Məhkəmə qərarları › İş №e-2-2(119)-1918/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1918/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1918/2022 09.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında malların alqı-satqısına dair imzalanmış 01 yanvar 2021-ci il tarixli 62 nömrəli müqavilə üzrə 15782,81 (on beş min yeddi yüz səksən iki manat 81 qəpik) manat məbləğində borcun və bu vəsaitin vaxtında ödənilməməsinə görə həmin vəsaitin 7,75%-i məbləğində yəni, 1223,17 (min iki yüz iyirmi üç manat 17 qəpik) manat məbləğində faiz borcunun və iş üzrə ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 İddiaçı və Cavabdeh tərəfindən mübahisə üzrə tərtib olunaraq imzalanmış 29 noyabr 2022-ci il tarixli Barışıq sazişini məhkəməyə təqdim etmiş və həmin Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 29 noyabr 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında Barışıq sazişi bağlanmış və həmin Barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh aşağıda qeyd olunan şərtlər əsasında razılığa gəlmişlər:

1. Tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı Cavabdeh İddiaçınə bu Sazişdə aşağıda nəzərdə tutulmuş cədvələ uyğun ödənişi həyata keçirir:

Nömrə Ödəniləcək məbləğ Ödəmə tarixi

1) 1207 (min iki yüz yeddi) manat 05 dekabr 2022-ci il 2) 1000 (min) manat 05 yanvar 2023-cü il 3) 1000 (min) manat 05 fevral 2023-cü il 4) 1000 (min) manat 05 mart 2023-cü il 5) 1000 (min) manat 05 aprel 2023-cü il 6) 1000 (min) manat 05 may 2023-cü il 7) 1000 (min) manat 05 iyun 2023-cü il 8) 1000 (min) manat 05 iyul 2023-cü il 9) 1000 (min) manat 05 avqust 2023-cü il 10) 1000 (min) manat 05 sentyabr 2023-cü il

2. Bu Sazişin 1-ci bəndindəki cədvəllə nəzərdə tutulmuş hər bir məbləğ İddiaçı aşağıdakı bank hesabına ödənilməlidir:

H/H: AZ60MUGA**********00001AZM18 X5 Cəmiyyətinin Bakıxanov filialı VÖEN: ********** SWİFT: MUGAAZ22 Kod: 506764

3. Cavabdeh bu Sazişin 1-ci və 2-ci bəndlərinin tələbini tam və vaxtında yerinə yetirəcəyi halda İddiaçı müqavilə üzrə borcun və faiz məbləğinin ödənilməsinə dair iddia ərizəsi üzrə iddia tələblərindən imtina edir;

4. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədə qalır. Bu Sazişin 1-ci və 2-ci bəndlərinin tələbinə riayət edilmədikdə Saziş qüvvədən düşmüş hesab edilir;

5. Tərəflər bu Sazişdə göstərilən öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə bu Sazişə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

6. Bu Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur.

7. Bu Saziş məhkəməyə və hər bir tərəfə bir nüsxə verilməklə 3 (üç) əsl nüsxədə tərtib olunmuşdur. Sazişin hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 29 noyabr 2022-ci il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli Barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-1918/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı Cavabdeh İddiaçınə bu Sazişdə aşağıda nəzərdə tutulmuş cədvələ uyğun ödənişi həyata keçirir:

Nömrə Ödəniləcək məbləğ Ödəmə tarixi

1) 1207 (min iki yüz yeddi) manat 05 dekabr 2022-ci il 2) 1000 (min) manat 05 yanvar 2023-cü il 3) 1000 (min) manat 05 fevral 2023-cü il 4) 1000 (min) manat 05 mart 2023-cü il 5) 1000 (min) manat 05 aprel 2023-cü il 6) 1000 (min) manat 05 may 2023-cü il 7) 1000 (min) manat 05 iyun 2023-cü il 8) 1000 (min) manat 05 iyul 2023-cü il 9) 1000 (min) manat 05 avqust 2023-cü il 10) 1000 (min) manat 05 sentyabr 2023-cü il

2. Bu Sazişin 1-ci bəndindəki cədvəllə nəzərdə tutulmuş hər bir məbləğ İddiaçı aşağıdakı bank hesabına ödənilməlidir:

H/H: AZ60MUGA**********00001AZM18 X5 Cəmiyyətinin Bakıxanov filialı VÖEN: ********** SWİFT: MUGAAZ22 Kod: 506764

3. Cavabdeh bu Sazişin 1-ci və 2-ci bəndlərinin tələbini tam və vaxtında yerinə yetirəcəyi halda İddiaçı müqavilə üzrə borcun və faiz məbləğinin ödənilməsinə dair iddia ərizəsi üzrə iddia tələblərindən imtina edir;

4. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədə qalır. Bu Sazişin 1-ci və 2-ci bəndlərinin tələbinə riayət edilmədikdə Saziş qüvvədən düşmüş hesab edilir;

5. Tərəflər bu Sazişdə göstərilən öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə bu Sazişə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

6. Bu Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur.

7. Bu Saziş məhkəməyə və hər bir tərəfə bir nüsxə verilməklə 3 (üç) əsl nüsxədə tərtib olunmuşdur. Sazişin hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir.

Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1918/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar