Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-203/2024 19.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Bakı Kommersiya Məhkəməsindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi üzrə e-2- 2(113)-6357/2023 nömrəli kommersiya işinin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 23 oktyabr 2023-cü il tarixinə hesablanmış hüquqi şəxslər - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 17828,43 (on yeddi min səkkiz yüz iyirmi səkkiz manat, qırx üç qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 17665,47 (on yeddi min altı yüz altmış beş manat,qırx yeddi qəpik) manat borcunun, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 822,5 (səkkiz yüz iyirmi iki manat, əlli qəpik) manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxxxx 1969-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərardadı ilə həmin kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş, bu, maraqlı şəxsə məxsus şəxsiyyət vəsiqəsinə dair məlumatlarda yaşadığı (olduğu) yerin Şuşa rayonu göstərilməsi ilə əsaslandırılmışdır. Məhkəmə kommersiya işi üzrə materialları nəzərdən keçirərək hesab edir ki, hazırkı ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmasına dair aşağıda qeyd olunan əsaslara görə fikir ayrılığı yarandığından, həmin iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. "AZEMİS" Elektron Məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, maraqlı şəxs ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, bu ünvan maraqlı şəxsə şəxsiyyət vəsiqəsi verilərkən və həmin vəsiqə dəyişdirilərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvandır və o, məlum səbəblərlə əlaqədar şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alındığı həmin ünvanda yaşamır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş, ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 09 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunda maraqlı şəxsin ünvanı “ünvan 2 şəxsin yaşayış (olduğu) yerinin (yerin) dəqiqləşdirilməsi məqsədilə məhkəmə tərəfindən Şuşa Rayon İcra Hakimiyyətinə 17 yanvar 2024-cü il tarixli e-2-2(119)-203/2024 nömrəli sorğu məktubu ünvanlanaraq maraqlı şəxsin faktiki yaşadığı (olduğu) yer barədə məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. Həmin məktuba cavab olaraq Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Şuşa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən məhkəməyə daxil olmuş 19 yanvar 2024-cü il tarixli 6 nömrəli arayışa əsasən müəyyən olunur ki, maraqlı şəxs ünvan 1 ünvanında daimi qeydiyyatdadır və məcburi köçkün kimi ünvan 3 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən rəsmi qeydiyyat ünvanı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olsa da, Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Şuşa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışı və ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq məktubu əsasında müəyyən edilən faktiki yaşadığı ünvan Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində yerləşir. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, hazırkı ərizə üzrə sənədlərlə maraqlı şəxsin Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşadığı müəyyən olunmur. Ona görə də, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, qeyd olunan hallara əsasən hazırkı kommersiya işi ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D I: Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2-2(113)- 6357/2023 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-203/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-203/2024
19.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver