Məhkəmə qərarları › İş №e-2-2(119)-1925/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1925/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1925/2022 05.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 8017,22 (səkkiz min on yeddi manat 22 qəpik) manat məbləğində borc və 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8117,22 (səkkiz min yüz on yeddi manat 22 qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıya 8017,22 (səkkiz min on yeddi manat 22 qəpik) manat borcu yaranmışdır. Bu hal tərəflər arasında imzalanmış 31 iyul 2021-ci il tarixli üzləşmə aktı ilə də təsdiq edilir. Dəfələrlə tələb edilməsinə baxmayaraq borcun ödənilməsi cavabdeh tərəfindən təmin olunmamışdır. Cavabdehnə pretenziya məktubu göndərilmiş, 5 gün müddətində müqavilə öhdəliyinin icra edilərək 8017,22 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı və məhkəmə xərclərinin də ondan tələb olunacağı diqqətinə çatdırılmışdır. Lakin cavabdeh tələb edilən pul məbləğini ödəməkdən imtina etmişdir. Buna görə 8017,22 manat məbləğində əsas borc və 100 manat məbləğində ödənilmiş mediasiya xərci olmaqla, cəmi 8117,22 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 16 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi X1 izahatında iddia tələbini qəbul etdiyini, lakin xidmət göstərdikləri marketlər pul vəsaitlərini vermədiyindən iddiaçının borcunu ödəyə bilmədiklərini qeyd etmişdir. Lakin Cavabdehnə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı (VÖEN **********) ilə sifarişçi “Ecocold" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 10 mart 2020-ci il tarixli E-35 nömrəli alqı-satqı müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişi əsasında sifarişçini mal-material ilə təmin etməlidir. Həmin müqavilənin 2-ci bəndinə əsasən sifarişçi mal-materialın geniş təsnifatını və sayını icraçıya təqdim etməli, icraçı isə mal-materialın qiymət razılaşdırma protokolunu və ya elektron qaiməni hazırlayıb sifarişçi ilə razılaşdırmalıdır. Razılaşdırdığı halda 7 (yeddi) gün müddətində mal-materialın tam təşkil olunmasını icra etməlidir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icraçı bu müqavilədə nəzərdə tutulmuş malmaterialı sifarişçiyə vaxtında təhvil verməli, sifarişçi mal-materialı təhvil almamışdan əvvəl və ya təhvil aldıqdan sonra icraçının razılığına əsasən ona təqdim edilən hesablar əsasında avans olaraq və ya elektron qaimə göndərildikdən sonra 10 gün ərzində ödəniş etməlidir. İş materiallarında olan İddiaçı ilə “Ecocold" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış 31 iyul 2021-ci il tarixli üzləşmə aktından görünür ki, “Ecocold" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzləşmə aktının tərtib edildiyi tarixə İddiaçı 8017,22 manat məbləğində borcu vardır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı tərəfindən “Ecocold" Məhdud Məsuliyyətli Cəmiyyətinə 326,04 manat (276,31 manat malın dəyəri + 49,74 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 09 iyun 2021-ci il tarixli EBBD seriyalı 038418 nömrəli elektron qaimə, 80 manat (67,80 manat malın dəyəri + 12,20 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 10 iyun 2021-ci il tarixli EBBD seriyalı 101320 nömrəli elektron qaimə, 1070,80 manat (907,46 manat malın dəyəri + 163,34 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 10 iyun 2021-ci il tarixli EBBD seriyalı 101318 nömrəli elektron qaimə, 105 manat (88,98 manat malın dəyəri + 16,02 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 14 iyun 2021-ci il tarixli EBBD seriyalı 266571 nömrəli elektron qaimə, 130 manat (110,17 manat malın dəyəri + 19,83 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 14 iyun 2021-ci il tarixli EBBD seriyalı 264462 nömrəli elektron qaimə, 795 manat (673,73 manat malın dəyəri + 121,27 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 14 iyun 2021-ci il tarixli EBBD seriyalı 250386 nömrəli elektron qaimə, 140 manat (118,64 manat malın dəyəri + 21,36 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 16 iyun 2021-ci il tarixli EBBD seriyalı 369090 nömrəli elektron qaimə, 80 manat (67,80 manat malın dəyəri + 12,20 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 16 iyun 2021-ci il tarixli EBBD seriyalı 369089 nömrəli elektron qaimə, 160,40 manat (135,93 manat malın dəyəri + 24,47 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 16 iyun 2021-ci il tarixli EBBD seriyalı 350167 nömrəli elektron qaimə, 103 manat (87,29 manat malın dəyəri + 15,71 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 16 iyun 2021-ci il tarixli EBBD seriyalı 334313 nömrəli elektron qaimə, 182,68 manat (154,81 manat malın dəyəri + 27,87 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 16 iyun 2021-ci il tarixli EBBD seriyalı 334311 nömrəli elektron qaimə, 39 manat (33,05 manat malın dəyəri + 5,95 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 16 iyun 2021-ci il tarixli EBBD seriyalı 334309 nömrəli elektron qaimə, 45 manat (38,14 manat malın dəyəri + 6,86 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 17 iyun 2021-ci il tarixli EBBD seriyalı 425420 nömrəli elektron qaimə, 300 manat (254,24 manat malın dəyəri + 45,76 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 17 iyun 2021-ci il tarixli EBBD seriyalı 425419 nömrəli elektron qaimə, 574,80 manat (487,12 manat malın dəyəri + 87,68 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 18 iyun 2021-ci il tarixli EBBD seriyalı 457948 nömrəli elektron qaimə, 220 manat (186,44 manat malın dəyəri + 33,56 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 18 iyun 2021-ci il tarixli EBBD seriyalı 457947 nömrəli elektron qaimə, 1641,80 manat (1391,36 manat malın dəyəri + 250,44 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 18 iyun 2021-ci il tarixli EBBD seriyalı 457946 nömrəli elektron qaimə, 450 manat (381,36 manat malın dəyəri + 68,64 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 21 iyun 2021-ci il tarixli EBBD seriyalı 561436 nömrəli elektron qaimə, 317,20 manat (268,81 manat malın dəyəri + 48,39 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 21 iyun 2021-ci il tarixli EBBD seriyalı 559490 nömrəli elektron qaimə, 260 manat (220,34 manat malın dəyəri + 39,66 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 22 iyun 2021-ci il tarixli EBBD seriyalı 653423 nömrəli elektron qaimə, 100 manat (84,75 manat malın dəyəri + 15,25 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 22 iyun 2021-ci il tarixli EBBD seriyalı 653422 nömrəli elektron qaimə, 181,50 manat (153,81 manat malın dəyəri + 27,69 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 25 iyun 2021-ci il tarixli EBBD seriyalı 815096 nömrəli elektron qaimə, 16 manat (13,56 manat malın dəyəri + 2,44 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 25 iyun 2021-ci il tarixli EBBD seriyalı 815095 nömrəli elektron qaimə, 140 manat (118,64 manat malın dəyəri + 21,36 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 28 iyun 2021-ci il tarixli EBBD seriyalı 919921 nömrəli elektron qaimə, 270 manat (228,81 manat malın dəyəri + 41,19 manat ƏDV) dəyərində 28 iyun 2021-ci il tarixli EBBD seriyalı 912284 nömrəli elektron qaimə, 130 manat (110,17 manat malın dəyəri + 19,83 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 28 iyun 2021-ci il tarixli EBBD seriyalı 909756 nömrəli elektron qaimə, 140 manat (118,64 manat malın dəyəri + 21,36 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 28 iyun 2021-ci il tarixli EBBD seriyalı 919921 nömrəli elektron qaimə, 9 manat (7,63 manat malın dəyəri + 1,37 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 01 iyul 2021-ci il tarixli EBBE seriyalı 176058 nömrəli elektron qaimə və 150 manat (127,12 manat malın dəyəri + 22,88 manat ƏDV) dəyərində malın verilməsi ilə əlaqədar 03 iyul 2021-ci il tarixli EBBE seriyalı 297106 nömrəli elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 10 mart 2020-ci il tarixli E-35 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ilə alıcı “Ecocold" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə alıcı “Ecocold" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya ƏDV daxil olmaqla ümumilikdə 8017,22 (səkkiz min on yeddi manat 22 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 8017,22 manat məbləğində borcun cavabdeh “Ecocold" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi üzrə İddiaçı xeyrinə cavabdeh “Ecocold" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8017,22 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. İşin hallarından görünür ki, cavabdehin qanuni təmsilçisinin iddianı etiraf etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və buna görə də iddia təmin olunmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və cavabdeh Ecocold” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 8017,22 (səkkiz min on yeddi manat 22 qəpik) manat məbləğində bоrc İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət büdcəsinə ödədiyi 101 (yüz bir) manat məbləğində dövlət rüsumundan hazırkı iddia tələbi üzrə hesablanan 100,17 (yüz manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 8017,22 (səkkiz min on yeddi manat 22 qəpik) manat məbləğində bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 100,17 (yüz manat 17 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla olmaqla - cəmi 8217,39 (səkkiz min iki yüz on yeddi manat 39 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar