Məhkəmə qərarları › İş №e-2-2(119)-1904/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1904/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1904/2025 29.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ƏDV daxil 734,97 (yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli tibbi tullantıların utilizə edilməsi haqqında 29/2024 nömrəli müqaviləyə əsasən İddiaçı cavabdehin təhvil verdiyi tibbi tullantıların daşınaraq utilizə edilməsi xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh tərəfindən verilmiş sifarişə əsasən müxtəlif tarixlərdə olmaqla, ümumilikdə 10,5 m tibbi tullantı iddiaçı tərəfindən daşınaraq utilizə edilmişdir. Bununla bağlı müxtəlif tarixlərdə tərəflər arasında aktlar da imzalanmışdır. Göstərilmiş xidmətlərə görə ödəniş edilməsi üçün elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmiş, lakin buna baxmayaraq cavabdeh bu günə qədər göstərilmiş xidmətin dəyərini ödəməmişdir. Cavabdeh 10 sentyabr 2025-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq onlara göndərilən qaimədə qeyd edilən xidmətlərin göstərilmədiyini və buna görə də, həmin qaimənin ləğv edilməsini tələb etmişdir. Hazırda göstərilmiş xidmətlərə görə Cavabdeh İddiaçınə ƏDV daxil olmaqla 734,97 (yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh 01 oktyabr 2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh 2023-cü ilin dekabr ayında təsis edilərək Azərbaycan Respublikasında təmizlik, sanitariya, gigiyena və tullantıların idarə olunması xidmətləri sahəsində fəaliyyət göstərən ixtisaslaşmış bir şirkətdir. Cavabdeh ilə N.Tusi adına klinika arasında əldə edilmiş şifahi razılığa əsasən klinika tibbi tullantıları utilizasiya üçün Cavabdehnə verməyi, Cavabdeh isə təqdim edilən tibbi tullantıların utilizasiyasını təmin etməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh klinikadan əldə etdiyi tullantıların utilizasiyasını təmin etmək məqsədilə iddiaçı "HV Ekosevis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 06 mart 2024-cü il tarixdə 29/2024 nömrəli xidmət müqaviləsi bağlamışdır. Həmin müqavilənin predmetini sifarişçi Cavabdeh tərəfindən təhvil verilən tibbi tullantıların icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daşınaraq utilizasiya edilməsi təşkil etmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər bu xidmətləri zəruri olan, qəbul edilmiş beynəlxalq normalara və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına müvafiq olaraq həyata keçirməyi öhdələrinə götürüblər. Lakin sonradan klinika sözügedən işlərin görülməsi üçün müəssisədən müvafiq lisenziyanı tələb edib. Həmin dövr üçün isə müəssisə tibbi tullantıların əldə edilməsi, daşınması və utilizasiyasını təmin etmək üçün müvafiq lisenziyaya sahib olmayıb. Bundan sonra, Cavabdeh aidiyyəti üzrə müraciət edərək lisenziya almaq üçün qanunvericiliyə uyğun olaraq hüquqi prosedurları həyata keçirmiş və yalnız 17 mart 2025-ci il tarixində lisenziya əldə edə bilmişdir. Cavabdeh lisenziya əldə edilən tarixə, yəni 17 mart 2025-ci il tarixinə qədər tibbi tullantıların əldə olunması, daşınması və utilizasiyası ilə bağlı heç bir fəaliyyət həyata keçirməmiş və keçirə də bilməzdi. Odur ki, iddia ərizəsində yazılanlar həqiqəti əks etdirməməklə tərəflər arasındakı müqavilə münasibətlərinə ziddir və cavabdehin iddiaçı qarşısında heç bir maddi öhdəliyi yoxdur. İddiaçı qeyd edir ki, müqaviləyə əsasən cavabdeh tərəfindən verilmiş sifarişə əsasən müxtəlif tarixlərdə olmaqla 10,5 m tibbi tullantı tərəfindən daşınaraq utilizə edilmişdir. Bununla bağlı tərəflər arasında müxtəlif tarixlərdə aktlar da imzalanmışdır. İddiaçının qeyd etdiyi aktlar müqavilə bağlanarkən müqavilə müddəti ərzində onun icrasının əvvəlcədən planlaşdırılması məqsədilə xidmətin həyata keçiriləcəyi aylar üzrə tərtib edilib imzalanmışdır. Lakin sonradan müvafiq lisenziya olmadığına görə müqavilə planlaşdırılan şəkildə icra edilə bilməmiş və müqavilə müddəti uzadılmamışdır. Müqavilə müddəti ərzində müvafiq lisenziyaya malik olmadığına görə Cavabdeh klinikadan heç bir tibbi tullantı qəbul etməmişdir. Buna görə də, həmin müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Ecomag" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər hansı tibbi tullantıların utilizasiyası xidmətinin göstərilməsi mümkün ola bilməzdi. Həmçinin, klinikanın Cavabdehnə müqavilə müddəti ərzində hər hansı tibbi tullantı təqdim etmədiyini təsdiq etmək üçün klinika müvafiq prosessual qaydada icraata cəlb oluna bilər. Belə ki, faktiki olaraq cavabdehin lisenziyası olmadığına görə onunla aktlarda göstərilən müddətdə əməkdaşlıqdan klinika imtina edib və öz tibbi tullantılarını digər lisenziyalı müəssisə ilə həyata keçirib. Bütün bunlar tərəflər arasında müqavilə ilə, eyni zamanda tibbi tullantıların təhvil verilməsi prosedur qaydaları çərçivəsində həyata keçirilir. Bundan başqa, iddiaçı belə xidmətin göstərilməsini iddia etsə də, məhkəməyə hər hansı əhəmiyətli sübutedici sənəd təqdim etməmişdir. Yalnız təhvil təslim aktlarının olması və elektron qaimənin təqdim edilməsi müvafiq xidmətin həyata keçirildiyini təsdiq edə bilməz. Təhvil-təslim aktları planlaşdırma sənədləri xarakteri daşıyır və müqavilə üzrə faktiki xidmətin göstərildiyini təsdiq edə bilmir. Həmçinin müqavilənin 3.4.2-ci bəndinə əsasən sifarişçi tibbi tullantıların daşınaraq utilizasiya olunması barədə müvafiq arayış tələb etmək hüququna da malikdir. Hazırki vəziyyətdə belə sənəd nə məhkəməyə, nə də cavabdehə təqdim edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli e-2-2(119)- 1904/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 23 dekabr 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehndən ƏDV daxil 734,97 (yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 26 dekabr 2025-ci il tarixdə Cavabdeh iddia tələbinin artırılmasına etiraz ilə məhkəməyə müraciət edərək iddia tələbinin artırılması qaydasında irəli sürülmüş 600 (altı yüz) manat məbləğində vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehdən tələb edilən 734,97 (yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) məbləğində xidmət haqqı işə mahiyyəti üzrə baxılmasına qədər və məhkəmə araşdırması başlamadan könüllü şəkildə tam ödənilmişdir. Bu səbəbdən, iş üzrə əsas mübahisə predmeti aradan qalxmış, iddiaçı tələbinin faktiki təmin edilməsinə ehtiyac qalmamış, cavabdehin iddianın məcburi təmininə yönəlmiş prosessual davranışa səbəb olan hərəkəti olmamışdır. İddiaçı tərəfin iddia tələbinin artırılması qaydasında cavabdehdən 600 (altı yüz) manat məbləğində vəkil xərcinin tutulması barədə tələbi isə MPM-nin 121.1-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğun olmadığından və ağlabatanlıq meyarını aşdığından, habelə pul tələbi məhkəmə araşdırmasından əvvəl könüllü təmin edildiyi üçün təmin edilməməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbinin artırılmasına dair etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizəni, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış 06 mart 2024-cü il tarixli 29/2024 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini sifarişçi tərəfindən təhvil verilən tibbi tullantıların icraçı tərəfindən daşınaraq utilizə edilməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icraçı bu müqavilədə olan tapşırığa uyğun olaraq tibbi tullantıların daşınaraq utilizə edilməsini öhdəsinə götürür. Sifarişçi tibbi ləvazimatların daşınaraq utilizə edilməsinə görə müvafiq məbləği (ƏDV daxil olmaqla) ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin qiyməti və hesablaşma qaydası müqavilənin ayrılmaz hissəsi olan tbbi tullantıların daşınmasına və utilizasiya olunmasına görə xidmət haqqı barədə razılaşma protokoluna uyğun olaraq müəyyənləşdirilir. İş materiallarında olan 06 mart 2024-cü il tarixli 29/2024 nömrəli müqavilə üzrə 1 nömrəli əlavə olan tərəflər arasında tibbi tullantıların daşınaraq utilizə edilməsinə görə xidmət haqqı barədə razılaşma protokolunda tibbi tullantıların daşınması xidmətinin dəyəri ƏDV-siz 3,50 manat, tibbi tullantıların utilizasiya xidmətinin dəyəri 1 m3 görə ƏDV daxil 70 manat müəyyən edilmişdir. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı tərəfindən imzalanmış 01 avqust 2024-cü il tarixli tibbi tullantıların təhvil-təslim aktında göstərilir ki, sifariçi Bakı şəhəri, Yasamal rayonu Həsənbəy Zərdabi 53 ünvanında formalaşan 2,5 m3 həcmində tibbi tullantılarını icraçının Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ünvanında yerləşən zərərsizləşdirmə üçün nəzərdə tutulmuş xüsusi sobalarına təhvil verdi. İcraçı sifarişçinin təhvil verdiyi 2,5 (iki yarım) m3 B və C kateqoriyalı tibbi tullantılarının 01 avqust 2024-cü il tarixdə sifarişçinin nümayəndəsinin iştirakı ilə zərərsizləşdirməsini həyata keçirtdi. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı tərəfindən imzalanmış 01 sentyabr 2024-cü il tarixli tibbi tullantıların təhvil-təslim aktında göstərilir ki, sifariçi Bakı şəhəri, Yasamal rayonu Həsənbəy Zərdabi 53 ünvanında formalaşan 2 m3 həcmində tibbi tullantılarını icraçının Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ünvanında yerləşən zərərsizləşdirmə üçün nəzərdə tutulmuş xüsusi sobalarına təhvil verdi. İcraçı sifarişçinin təhvil verdiyi 2 (iki) m3 B və C kateqoriyalı tibbi tullantılarının 01 sentyabr 2024-cü il tarixdə sifarişçinin nümayəndəsinin iştirakı ilə zərərsizləşdirməsini həyata keçirtdi. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı tərəfindən imzalanmış 01 oktyabr 2024-cü il tarixli tibbi tullantıların təhvil-təslim aktında göstərilir ki, sifariçi Bakı şəhəri, Yasamal rayonu Həsənbəy Zərdabi 53 ünvanında formalaşan 2 m3 həcmində tibbi tullantılarını icraçının Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ünvanında yerləşən zərərsizləşdirmə üçün nəzərdə tutulmuş xüsusi sobalarına təhvil verdi. İcraçı sifarişçinin təhvil verdiyi 2 (iki) m3 B və C kateqoriyalı tibbi tullantılarının 01 oktyabr 2024-cü il tarixdə sifarişçinin nümayəndəsinin iştirakı ilə zərərsizləşdirməsini həyata keçirtdi. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı tərəfindən imzalanmış 01 noyabr 2024-cü il tarixli tibbi tullantıların təhvil-təslim aktında göstərilir ki, sifariçi Bakı şəhəri, Yasamal rayonu Həsənbəy Zərdabi 53 53 ünvanında formalaşan 2 m3 həcmində tibbi tullantılarını icraçının Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ünvanında yerləşən zərərsizləşdirmə üçün nəzərdə tutulmuş xüsusi sobalarına təhvil verdi. İcraçı sifarişçinin təhvil verdiyi 2 (iki) m3 B və C kateqoriyalı tibbi tullantılarının 01 noyabr 2024-cü il tarixdə sifarişçinin nümayəndəsinin iştirakı ilə zərərsizləşdirməsini həyata keçirtdi. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı tərəfindən imzalanmış 01 dekabr 2024-cü il tarixli tibbi tullantıların təhvil-təslim aktında göstərilir ki, sifariçi Bakı şəhəri, Yasamal rayonu Həsənbəy Zərdabi 53 53 ünvanında formalaşan 2 m3 həcmində tibbi tullantılarını icraçının Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ünvanında yerləşən zərərsizləşdirmə üçün nəzərdə tutulmuş xüsusi sobalarına təhvil verdi. İcraçı sifarişçinin təhvil verdiyi 2 (iki) m3 B və C kateqoriyalı tibbi tullantılarının 01 dekabr 2024-cü il tarixdə sifarişçinin nümayəndəsinin iştirakı ilə zərərsizləşdirməsini həyata keçirtdi. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 734,97 (yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar 03 sentyabr 2025-ci il tarilxi MT2509 seriyalı 10303695 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan 22 dekabr 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış 06 mart 2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 622,86 (altı yüz iyirmi iki manat səksən altı qəpik) manat məbləğində əsas borc üzrə, 112,11 (yüz on iki manat on bir qəpik) manat məbləğində isə ƏDV üzrə ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 06 mart 2024-cü il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 06 mart 2024-cü il tarixli 29/2024 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı bu müqavilədə olan tapşırığa uyğun olaraq tibbi tullantıların daşınaraq utilizə edilməsini, cavabdeh isə tibbi ləvazimatların daşınaraq utilizə edilməsinə görə müvafiq məbləği (ƏDV daxil olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. İcraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə müqavilə ilə nəzərdə tutulan xidmətlər göstərilmiş, lakin həmin xidmətlərin dəyəri Cavabdeh tərəfindən tam ödənilməmiş, buna görə də İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı Cavabdeh iddia ərizəsində tələb olunan ƏDV daxil 734,97 (yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində borcu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “ƏDV daxil 734,97 (yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində borcun tutulması” hissəsində rədd edilməlidir. Bundan başqa iddiaçı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqının” cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə hüquqi yardıma görə 600 (altı yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 29 oktyabr 2025-ci il tarixli ödəniş qəbzini təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 600 (altı yüz) manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 600 (altı yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 320 (üç yüz iyirmi) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, borc iddia verildikdən sonra cavabdeh tərəfindən ödənildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar