Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-208/2024 29.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X1 üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2024-cü il tarixinə hesablanmış hüquqi şəxslər "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 2412,5 (iki min dörd yüz on iki manat əlli qəpik) manat vergi borcunun, Dövlət Sosial müdafiə Fonduna olan 93,59 (doxsan üç manat əlli doqquz qəpik) manat borcun, İcbari Tibbi Sığorta Fonduna olan 14,96 (on dörd manat doxsan altı qəpik) manat borcun, İşsizlikdən Sığorta Fonduna olan 3,75 (üç manat yetmiş beş qəpik) manat borcun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 7812,39 (yeddi min səkkiz yüz on iki manat otuz doqquz qəpik) manat vergi borcunun, Dövlət Sosial müdafiə Fonduna olan 95,4 (doxsan beş manat qırx qəpik) manat borcun, İcbari Tibbi Sığorta Fonduna olan 15,24 (on beş manat iyirmi dörd qəpik) manat borcun, İşsizlikdən Sığorta Fonduna olan 3,83 (üç manat səksən üç qəpik) manat borcun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 7669,43 (yeddi min altı yüz altmış doqquz manat qırx üç qəpik) manat vergi borcunun, Dövlət Sosial müdafiə Fonduna olan 93,59 (doxsan üç manat əlli doqquz qəpik) manat borcun, İcbari Tibbi Sığorta Fonduna olan 14,96 (on dörd manat doxsan altı qəpik) manat borcun, İşsizlikdən Sığorta Fonduna olan 3,75 (üç manat yetmiş beş qəpik) manat borcun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 145,51 (yüz qırx beş manat əlli bir qəpik) manat vergi borcunun, Dövlət Sosial müdafiə Fonduna olan 88,32 (səksən səkkiz manat otuz iki qəpik) manat borcun, İcbari Tibbi Sığorta Fonduna olan 14,12 (on dörd manat on iki qəpik) manat borcun, İşsizlikdən Sığorta Fonduna olan 3,54 (üç manat əlli dörd qəpik) manat borcun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 1349,68 (min üç yüz qırx doqquz manat altmış səkkiz qəpik) manat vergi borcunun, Dövlət Sosial müdafiə Fonduna olan 88,41 (səksən səkkiz manat qırx bir qəpik) manat borcun, İcbari Tibbi Sığorta Fonduna olan 14,14 (on dörd manat on dörd qəpik) manat borcun, İşsizlikdən Sığorta Fonduna olan 3,55 (üç manat əlli beş qəpik) manat borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxx 1997-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında tanışı Nicat adlı şəxsə etibarnamə verdiyini, bir müddət sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsindən ona zəng edilərək qanuni təmsilçisi olduğu hüquqi şəxslərin vergi və digər məcburi dövlət ödənişləri üzrə borcu olduğu bildirildiyini qeyd etmişdir. Bundan sonra o, adına Asan imza əldə edildiyini öyrənmiş, Asan imzanı deaktiv etdirmiş və ərizədə adları qeyd olunan şirkətlərin fəaliyyətinin dayandırılması üçün vergi orqanına müraciət ünvanlamışdır. Eyni zamanda o, məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinə və aidiyyəti dövlət orqanlarına da müraciət etdiyini bildirmiş, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin olunmasına etiraz etməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X1 üzrə Baş İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, maraqlı şəxsi dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxx 1997-ci il təvəllüdlü Maraqlı şəxs icra orqanlarının rəhbəri olduğu hüquqi şəxslər "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 yanvar 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 2412,5 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 93,59 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 14,96 manat borcu, İşsizlikdən Sığorta Fonduna 3,75 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 yanvar 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 7669,43 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 93,59 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 14,96 manat borcu, İşsizlikdən Sığorta Fonduna 3,75 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 yanvar 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 7812,39 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 95,4 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 15,24 manat borcu, İşsizlikdən Sığorta Fonduna 3,83 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 yanvar 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 145,51 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 88,32 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 14,12 manat borcu, İşsizlikdən Sığorta Fonduna 3,54 manat borcu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 yanvar 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 1349,68 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 88,41 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 14,14 manat borcu, İşsizlikdən Sığorta Fonduna 3,55 manat borcu vardır və həmin vergi ödəyicilərinə borclarının ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 yanvar 2024-cü il tarixinə hesablanmış "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2412,5 (iki min dörd yüz on iki manat əlli qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 93,59 (doxsan üç manat əlli doqquz qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 14,96 (on dörd manat doxsan altı qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 3,75 (üç manat yetmiş beş qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 7812,39 (yeddi min səkkiz yüz on iki manat otuz doqquz qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 95,4 (doxsan beş manat qırx qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 15,24 (on beş manat iyirmi dörd qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 3,83 (üç manat səksən üç qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 7669,43 (yeddi min altı yüz altmış doqquz manat qırx üç qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 93,59 (doxsan üç manat əlli doqquz qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 14,96 (on dörd manat doxsan altı qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 3,75 (üç manat yetmiş beş qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 145,51 (yüz qırx beş manat əlli bir qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 88,32 (səksən səkkiz manat otuz iki qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 14,12 (on dörd manat on iki qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 3,54 (üç manat əlli dörd qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1349,68 (min üç yüz qırx doqquz manat altmış səkkiz qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 88,41 (səksən səkkiz manat qırx bir qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 14,14 (on dörd manat on dörd qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 3,55 (üç manat əlli beş qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxx 1997-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-208/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-208/2024
29.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver