Məhkəmə qərarları › İş №e-2-2(119)-1938/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1938/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1938/2025 14.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 143989,45 (yüz qırx üç min doqquz yüz səksən doqquz manat qırx beş qəpik) manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 7264,86 (yeddi min iki yüz altmış dörd manat səksən altı qəpik) manat məbləğində faiz borcunun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 441,25 (dörd yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (satıcı) və Cavabdeh (alıcı) arasında 28 oktyabr 2023-cü il tarixli 2023/186 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallaralıcıya təhvil verildikdən sonra ödəyir. Müqavilənin 11.3-cü bəndinə əsasən malların dəyərinin ödənilməsi, onların alıcıya təqdim olunmasından sonrakı 15 (on beş) iş günü ərzində yalnız köçürmə yolu ilə yerinə yetirilir. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər müəyyən edilmiş qaydada yerinə yetirilməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini tam və vaxtında icra etməmiş və nəticədə iddiaçıya ziyan dəymişdir. İddiaçı tərəfindən Cavabdehnə 284,4 (iki yüz səksən dörd manat qırx qəpik) manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 558349 nömrəli, 18900 (on səkkiz min doqquz yüz manat) manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 902743 nömrəli, 23616 (iyirmi üç min altı yüz on altı) manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10116863 nömrəli, 101430,056 (yüz bir min dörd yüz otuz manat əlli altı qəpik) manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11334206 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. Cavabdeh tərəfindən həmin elektron qaimə-fakturalar üzrə ümumi borc məbləğindən 51573,29 (əlli bir min beş yüz yetmiş üç manat iyirmi doqquz) manat ödəniş edilmiş, onun 143989,45 (yüz qırx üç min doqquz yüz səksən doqquz manat qırx beş qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh öhdəliyinin icrası vaxtını gecikdirməklə iddiaçıya ziyan vurmuşdur. Odur ki, iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5% miqdarında gecikdirmə faizini tələb edir. İllik gecikdirmə faizinə görə ümumilikdə 7264,86 (yeddi min iki yüz altmış dörd manat səksən altı qəpik) manat məbləğində borc hesablanmışdır. 14 yanvar 2026-cı il tarixdə İddiaçı nümayəndəsi vəkil Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 28 oktyabr 2023-cü il tarixli 2023/186 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinin 2-ci bəndinə əsasən alıcı malları sifariş edir, satıcı isə həmin malları təqdim edir. Alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Malların siyahısı, növü, çeşidi, sayı və s. müqaviləyə 1 saylı əlavədə-qiymət razılaşdırma protokolunda qeyd olunur. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallaralıcıya təhvil verildikdən sonra ödəyir. Həmin müqavilənin 11.3-cü bəndinə əsasən malların dəyərinin ödənilməsi, onların alıcıya təqdim olunmasından sonrakı 15 (on beş) iş günü ərzində yalnız köçürmə yolu ilə yerinə yetirilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 284,4 (iki yüz səksən dörd manat qırx qəpik) manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 558349 nömrəli, 18900 (on səkkiz min doqquz yüz manat) manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 902743 nömrəli, 51288,89 (əlli bir iki yüz səksən səkkiz manat səksən doqquz qəpik) manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 542024 nömrəli, 23616 (iyirmi üç min altı yüz on altı manat) manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10116863 nömrəli, 101430,06 (yüz bir min dörd yüz otuz manat altı qəpik) manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11334206 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə Cəmiyyətinə 31 oktyabr 2023-cü il tarixdə 241,02 manat məbləğində, 08 dekabr 2023-cü il tarixdə 51288,89 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 01 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə 01 sentyabr 2025-ci il tarixinə 143989,45 (yüz qırx üç min doqquz yüz səksən doqquz manat qırx beş qəpik) manat məbləğində əsas borcu və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 7264,86 (yeddi min iki yüz altmış dörd manat səksən altı qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 16 dekabr 2025-ci il tarixli arayışda göstərilir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən alıcıya göndərilmiş elektron qaimə-fakturaların ümumi məbləğinin 195519,35 (yüz doxsan beş min beş yüz on doqquz manat otuz beş qəpik) manat olmuş, həmin elektron qaimə-fakturalar üzrə Cavabdeh tərəfindən 51529,91 (əlli bir min beş yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat məbləğində ödəniş edilmiş və 143989,44 (yüz qırx üç min doqquz yüz səksən doqquz manat qırx dörd qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 28 oktyabr 2023-cü il tarixli 2023/186 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdehnə ümumilikdə 195519,35 (yüz doxsan beş min beş yüz on doqquz manat otuz beş qəpik) manat dəyərində mal satmış və cavabdeh həmin malların dəyərindən cəmi 51529,91 (əlli bir min beş yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat ödəmişdir. Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəmədiyindən İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “143989,45 manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində qismən təmin olunmalı, 28 oktyabr 2023-cü il tarixli 2023/186 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi üzrə ödənilməmiş 143989,44 (195519,35 manat - 51529,91 manat = 143989,44 manat) manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 7264,86 (yeddi min iki yüz altmış dörd manat səksən altı qəpik) manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. 28 oktyabr 2023-cü il tarixli 2023/186 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinin 11.3-cü bəndində malların dəyərinin ödənilməsinin onların alıcıya təqdim olunmasından sonrakı 15 (on beş) iş günü ərzində yalnız köçürmə yolu ilə yerinə yetirilməsi göstərilsə də, faktiki olaraq cavabdehə borcun ödənilməsi üçün möhlət verilmiş, borcun ödənilməsi tələb edilməmişdir. Belə olan halda Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir. İddiaçının 18 avqust 2025-ci il tarixdə 3 iş günü müddətində pulun ödənilməsi tələbi barədə pretenziya məktubunu cavabdehə poçt vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq 22 avqust 2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı 22 avqust 2025ci il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi tarixədək hesablanmalıdır. İddia ərizəsinin məhkəməyə 23 sentyabr 2025-ci il tarixdə verilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 7264,86 (yeddi min iki yüz altmış dörd manat səksən altı qəpik) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilərək, 22 avqust 2025-ci il tarixdən hesablanmaqla əsas borca illik 5%-lə hesablanmış 639,95 (altı yüz otuz doqquz manat doxsan beş qəpik) manat (143989,44 x 5% /360 gün (bir günün faizi) x 32 gün (gecikdirilən günün sayı)) məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat məbləğində pul ödənilməsini təsdiq edən 09 sentyabr 2025-ci il tarixli MT2509 seriyalı 10738106 nömrəli elektron qaimə-fakturanı əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “441,25 (dörd yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun hesablanmış 434,63 (dörd yüz otuz dörd manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 143989,44 (yüz qırx üç min doqquz yüz səksən doqquz manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 639,95 (altı yüz otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində pul, hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və 434,63 (dörd yüz otuz dörd manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 145384,02 (yüz qırx beş min üç yüz səksən dörd manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 143989,44 (yüz qırx üç min doqquz yüz səksən doqquz manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 639,95 (altı yüz otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində pul, hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və 434,63 (dörd yüz otuz dörd manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 145384,02 (yüz qırx beş min üç yüz səksən dörd manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar