Məhkəmə qərarları › İş №e-2-2(119)-207/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-207/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-207/2024 08.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh qanuni təmsilçisi Nümayəndə2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində əsas borcun, 1900 (min doqquz yüz) manat məbləğində dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 167 (yüz altmış yeddi) manat məbləğində pulun və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 28 dekabr 2022-ci il tarixli, 603/22 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçi İddiaçı sifarişçi Cavabdeh sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Ümumilikdə 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində əsas borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği tərəflər arasında tərtib edilmiş “Göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 056054, 056820, 056955, 056992, 057179 və 057326 nömrəli təhvil-təslim aktları ilə təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixində 3 iş günü müddətində borc məbləğinin ödənilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq müqavilənin 5.4-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə günü üçün qalıq borcun dəyərin 1%-i miqdarında əlavə hesablanacağı nəzərdə tutulmuşdur. Müqavilənin həmin bəndinə əsasən 12240,5 manat cərimə məbləği təşkil etsə də, iddiaçı tərəfindən güzəşt faizi tətbiq edilərək məbləğin 20 %-i həcmində, cəmi 1900 (min doqquz yüz) manat dəbbə pulu tələb edilməkdədir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 167,88 (yüz altmış yeddi manat səksən səkkiz qəpik) manat pul hesablanmışdır. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirakdan imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi Nümayəndə2 izahatında bildirmişdir ki, müqavilənin bağlandığı və yük daşıma xidmətlərinin göstərildiyi tarixlərdə o, Cavabdeh qanuni təmsilçisi olmamışdır. O, əsas borcu qəbul edərək həmin borcu hissə-hissə ödəyə biləcəyini qeyd etmiş və məhkəmədən dəbbə pulunun silinməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdehilə daşıyıcı İddiaçı arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərancamında olan yükləri sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və sifariçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün qalıq borcun 1%-i (bir) miqdarında dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 05 yanvar 2023-cü il tarixli 048865 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 700 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 18 yanvar 2023-cü il tarixli 049749 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 700 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 24 yanvar 2023-cü il tarixli 049825 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 1650 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 30 yanvar 2023-cü il tarixli 049904 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 700 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 01 fevral 2023-cü il tarixli 050169 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 750 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 17 fevral 2023-cü il tarixli 051148 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 1350 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 10 aprel 2023-cü il tarixli 053766 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 450 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 31 may 2023-cü il tarixli 055768 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 630 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 01 iyun 2023-cü il tarixli 056054 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 1100 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 05 iyun 2023-cü il tarixli 056820 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 250 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 09 iyun 2023-cü il tarixli 056955 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 1350 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 12 iyun 2023-cü il tarixli 056992 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 550 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 19 iyun 2023-cü il tarixli 057179 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 1900 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında" 24 iyun 2023-cü il tarixli 057326 nömrəli akta əsasən müəyyən olunur ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 700 manat təşkil edir. İş materiallarından görünür ki, 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqavilə üzrə İddiaçı tərəfindən sifarişçi Cavabdehnə 700 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCM seriyalı 460045 nömrəli, 700 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCN seriyalı 211250 nömrəli, 1650 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCN seriyalı 459347 nömrəli, 700 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCN seriyalı 805351 nömrəli, 750 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCO seriyalı 021580 nömrəli, 1350 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDA seriyalı 131262 nömrəli, 450 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDD seriyalı 278300 nömrəli, 630 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDG seriyalı 771853 nömrəli, 1100 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 02 iyun 2023-cü il tarixli EBDG seriyalı 987783 nömrəli, 250 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDH seriyalı 166295 nömrəli, 1350 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDH seriyalı 522510 nömrəli, 550 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDH seriyalı 689523 nömrəli, 1900 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 179333 nömrəli, 700 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 605042 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabdan çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 28 dekabr 2022-ci il tarixdə 1000 (min) manat, 06 yanvar 2023-cü il tarixdə 550 (beş yüz əlli) manat, 30 yanvar 2023-cü il tarixdə 2200 (iki min iki yüz) manat, 31 yanvar 2023-cü il tarixdə 650 (altı yüz əlli) manat, 07 aprel 2023-cü il tarixdə 1450 (min dörd yüz əlli) manat, 05 may 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat iyun, 01 iyun 2023-cü il tarixdə 630 (altı yüz otuz) manat olmaqla, cəmi 6930 (altı min doqquz yüz otuz) manat ödəniş edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 16 yanvar 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh İddiaçıilə bağladığı 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli müqavilə üzrə 05 yanvar 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək İddiaçıtərəfindən Cavabdehnə 12780 manat dəyərində xidmət göstərilmiş, bu müddət ərzində Cavabdeh tərəfindən 6930 manat məbləğində ödəniş edilmiş, 16 yanvar 2024-cü il tarixdə Cavabdeh İddiaçınə əsas borcu 5850 manat, cərimə borcu 12240,50 manat, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla faiz borcu 167,68 manat təşkil edir. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 28 dekabr 2022-ci il tarixli 603/22 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı tərəfindən sifarişçi Cavabdehnə müxtəlif tarixlərdə cəmi 12780 (on iki min yeddi yüz səksən) manat dəyərində xidmət göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının bank hesabına 6930 (altı min doqquz yüz otuz) manat məbləğində ödəniş edilmiş, cavabdehin 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, İddiaçı hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş daşıma xidmətlərinin dəyəri olan 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 1900 (min doqquz yüz) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə əsasən qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1-ci maddəsinə əsasən zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2-ci maddəsinə əsasən dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3-ci maddəsinə əsasən kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin "müqavilə üzrə illik 5%-lə hesablanan 167 (yüz altmış yeddi) manat məbləğində pulun tutulması" hissəsi əsaslılığı müəyyən edilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı ödənilməmiş 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində əsas borca dəbbə pulu məbləği ilə yanaşı, həm də illik 5%-lə 167 (yüz altmış yeddi) manat məbləğində pul hesablamışdır. Halbuki, Mülki Məcəllənin 466.1ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 25 dekabr 2023-cü il tarixli MŞB/2-04007 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” arayışdan görünür ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş və mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 6260 (altı min iki yüz almış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 6260 (altı min iki yüz almış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar