Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1885/2025 15.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Şəmsəddin oğlunun iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14 mart 2023-cü il tarixli, 002D/AGP/23 saylı alqı-satqı müqaviləsi üzrə 82425,33 (səksən iki min dörd yüz iyirmi beş manat otuz üç qəpik) manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1800 (min səkkiz yüz) məbləğində pulun və 324 (üç yüz iyirmi dörd) manat ƏDV-nin, 345 (üç yüz qırx beş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı arasında bağlanmış 14 mart 2023-cü il tarixdə, 002D/AGP/23 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı "Kənd təsərüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına əsasən cins damazlıq heyvanlar yerli olduqda dəyərinə, idxal olduqda isə gömrük idxal dəyərinə 60% həcmində güzəşt tətbiq etməklə alıcıya satır. Müqavilənin 1.1ci bəndinə əsasən satıcı tərəfindən alıcıya 32 baş simmental cinsli damazlıq heyvan satılmışdır və müqavilə üzrə heyvanların satış qiyməti 204278,72 (iki yüz dörd min iki yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat təşkil etmişdir. Müqavilə qiymətinin ilkin ödəniş hissəsi olan 86800 (səksən altı min səkkiz yüz) manat cavabdeh tərəfindən ödənilsə də güzəşt məbləğinin “AKİA” tərəfindən ödənilməsindən imtina edilmişdir. Cavabdeh2 müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 32000 (otuz iki min) manat, xx.xx.2023cü tarixdə 13800 (on üç min səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə 9800 (doqquz min səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə 30000 (otuz min) manat, xx.xx.2023-cü il tarixdə 4000 (dörd min) manat və xx.xx.2024-cü il tarixdə 32253,39 (otuz iki min iki yüz əlli üç manat otuz doqquz qəpik) manat olmaqla, cəmi 121853,39 (yüz iyirmi bir min səkkiz yüz əlli üç manat otuz doqquz qəpik) manat ödəmişdir. xx.xx.2025-ci il tarixə cavabdehin 002D/AGP/23 saylı müqavilə üzrə qalıq borcu 82425,33 (səksən iki min dörd yüz iyirmi beş manat otuz üç qəpik) manat təşkil edir. Məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq o, güzəşt məbləğinin ödənilməsi təmin etməmişdir. Tərəflər arasında olan müqavilənin 2.2.5-ci bəndinə əsasən alıcı, dövlət tərəfindən tətbiq edilən güzəştin “AKİA” tərəfindən təmin edilməsi üçün, zəruri tədbirləri görməyi öhdəsinə götürmüş və bu öhdəliyin yerinə yetirilməyəcəyi halda həmin güzəşt məbləğinin iddiaçıya ödənilməsini öhdəlik götürmüşdür. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə Şəmsəddin oğlu iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış 14 mart 2023-cü il tarixli 002D/AGP/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqaviləyə əsasən satıcı "Kənd təsərüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 saylı Fərmanına və həmin Fərmanla təsdiq edilmiş Qaydalara əsasən cins damazlıq heyvanları yerli istehsal olduqda qiymətləndirilən, idxal heyvan olduqda isə gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların alıcıya satılmasını, alıcı isə həmin heyvanların bu müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə görə alıcının ərizəsinə əsasən satıcı 31 baş simmental cinsli damazlıq heyvanları satın alındıqdan sonra alıcıya satır, alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı 31 baş simmental cinsli damazlıq heyvanların ehtimal edilən satış qiyməti 200353 manat nəzərdə tutulmuşdur. 1 baş simmental cinsli damazlıq heyvanın güzəştli satış qiyməti 2800 manat olmaqla, cəmi 86800 manat məbləği əvvəlcədən ödədikdən sonra tərəflər əsas alqı-satqı müqaviləsi bağlayarkən müəyyən ediləcək yekun qiymətdə həmin heyvanların gömrük dəyərinə tətbiq edilən güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəyir. Dövlət tərəfindən ayrılan güzəşt məbləğini isə həmin vəsait hesabına daxil olan kimi satıcının hesabına yönləndirməlidir. İş materiallarında olan İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanmış 14 mart 2023cü il tarixli 002D/AGP/23 nömrəli damazlıq heyvanların alqı-satqısı müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli D-01/002D/AGP/23 nömrəli razılaşma protokoluna əsasən 14 mart 2023-cü il tarixli 002D/AGP/23 nömrəli alqı-Satqı müqaviləsinin predmeti olan “31 baş simmental” sözləri, “32 baş simmental” sözləri ilə əvəz olunmuşdur. Razılaşmaya uyğun olaraq 32 baş simmental cinsli damazlıq heyvanların satış dəyəri 204278,72 (iki yüz dörd min iki yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat təşkil edir. Alıcının xx.xx.2023-cü il tarixli 002D/AGP/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli 32000 (otuz iki min) manat, ilkin ödənişi xx.xx.2023-cü il tarixli D-01/002D/AGP/23 nömrəli razılaşmaya yönləndirilir. Alıcı geri qalan 57600 (əlli yeddi min altı yüz) manat vəsaiti xx.xx.2023-cü il tarixinədək satıcıya ödəməlidir. İş materiallarında olan satıcı İddiaçı direktoru X1, nümayəndəsi Şamilli Vüqar Fazil oğlu və alıcı Cavabdeh2 tərəfindən imzalanmış İddiaçınə məxsus damazlıq heyvanların alıcıya təhvili barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən 32 baş simmental cinsli damazlıq heyvan Cavabdeh2 Abşeron rayonu, Qobustan kəndində yerləşən təsərrüfatına sağlam halda təhvil verilmişdir. İş materiallarından görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh2 204278,72 (iki yüz dörd min iki yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat dəyərində simmental cinsli damazlıq heyvanların satılması ilə əlaqədar 30 mart 2023-cü il tarixli EBDC seriyalı 569973 nömrəli elektron qaimə-faktura göndərilmişdir. İş materillarında olan ödəniş sənədlərindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixdə 32000 (otuz iki min) manat, xx.xx.2023-cü tarixdə 13800 (on üç min səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə 9800 (doqquz min səkkiz yüz) manat, xx.xx.2023-cü il tarixdə 30000 (otuz min) manat, xx.xx.2023-cü il tarixdə 4000 (dörd min) manat və xx.xx.2024-cü il tarixdə 32253,39 (otuz iki min iki yüz əlli üç manat otuz doqquz qəpik) manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh2 İddiaçınə xx.xx.2025-ci il tarixə qalıq borc 82425,33 (səksən iki min dörd yüz iyirmi beş manat otuz üç qəpik) manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 11 sentyabr 2025-ci il tarixində Cavabdeh2 pretenziya məktubu göndərilərək, 14 mart 2023-cü il tarixli 002D/AGP/23 nömrəli damazlıq heyvanların alqı-satqısı müqaviləsi üzrə yaranmış 82425,33 (səksən iki min dörd yüz iyirmi beş manat otuz üç qəpik) manat məbləğində borcun 1 (bir) gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 14 mart 2023-cü il tarixli 002D/AGP/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 204278,72 (iki yüz dörd min iki yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat dəyərində 32 baş simmental cinsli damazlıq heyvan sağlam halda təhvil verilmişdir. Cavabdeh2 iddiaçıya həmin heyvanların dəyərindən 121853,39 (yüz iyirmi bir min səkkiz yüz əlli üç manat otuz doqquz qəpik) manat ödəmiş, qalan 82425,33 (səksən iki min dörd yüz iyirmi beş manat otuz üç qəpik) manat güzəşt məbləği isə ödənilməmişdir. Buna görə İddiaçı Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış 14 mart 2023-cü il tarixli 002D/AGP/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinə əsasən alıcı dövlət güzəştinin alınması üçün AKİA tərəfindən tələb olunan sənədlərin (alıcı tərəfindən verilməli olan sənədlər) vaxtında və lazımi qaydada təmin olunmasını öhdəsinə götürür və həmin öhdəliyi tam olaraq yerinə yetirmədikdə isə güzəşt məbləğinin satıcıya ödənilməsini öz vəsaiti hesabına təmin edir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya borcu yaranmışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 14 mart 2023-cü il tarixli 002D/AGP/23 nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqavilə üzrə ödənilməmiş 82425,33 (səksən iki min dörd yüz iyirmi beş manat otuz üç qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddiaçı iddia tələbində “hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1800 (min səkkiz yüz) məbləğində pulun və 324 (üç yüz iyirmi dörd) manat ƏDV-nin cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına hüquqi xidmətə görə 3600 (üç min altı yüz) manat ödənilməsini təsdiq edən 10 sentyabr 2025-ci il tarixli ödəmə qəbzini və 648 manat ƏDV ödənilməsini təsdiq edən 09 sentyabr 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirşi təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımla əlaqədar ödənilmiş 1800 (min səkkiz yüz) məbləğində pulun və 324 (üç yüz iyirmi dörd) manat ƏDV-nin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan həmin məbləğdə pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 600 (altı yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “345 (üç yüz qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən hazırkı iddia tələbi üzrə ödənilməli olan 337,28 (üç yüz otuz yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 82425,33 (səksən iki min dörd yüz iyirmi beş manat otuz üç qəpik) manat məbləğində borc, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqı və 337,28 (üç yüz otuz yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 83362,61 (səksən üç min üç yüz altmış iki manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 82425,33 (səksən iki min dörd yüz iyirmi beş manat otuz üç qəpik) manat məbləğində borc, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqı və 337,28 (üç yüz otuz yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 83362,61 (səksən üç min üç yüz altmış iki manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1885/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1885/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver