Məhkəmə qərarları › İş №e-2-2(119)-2092/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2092/2022

19.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2092/2022 19.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, Maraqlı şəxs və onun vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2022-ci il tarixinə hesablanmış vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan cəmi 2061,34 (iki min altmış bir manat 34 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxx 2000-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etmədiyini bildirərək göstərdi ki, o, 2021-ci ildə universiteti bitirmiş və universiteti bitirdikdən sonra, yəni 07 iyul 2021-ci il tarixdə hərbi xidmətə getmiş və 27 iyul 2022-ci il tarixdə hərbi xidmətini bitirərək evə qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra heç bir yerdə işləməmiş və hal-hazırda məhkəmə bildirişini aldıqdan sonra isə ona məlum olmuşdur ki, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması üçün Vergi Orqanı tərəfindən məhkəməyə müraciət edilmişdir. Lakin, o, heç bir hüquqi şəxsin, eləcə də Vergi Orqanının ərizəsində qeyd olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, yəni icra orqanının rəhbəri deyildir və onun direktor olması barədə heç bir məlumatı olmamışdır. Yəni, məhkəməyə çağırılana kimi o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmasını bilməmişdir. Buna görə də, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən ona qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizənin təmin edilməməsini xahiş edir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs suallara cavab olaraq bildirdi ki, 2019-cu ilin sentyabr ayında bir nəfər onu işə düzəldəcəyi ilə aldadaraq ondan etibarnamə almış olsa da, o, həmin etibarnaməni 2020-ci ilin fevral ayında ləğv elətdirmiş və bununla bağlı prokororluğa şikayət etmişdir. Universitet bitirdikdən sonra, yəni 07 iyul 2021-ci ildə hərbi xidmətə gedərək, Xocavənd rayonu ərazisində bir il hərbi xidmət keçmiş və 27 iyul 2022-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Lakin, sənədlərdə onun direktor kimi yazıldığı hüquqi şəxsin hansı fəaliyyətlə məşğul olması, ünvanı və təsisçisi barədə məlumatı yoxdur. O, məhkəməyə çağırıldıqdan sonra bundan xəbər tutmuş və bu məsələ ilə əlaqədar vergi orqanının nümayəndəsi ilə araşdırma apararkən, ona şirkətin direktoru olduğu deyilmiş, lakin həmin şirkətin təsisçisi olub-olmamağı barədə ona məlumat verilməmişdir. O, direktoru kimi göstərildiyi Şirkətin elektron vergi kabinetindən heç bir vaxt istifadə etməmiş və Şirkətə aid elektron kabinetin kod və parolu barədə məlumatı olmamışdır. Vergi Orqanı tərəfindən poçt vasitəsi ilə də ona heç bir məktub, bildiriş və s. göndərilməmişdir. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmasını və həmin hüquqi şəxsin borcu olmasını məhkəməyə gəldikdən sonra bilmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi tərəfindən ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, xx xxxxxx 2000-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1apore” Məhdud Məsuliyyətli Cəmiyyəti 16 iyun 2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində vergi qeydiyyatına alınmış və ona VÖEN (VÖEN **********) verilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, vergi ödəyicisinə ünvanlanmış vergi borcunun ödənilməsinə dair “Bildiriş” və digər sənədlər Maraqlı şəxs icra orqanının rəhbəri kimi qeyd olunduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və eləcə də, maraqlı şəxsə “elektron kabinet” vasitəsi ilə göndərilmiş və bunu təsdiq edən “Vergi ödəyiciləri ilə yazışmalar barədə Hesabat” ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmuşdur. Lakin, iş materiallarına vergi ödəyicisi Maraqlı şəxs ilə müvafiq Vergi Orqanı arasında 13 sentyabr 2019-cu il tarixli ********** nömrəli "Elektron sənəd mübadiləsi haqqında" Müqavilə əlavə edilsə də, həmin müqavilənin Maraqlı şəxs tərəfindən imzalanmamışdır. Yəni, iş materialları ilə Maraqlı şəxs vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən və vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən elektron kabinetə malik olması təsdiq edilmir. Belə olan halda isə, ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə hazırkı ərizə ilə məhkəməyə müraciət olunanadək Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq Maraqlı şəxs hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin vergi borcu ilə əlaqədar hər hansı bir formada məlumatlandırılması və xəbərdar edilməsi müəyyən olunmur. Eyni zamanda, iş materiallarında olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus X5 görünür ki, həmin hüquqi şəxsə hesablanmış borcun əhatə etdiyi dövr 01 iyun 2021-ci ildən 15 noyabr 2022-ci il tarixədəkdir. Lakin, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş SX ******* nömrəli Hərbi Biletin surəti və "AZEMİS" Elektron Məhkəmə X1 məlumatlarla müəyyən olunur ki, Maraqlı şəxs 07 iyul 2021-ci ildən 27 iyul 2022-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin, Maraqlı şəxs tərəfindən 20 sentyabr 2019-cu ildə X4 verilmiş Etibarnamə Maraqlı şəxs Sumqayıt şəhəri 1 saylı Notariat Ofisində tərtib və təsdiq olunmuş 19 fevral 2020-ci il tarixli ərizəsi ilə 19 fevral 2020-ci ildə ləğv edilmiş və həmin etibarnamənin verilməsi ilə əlaqədar Maraqlı şəxs 25 fevral 2020-ci il tarixli ərizə ilə Sumqayıt Şəhər Prokurorluğuna şikayət etmişdir. Bundan əlavə, "AZEMİS" Elektron Məhkəmə X1 məlumatlarla müəyyən olunur ki, hal-hazırda Maraqlı şəxs hazırkı iş üzrə vergi ödəyicisi kimi borcu olması qeyd edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin deyil, başqa bir hüquqi şəxsin, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri ilə müəyyən olunur ki, Vergi orqanı hesablanmış vergiləri ödəməyən vergi ödəyicisinə vergilərin 5 gün müddətində ödənilməsinə dair bildiriş göndərməli və bundan sonra ödənilməyən vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Göründüyü kimi, yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - ərizə baxılmamış saxlanılır. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizənin baxılmamış saxlanılması üçün əsaslar mövcud olduğundan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar