Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2034/2022 03.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, Şəki Kommersiya Məhkəməsindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2- 2(117)-1535/2022 nömrəli kommersiya işinin materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 07 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə olan 3520,94 (üç min beş yüz iyirmi manat 94 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 3309,47 (üç min üç yüz doqquz manat 47 qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 34,46 (otuz dörd manat 46 qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 133,62 (yüz otuz üç manat 62 qəpik) manat borcunun ödənilməsini təmin etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli e-2-2(117)-1535/2022 nömrəli qərardadı ilə həmin ərizəyə dair e-2-2(117)-1535/2022 nömrəli kommersiya işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi “Maraqlı şəxs ilə mobil telefonla əlaqə saxlanılaraq, maraqlı şəxsin hal-hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşadığını bildirməsi, rəsmi qeydiyyat ünvanının ünvan 2 rəhbəri olduğu hüquqi şəxsin qeydiyyat ünvanının isə Qobustan rayonu olduğu müəyyən edilməsi” ilə əsaslandırılmışdır. Məhkəmə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsinə dair e-2-2(117)- 1535/2022 nömrəli işin materialları ilə tanış olub hesab edir ki, Şəki Kommersiya Məhkəməsi həmin işi baxılması üçün ərazi aidiyyəti üzrə məhz Sumqayıt Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də, ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün e-2-2(117)-1535/2022 nömrəli kommersiya işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizədə və ərizəçi tərəfindən tərtib olunaraq ərizəyə əlavə edilmiş “Hüquqi şəxs haqqında Məlumat”da, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq” məktubunda Maraqlı şəxs yaşayış ünvanı “ünvan 4 özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Qax rayonu ərazisində yaşadığı müəyyən olunur. Şəki Kommersiya Məhkəməsinin17 oktyabr 2022-ci il tarixli e-2-2(117)-1535/2022 nömrəli qərardadında maraqlı şəxslə telefon əlaqəsi saxlanılarkən sonuncunun Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ünvan 1 ünvanında yaşadığını bildirməsi qeyd olunsa da, bunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin bildirilir ki, maraqlı şəxs Bakı şəhəri ərazisində yaşadığı halda bu işə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Qeyd olunur ki, Maraqlı şəxs rəsmi qeydiyyatda olduğu ünvan 5 ünvanda yaşaması qeyri-mümkündür. Bundan əlavə maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxsin qeydiyyat ünvanının Qobustan rayonu olsa da, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxslərin deyil, icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, ərizəçinin təqdim etdiyi hazırkı ərizə üzrə sənədlərlə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşadığı müəyyən olunmur. Ona görə də, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı kommersiya işi üzrə ərazi aidiyyəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəki Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2- 2(117)-1535/2022 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2034/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2034/2022
03.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver