Məhkəmə qərarları › İş №e-2-2(119)-20/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-20/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-20/2023 02.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil aldığı mallara görə ödəməli olduğu 62997 manat məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 oktyabr 2022-ci il tarixdə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil aldığı mallara görə ödəməli olduğu 47871 manat məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 02 may 2023-cü il tarixdə ərizə təqdim edərək yaranmış zərurətlə əlaqədar olaraq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, lakin nümayəndəsi həmin günə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddiaçının “iddia ərizəsinin baxılmamış saxlanılması” barədə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin “iddia ərizəsinin baxılmamış saxlanılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırkı mübahisənin obyektiv həlli məqsədi ilə məhkəmənin e-2-2(119)-1206/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı kommersiya işi üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən 28 mart 2023-cü il tarixli 9/8919 nömrəli ekspert rəyi verilmişdir. Həmin ekspert rəyinə əlavə edilmiş “ekspertiza xərclərinə dair” bildirişdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində müəyyən edilərək, həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibat ekspertizasının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətindən və 50 (əlli) manatı cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin “iddia ərizəsinin baxılmamış saxlanılması” barədə ərizəsi təmin edilsin. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətindən və 50 (əlli) manatı cavabdeh “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq X1 ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar