, “Alarm 1” rejimi qeydə alınmayıb” qüsuruna görə G-6 markalı qaz sayğacının “nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün” qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir (əsas: - 31 may 2021-ci il tarixli ******* nömrəli Akt), (6 m3 x 12 saat x 90 gün = 6480 m3). İş materiallarında olan, istehlakçı İddiaçı Firmasının adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 31 may 2021-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı Firmasına məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin hesabına 2021-ci ilin may ayında bir dəfəyə 1296 (min iki yüz doxsan altı) manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı Firmasına (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00000) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış 1605AZ**********78 nömrəli qaz sayğacı 02 mart 2021-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Akta əsasən çıxarılaraq yoxlamaya aparılmış və bu sayğacın yoxlanması ilə əlaqədar tərtib edilən Cavabdeh Metrologiya Departamentinin “Qeyri-əhali qaz sayğacının yoxlanması” haqqında 26 may 2021-ci il tarixli MS - 29/1640-00588-12 nömrəli Aktında göstərilir ki, "Azəriqaz” İstehsalat Birliyinin 09 mart 2021-ci il tarixli məktubuna əsasən 26 may 2021-ci il tarixində Metrologiya Departamenti tərəfindən qaz sayğacına baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “sayğacın klapanı bağlıdır. Ekranda bağlı işarəsi var. “OFF” rejimindən çıxarıldı, klapan açıldı. Sayğacın plastmas qapağı üst hissəsindən çatlayıb və əzilib. Sayğacın hesablayıcı mexanizmi işləmir, keçən havanın sərfini qəbul etmir. Sayğacın yaddaş arxiv proqramı oxundu, “Alarm 1” rejimi qeydə alınmayıb”. Bundan sonra, istehlakçı İddiaçı Firmasına məxsus sahibkarlıq obyektinin təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş 31 may 2021-ci il tarixli ******* nömrəli Aktda isə göstərilir ki, 31 may 2021-ci ildə abonent kodu **********00000 olan obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “15 mart 2021-ci il tarixdə dövlət yoxlamasına göndərilmiş G-6 markalı 1605A7**********78 nömrəli qaz sayğacı Rəyə əsasən “plastmas qapaq çatlayıb və əzilib. Hesablayıcı mexanizm işləmir, keçən havanın sərfini qeyd etmir. “Alarm” rejimi qeydə alınmayıb. Tələb:- Dəymiş ziyan hesablansın” qeydi aparılmışdır. Həmin Akt əsasında tərtib edilmiş 31 may 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə isə məlum qüsurlara görə G-6 markalı qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilərək, 1296 (min iki yüz doxsan altı) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı Firması paylayıcı (cavabdeh) Cavabdeh 31 may 2021-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, həmin borcun 1294 (min iki yüz doxsan dörd) manat hissəsinin silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, hazırkı mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Firması tərəfindən mediatora müraciət edilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X3 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X3 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X3 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X3 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı Firmasına (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00000) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31 may 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilərək, cəmi 1296 (min iki yüz doxsan altı) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İddiaçı Firması (istehlakçı) isə Cavabdeh (qaz paylayıcısının) 31 may 2021-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq hesablanmış 1296 manat məbləğində borcun hamısını deyil, 1294 (min iki yüz doxsan dörd) manat hissəsinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı 31 may 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq 1296 manat məbləğində borcun hesablanmasının əsaslılığı mötəbər sübutlar əsasında təsdiq olunmamışdır. Eyni zamanda, 31 may 2021ci il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum “1296 (min iki yüz doxsan altı) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması” ilə nəticələnmiş istehlakçı İddiaçı Firmasına məxsus sahibkarlıq obyektində (abonent kodu: **********00000) quraşdırılmış qaz sayğacına 31 may 2021-ci ildə keçirilən baxış, yəni yoxlama tədbiri X3 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X3 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 31 may 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı Firmasına məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə 1296 manat məbləğində borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Lakin, iddiaçı hazırkı iddia ərizəsində məlum Akt əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1296 (min iki yüz doxsan altı) manat məbləğində borcun hamısını deyil, “1294 (min iki yüz doxsan dörd) manat hissəsinin silinməsi” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının iddia tələbində göstərilən məbləğ üzrə, yəni “1294 (min iki yüz doxsan dörd) manat borcun silinməsi” üzrə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və 31 may 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı Firmasına məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq hesablanmış cəmi 1296 manat məbləğində borcun 1294 manat hissəsi silinməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 32,96 (otuz iki manat 96 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31 may 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı Firmasına məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq hesablanmış cəmi 1296 (min iki yüz doxsan altı) manat məbləğində borcun 1294 (min iki yüz doxsan dörd) manat hissəsi silinsin. Cavabdehndən dövlət nəfinə 32,94 (otuz iki manat 94 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1845/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1845/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver