Məhkəmə qərarları › İş №e-2-2(119)-2009/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2009/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2009/2024 13.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: alqı-satqı müqaviləsi, borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı 04 noyabr 2024-cü il tarixdə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 3376 (üç min üç yüz yetmiş altı) manat əsas borc və faydalanmağa görə bank faiz uçot dərəcəsi ilə 1465 (min dörd yüz altmış beş) manat olmaqla, cəmi 4841 (dörd min səkkiz yüz qırx bir) manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında mal mübadiləsi olmuşdur. Cavabdeh MMC ilə İddiaçı MMC arasında 12 mart 2020-ci il tarixdə 1/96 nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilə əsasında Cavabdeh MMC-yə daşqıran avadanlıqlar və onun ehtiyyat hissələri satılmışdır. Cavabdeh MMC İddiaçı MMC-dən aldığı malların müəyyən hissəsinin pulunu ödəməməmiş, borcu 3376,2 manat (ƏDV daxil) yaranmışdır. Cavabdeh MMC İddiaçı MMC-yə olan borcunu bu günədək ödəməmişdir. İddiaçı cavabdehə rəsmi olaraq pretenziya verərək borcunu tələb etmiş, lakin borclu bu günədək öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsində göstərilmiş məlumata əsasən illik bank uçot faiz dərəcəsi 7,25 faiz müəyyən edilmişdir. Cavabdeh MMC bu günə kimi iddiaçının 3376 manat məbləğində pul vəsaitini özündə saxlayır. cavabdeh 36 ay müddətdə iddiaçının 3376 manat pulunu qanunsuz saxladığına, faydalanmağa görə bank faiz uçot dərəcəsi ilə 1465 (min dörd yüz altmış beş) manat (3376*0,6%*36 ay) pul ödəməlidir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdehnə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

7. Belə ki, iş materiallarından görünür ki, “Satıcı” - İddiaçı “Alıcı” - Cavabdeh arasında 12 mart 2020-cü il tarixli 1/96 nömrəli alqı-satqı müqavilə bağlanmışdır.

8. 12 mart 2020-cü il tarixli 1/96 nömrəli alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən, satıcı alıcıya Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə göstərilən malları daşqıran avadanlıqlar və onun ehtiyat hissələrini (bundan sonra “Mal”) satır. Alıcı isə həmin Malları qəbul edir və Müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada Malın dəyərini satıcıya ödəyir.

9. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, Malların qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrlə müəyyənləşdirilir.

10. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, Alıcı Müqavilənin 2.2-ci bəndində göstərilən müddət ərzində Malları geri qaytarmazsa, 30 (otuz) gün ərzində ödənişi hissəhissə və ya tam şəkildə həyata keçirərək yekunlaşdırmalıdır. Ödəniş üçün müəyyənləşdirilmiş bu müddətin axımı təhvil-təslim aktının imzalandığı andan başlanır.

11. Həmin müqavilənin 7.4-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Bu müddət bitdikdən sonra tərəflərdən hər hansı biri müqaviləyə xitam vermək təşəbbüsü ilə çıxış etməzsə, avtomatik olaraq növbəti ilə/illərə uzadılır.

12. İş materiallarında olan 04 mart 2023-cü il tarixli EBDC seriyalı 850325 nömrəli elektron qaimə-faktura ilə ümumi dəyəri 802,40 manat olan, 06 mart 2023-cü il tarixli EBDB seriyalı 132872 nömrəli elektron qaimə-faktura ilə ümumi dəyəri 1672,65 manat olan, 30 yanvar 2023-cü il tarixli EBCN seriyalı 830662 nömrəli elektron qaimə-faktura ilə ümumi dəyəri 32452,83 manat olan, 01 oktyabr 2022-cü il tarixli EBCG seriyalı 302539 nömrəli elektron qaimə-faktura ilə ümumi dəyəri 606,28 manat olan, 09 sentyabr 2022-cü il tarixli EBCD seriyalı 374145 nömrəli elektron qaimə-faktura ilə ümumi dəyəri 3449,73 manat olan, 19 iyul 2022-cü il tarixli EBCA seriyalı 312339 nömrəli elektron qaimə-faktura ilə ümumi dəyəri 16161,28 manat olan, 23 may 2022-cü il tarixli EBBW seriyalı 767926 nömrəli elektron qaimə-faktura ilə ümumi dəyəri 495,60 manat olan, 04 aprel 2023-cü il tarixli EBDC seriyalı 849994 nömrəli elektron qaimə-faktura ilə ümumi dəyəri 554,60 manat olan mallar İddiaçı tərəfindən Cavabdehnə göndərilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında malların alqısatqısına dair 12 mart 2020-cü il tarixli 1/96 nömrəli müqavilə bağlanmış, qeyd olunan elektron qaimlərə əsasən mallar Technoak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə təqdim edilmiş, lakin cavabdeh həmin malların dəyərini tam ödəməmişdir. Buna görə hazırkı iddia ərizəsində ödənilməmiş 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində əsas borcun və borcun ödənilməsini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun hesablanmış 1465 (min dörd yüz altmış beş) manat məbləğində pul vəsaitinin Cavabdehndən iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur.

17. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

22. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

25. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

26. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

27. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ilə arasında bağlanmış malların alqı-satqısına dair müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də Cavabdehndən qeyd edilən müqavilə üzrə 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində borcun İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır.

28. Məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 1465 (min dörd yüz altmış beş) manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz.

29. İddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur.

32. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir.

33. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 69 (altımış doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış iddiaçı tərəfindən ödənilmiş 53,76 (əlli üç manat 76 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-cü maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12 mart 2020-cü il tarixli 1/96 nömrəli alqı-satqı müqaviləsi üzrə 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində əsas borc və 53,76 (əlli üç manat 76 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3429,76 (üç min dörd yüz iyirmi doqquz manat 76 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

37. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində əsas borc və 53,76 (əlli üç manat 76 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3429,76 (üç min dörd yüz iyirmi doqquz manat 76 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar