Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2038/2025 16.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə iddiaçı X1 Ticaret Limited Şirketi tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X1 Ticaret Limited Şirketi Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 14488 (on dörd min dörd yüz səksən səkkiz) ABŞ dolları borcun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 3000 (üç min) manat xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 164 (yüz altmış dörd) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X1 Ticaret Limited Şirketinin nümayəndəsi vəkil Nümayəndə 10 və 16 dekabr 2025-ci il tarixlərdə məhkəməyə ərizələr təqdim edərək tərəflərin mübahisəni barışıq sazişi ilə tamamlamaq barədə razılığa gəldiyini, barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 10 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək tərəflərin mübahisəni barışıq sazişi ilə tamamlamaq barədə razılığa gəldiyini, barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 09 dekabr 2025-ci il tarixdə iddiaçı X1 Ticaret Limited Şirketi ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:
1. Cavabdeh X1 Ticaret Limited Şirketi ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü ildə ümumi dəyəri 34488 (otuz dörd min dörd yüz səksən səkkiz) ABŞ dolları olan Polypropylene SABİC-P9421 məhsulunu X1 Ticaret Limited Şirketindən alaraq Azərbaycan Respulikasına idxal etdiyini, həmin məhsulun satış qiymətini qismən (20000 (iyirmi min) ABŞ dolları) ödədiyini və hazıda X1 Ticaret Limited Şirketinə 14488 (on dörd min dörd yüz səksən səkkiz) ABŞ dolları borcunun olduğunu qəbul və təsdiq edir.
2. Cavabdeh 14488 (on dörd min dörd yüz səksən səkkiz) ABŞ dolları borcunu xx.xx.2026-ci ilədək 7244 (yeddi min iki yüz qırx dörd) ABŞ dolları və xx.xx.2026-ci ilədək 7244 (yeddi min iki yüz qırx dörd) ABŞ dolları olmaqla X1 Ticaret Limited Şirketinə ödəməyi öhdəsinə götürür.
3. Cavabdeh hüquqi yardıma görə iddiaçının vəkilinə ödənilmiş xərcin 500 (beş yüz) manat hissəsini xx.xx.2026-ci ilədək X1 Ticaret Limited Şirketinə ödəməyi öhdəsinə götürür.
4. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 09 dekabr 2025-ci il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X1 Ticaret Limited Şirketi tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 09 dekabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 2038/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA A L D İ:
İddiaçı X1 Ticaret Limited Şirketi ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2025ci il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh X1 Ticaret Limited Şirketi ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü ildə ümumi dəyəri 34488 (otuz dörd min dörd yüz səksən səkkiz) ABŞ dolları olan Polypropylene SABİC-P9421 məhsulunu X1 Ticaret Limited Şirketindən alaraq Azərbaycan Respulikasına idxal etdiyini, həmin məhsulun satış qiymətini qismən (20000 (iyirmi min) ABŞ dolları) ödədiyini və hazıda X1 Ticaret Limited Şirketinə 14488 (on dörd min dörd yüz səksən səkkiz) ABŞ dolları borcunun olduğunu qəbul və təsdiq edir.
2. Cavabdeh 14488 (on dörd min dörd yüz səksən səkkiz) ABŞ dolları borcunu xx.xx.2026-ci ilədək 7244 (yeddi min iki yüz qırx dörd) ABŞ dolları və xx.xx.2026-ci ilədək 7244 (yeddi min iki yüz qırx dörd) ABŞ dolları olmaqla X1 Ticaret Limited Şirketinə ödəməyi öhdəsinə götürür.
3. Cavabdeh hüquqi yardıma görə iddiaçının vəkilinə ödənilmiş xərcin 500 (beş yüz) manat hissəsini xx.xx.2026-ci ilədək X1 Ticaret Limited Şirketinə ödəməyi öhdəsinə götürür.
4. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iddiaçı X1 Ticaret Limited Şirketi tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)- 2038/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər.
Sədrlik edən Həlimə Alıyeva