Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-204/2022 21.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 11 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 2021-ci il tarixinə hesablanmış 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli müqavilə üzrə 487 (dörd yüz səkkən yeddi) manat gecikdirilmiş əsas borc və 156,02 (yüz əlli altı manat 02 qəpik) manat cərimə, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli müqavilə üzrə 6466 (altı min dörd altmış altı) manat gecikdirilmiş əsas borc və 738,52 (yeddi yüz otuz səkkiz manat 52 qəpik) manat cərimə və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə 9612 (doqquz min altı yüz on iki) manat gecikdirilmiş əsas borc və 1155,92 (min yüz əlli beş manat 92 qəpik) manat cərimə və hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, cəmi 18965,46 (on səkkiz min doqquz yüz altmış beş manat 46 qəpik) manat pul vəsaitinin cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə lizinq alan “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 07.12.2016-ci il tarixli 1542-L/16 nömrəli, 02.11.2017-ci il tarixli 1585-L/17 nömrəli və 15.03.2018-ci il tarixli 334-L/18 nömrəli müqavilələrə əsasən Lizinqalan dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh “X5” MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 10 sentyabr 2021-ci il tarixə 07.12.2016-ci il tarixli 1542-L/16 nömrəli müqavilə üzrə 487 manat gecikdirilmiş əsas borc və 156,02 manat cərimə, 02.11.2017-ci il tarixli 1585-L/17 nömrəli müqavilə üzrə 6466 manat gecikdirilmiş əsas borc və 738,52 manat cərimə və 15.03.2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə 9612 manat gecikdirilmiş əsas borc və 1155,92 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilələrin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, X4 alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkan olmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun təəblərinə görə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumundan azaddır. Eləcə də, hazırkı mübahisə ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmiş və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə vəkilə 350 manat məbləğində pul ödənilmiş və həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (Qeyd: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş (ötürülmüşdür)). Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 02 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “Etiraz” təqdim edilərək, iddia olunan 1895,46 (on səkkiz min doqquz yüz altmış beş manat 46 qəpik) manat pul vəsaitinin 11 yanvar 2022-ci ildə lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsini və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 17 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli müqavilə üzrə hesablanmış 156,02 (yüz əlli altı manat 02 qəpik) manat cərimə borcunun, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli müqavilə üzrə hesablanmış 738,52 (yeddi yüz otuz səkkiz manat 52 qəpik) manat cərimə borcunun və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə hesablanmış 1155,92 (min yüz əlli beş manat 92 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat pulun və 200 (iki yüz) manat məbləğində çəkilmiş mediasiya xərcinin cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - hazırkı iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh “X5” MMC tərəfindən lizinq müqavilələri üzrə 10 sentyabr 2021-ci ilədək hesablanmış gecikdirilmiş əsas borc məbləğləri və 2021-ci ilin sonuncu rübü də daxil olmaqla qrafik üzrə əsas borc ödənilsə də, 10 sentyabr 2021-ci il tarixinədək hesablanmış cərimə məbləğlərinin ödənilməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, hazırkı iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh “X5” MMC tərəfindən 11 yanvar 2022-ci ildə cəmi 18945,46 manat məbləğində ödəniş edilməklə, tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə 10 sentyabr 2021-ci ilədək hesablanmış gecikdirilmiş əsas borc məbləğləri və 2021-ci ilin sonuncu rübü də daxil olmaqla qrafik üzrə əsas borclar ödənilsə də, 10 sentyabr 2021-ci il tarixinədək hesablanmış cərimə məbləğlərinin ödənilmədiyini bildirib, iddianın təmin edilməsi və 10 sentyabr 2021-ci il tarixinədək hesablanmış 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli müqavilə üzrə 156,02 manat cərimə borcunun, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli müqavilə üzrə 738,52 manat cərimə borcunun və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə hesablanmış 1155,92 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun və mediasiya xidmətinə görə ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə 08 aprel 2022-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1 iddia tələbini qismən qəbul etdiyini, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 11 yanvar 2022-ci ildə cəmi 18945,46 manat məbləğində pul ödənildiyini, yəni ilkin iddia tələbində qeyd olunan borcun 20 manat əskik olmaqla ödənildiyini və ödənilmiş olan həmin pulun əsas borcdan çıxılmasına razı olduğunu bildirərək, iddia tələbində qeyd olunan cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun və mediasiya xidmətinə görə ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin ondan tutulmamasını xahiş etmişdir. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi iş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarına gəlmiş olsa da, 21 aprel 2022-ci ildə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun qanuni təmsilçisi və yaxud, nümayəndəsi həmin iclasa gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclaslarında vermiş olduğu izahatlarını, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə “Lizinq alan” “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqavilələr üzrə sonuncu tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək, vaxtlı-vaxtında lizinq ödənişləri edilmədiyindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər bir müqavilə üzrə gecikdirilmiş əsas borc məbləğləri və cərimə borcları hesablanmışdır: - Yəni, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” “X5” MMC arasında bağlanmış 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Lizinq alan” “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə 4 (dörd) il müddətinə 6 cərgəli qarğıdalısəpən və gübrəsəpən dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 10 sentyabr 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli müqavilə üzrə 10 sentyabr 2021-ci il tarixinə lizinq alan “X5” MMC-nin 487 (dörd yüz səksən yeddi) manat ödənilməmiş əsas borcu və 156,02 (yüz əlli altı manat 02 qəpik) manat məbləğində cərimə borcu vardır. - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” “X5” MMC arasında bağlanmış 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə 10 (on) il müddətinə “Belarus-1221” markalı traktor, 2 (iki) il müddətinə "AK-5-35" markalı 5 gövdəli asma(təkərli) Kotan, 4 (dörd) il müddətinə "24-hidravlik-Can-D.M.A.T-24" markalı diskli mala (ağır), 2 (iki) il müddətinə "GAK-RCHC-9" markalı 9 gövdəli Riper və 1 (bir) il müddətinə "GAK-CN" markalı kanalaçan dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 10 sentyabr 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli müqavilə üzrə 10 sentyabr 2021-ci il tarixinə lizinq alan “X5” MMC-nin 6466 (altı min dörd yüz altmış altı) manat ödənilməmiş əsas borcu və 738,52 (yeddi yüz otuz səkkiz manat 52 qəpik) manat məbləğində cərimə borcu vardır. - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” “X5” MMC arasında bağlanmış 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə 10 (on) il müddətinə “Belarus-1523” markalı traktor, 10 (on) il müddətinə "PS-10 (10 ton)" markalı quru peyinsəpən və 2 (iki) il müddətinə "GAK-SV-50-5" (50sm) markalı “Riper” dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 10 sentyabr 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə 10 sentyabr 2021-ci il tarixinə lizinq alan “X5” MMC-nin 9612 (doqquz min altı yüz on iki) manat ödənilməmiş əsas borcu və 1155,92 (min yüz əlli beş manat 92 qəpik) manat məbləğində cərimə borcu vardır. Qeyd etmək lazımdır ki, Lizinq verən və Lizinq alan arasında bağlanmış yuxarıda qeyd olunan 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli Müqavilələrin müvafiq olraq 4.2-ci bəndlərinə əsasən, Lizinq Alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, X4 Alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunan gün, yəni 11 yanvar 2022-ci il tarixində (hazırkı iddia ərizəsi də məhkəmənin icraatına 11 yanvar 2022-ci ildə daxil olmuşdur) cavabdeh “X5” MMC tərəfindən 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli Müqavilələr üzrə Bank vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına cəmi 18945,46 (on səkkiz min doqquz yüz qırx beş manat 46 qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir. Yəni, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 11 yanvar 2022-ci il tarixli 0007 nömrəli Ödəniş Tapşırığından görünür ki, "X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 11 yanvar 2022-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına “gecikdirilmiş borc” olaraq cəmi 18945,46 (on səkkiz min doqquz yüz qırx beş manat 46 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 21 aprel 2022-ci tarixli Hesabdan Çıxarışdan görünür ki, lizinq alan "X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 11 yanvar 2022-ci ildə lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına cəmi 18945,46 (on səkkiz min doqquz yüz qırx beş manat 46 qəpik) manat məbləğində ödənilmiş pul vəsaiti 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli Müqavilələr üzrə hesablanmış əsas borcların ödənilməsinə yönəldilmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə (vəkilə) 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 11 yanvar 2022-ci ildə “10 sentyabr 2021-ci il tarixinə hesablanmış 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli müqavilə üzrə 487 manat gecikdirilmiş əsas borc və 156,02 manat cərimə, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli müqavilə üzrə 6466 manat gecikdirilmiş əsas borc və 738,52 manat cərimə və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə 9612 manat gecikdirilmiş əsas borc və 1155,92 manat cərimə və hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 18965,46 (on səkkiz min doqquz yüz altmış beş manat 46 qəpik) manat pul vəsaitinin cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu gün cavabdeh “X5” MMC tərəfindən iddia tələbində qeyd olunan 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli Müqavilələr üzrə gecikdirilmiş borc olaraq cəmi 18945,46 (on səkkiz min doqquz yüz qırx beş manat 46 qəpik) manat məbləğində pul vəsaiti ödənilmiş olsa da, həmin pul vəsaiti həmin Müqavilələr üzrə hesablanan əsas borcların ödənilməsinə yönəldilmiş və həmin vəsaitdən məhkəmə xərcləri və 10 sentyabr 2021-ci il tarixinə hesablanmış cərimə məbləğləri silinməmişdir. Buna görə də, iddiaçı tərəfindən 17 mart 2022-ci ildə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, 10 sentyabr 2021-ci il tarixinə hesablanmış 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli müqavilə üzrə 156,02 manat cərimə borcunun, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli müqavilə üzrə 738,52 manat cərimə borcunun və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə hesablanmış 1155,92 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun və 200 manat məbləğində çəkilmiş mediasiya xərcinin cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın cavabdehdən hər bir müqavilə üzrə ayrı-ayrılıqda hesablanmış cərimə məbləğlərinin tutulması tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla cərimə məbləğləri azaldılmalı və cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli müqavilə üzrə 20 (iyirmi) manat, 02 noyabr 2017-ci il tarixli 1585- L/17 nömrəli müqavilə üzrə 50 (əlli) manat və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə 100 (yüz) manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğləri azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqavilələrinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğlərinin də yüksək həddə artması və cərimə məbləğlərinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 07 dekabr 2016-cı il tarixli 1542-L/16 nömrəli müqavilə üzrə 20 manat məbləğində cərimə, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli müqavilə üzrə 50 manat məbləğində cərimə və 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə 100 manat məbləğində cərimə olmaqla, cəmi 170 manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli və həmçinin, hazırkı iş üzrə ümumilikdə hesablanan 30 manat məbləğində dövlət rüsumu isə cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 07 dekabr 2016-cı il tarixli 1542- L/16 nömrəli müqavilə üzrə 20 (iyirmi) manat məbləğində cərimə, 02 noyabr 2017-ci il tarixli 1585-L/17 nömrəli müqavilə üzrə 50 (əlli) manat məbləğində cərimə, 15 mart 2018-ci il tarixli 334-L/18 nömrəli müqavilə üzrə 100 (yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 720 (yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-204/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-204/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver