Məhkəmə qərarları › İş №e-2-2(119)-1850/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1850/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1850/2025 26.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 avqust 2024-cü il tarixli QA 014/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 50400 (əlli min dörd yüz) manat məbləğində borcun, həmin borcun gecikdirilməsinə görə hesablanmış 3528 (üç min beş yüz iyirmi səkkiz) manat məbləğində faiz borcunun və ödənilmiş 251,78 (iki yüz əlli bir manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, müvəqqəti təminat tədbiri ilə bağlı məhkəmə qərardadı ilə cavabdehin bank hesabları üzərinə həbs qoyulduğundan barışıq sazişində İddiaçı MMC-nin cavabdehin bank hesabları üzərinə qoyulmuş həbsin götürülməsinin təmin edilməsi qeyd edilmişdir. İddiaçının nümayəndəsi barışıq sazişinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi barışıq sazişinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş barışıq sazişini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş 03 oktyabr 2025-ci il tarixli sazişin məzmunu ilə müəyyən edilir ki, 03 oktyabr 2025-ci il tarixdə İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında barışıq sazişi bağlanmış və həmin saziş hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədənkənar qaydada gəlinən razılığı əks etdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları hər hansı şəxsin (şəxslərin) hüququnu (hüquqlarını) və qanunla qorunan mənafeyini (mənafelərini) pozmadığına görə 03 oktyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 03 oktyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar e-2- 2(119)-1850/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 oktyabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər sözügedən mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bu barışıq sazişini bağlayırlar.

2. Cavabdeh "xxxx" MMC tərəflər arasında bağlanmış 26 avqust 2024-cü il tarixli QA014/2024 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış borca görə 50400 manat və iddianın verilməsi ilə bağlı ödənilmiş 251,78 manat dövlət rüsumu olmaqla, cəmi 50651,78 manat məbləğin 5040 manat hissəsini və iddiaçının çəkdiyi məhkəmə xərclərini - 251,78 manat dövlət rüsumunu bu saziş təsdiqlənəndən sonra 7 (yeddi) gün ərzində birdəfəlik, yerdə qalan məbləği 2025-ci ilin noyabr ayından başlamaqla, bərabər hissələrlə 6 (altı) ay müddətinə, hər ay üçün 7560 manat olmaqla hər ayın 10-na kimi ödəməyi öhdəsinə götürür.

3. Bu sazişin 2-ci bəndində qeyd olunanlara əsasən, İddiaçı MMC cavabdehin bank hesabları üzərinə qoyulmuş həbsin götürülməsini təmin edir və məhkəmə işi üzrə hesablanmış dəbbə pulunu tələb etmir.

4. "xxxx" MMC bu sazişdə ödənişlə bağlı üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirmədiyi halda, İddiaçı MMC dəbbə ilə bağlı tələb etmə hüququnu özündə saxlayır.

5. Bu barışıq sazişi tərəflər imzalandığı andan qüvvəyə minəndən sonra, tərəflər qarşılıqlı olaraq bir-birinə qarşı eyni tələb irəli sürməkdən imtina edir və gələcəkdə bununla bağlı tələb irəli sürə bilməzlər.

6. Tərəflər bu Sazişin 2-ci və 3-cü bəndlərində göstərilmiş öhdəlikləri müvafiq olaraq qarşılıqlı və vaxtında icra edirlər. Tərəflər bu saziş imzalandıqdan sonra onun təsdiq edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edirlər. İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1850/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar