Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2099/2022 01.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2022-ci il tarixinə hesablanmış hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 132,67 (yüz otuz iki manat 67 qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 0,63 (63 qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 6,81 (altı manat 81 qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 5,90 (beş manat 90 qəpik) manat borcunun, ”Noda 4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 3813,58 (üç min səkkiz yüz on üç manat 58 qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 143,48 (yüz qırx üç manat 48 qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 3,78 (üç manat 78 qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 5,90 (beş manat 90 qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 1289,34 (min iki yüz səksən doqquz manat 34 qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 70,84 (yetmiş manat 84 qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 7,50 (yeddi manat 50 qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 11,68 (on bir manat 68 qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 2238,97 (iki min iki yüz otuz səkkiz manat 97 qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 166,44 (yüz altmış altı manat 44 qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 7,80 (yeddi manat 80 qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 11,68 (on bir manat 68 qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 967,92 (doqquz yüz altmış yeddi manat 92 qəpik) manat vergi borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 842,63 (səkkiz yüz qırx iki manat 63 qəpik) manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri - xx xxxxxxx 1999-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs izahatında borclar barədə məlumatı olduğunu bildirmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxxxxx 1999-cu il təvəllüdlü Maraqlı şəxs (ünvan: Şabran rayonu, Surra kəndi) icra orqanlarının rəhbəri olduğu hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 noyabr 2022-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 132,67 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 0,63 manat borcu, İşsizlikdən Sığorta Fonduna 6,81 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 5,90 manat borcu, ”Noda 4” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 3813,58 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 143,48 manat borcu, İşsizlikdən Sığorta Fonduna 3,78 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 5,90 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 1289,34 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 70,84 manat borcu, İşsizlikdən Sığorta Fonduna 7,50 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 11,68 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 2238,97 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 166,44 manat borcu, İşsizlikdən Sığorta Fonduna 7,80 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 11,68 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 967,92 manat vergi borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 842,63 manat vergi borcu vardır və həmin vergi ödəyicilərinə borclarının ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 noyabr 2022-ci il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 132,67 (yüz otuz iki manat 67 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 0,63 (63 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 6,81 (altı manat 81 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 5,90 (beş manat 90 qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, ”Noda 4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 3813,58 (üç min səkkiz yüz on üç manat 58 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 143,48 (yüz qırx üç manat 48 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 3,78 (üç manat 78 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 5,90 (beş manat 90 qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 1289,34 (min iki yüz səksən doqquz manat 34 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 70,84 (yetmiş manat 84 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 7,50 (yeddi manat 50 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 11,68 (on bir manat 68 qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2238,97 (iki min iki yüz otuz səkkiz manat 97 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 166,44 (yüz altmış altı manat 44 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 7,80 (yeddi manat 80 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 11,68 (on bir manat 68 qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 967,92 (doqquz yüz altmış yeddi manat 92 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 842,63 (səkkiz yüz qırx iki manat 63 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxxxxx 1999-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2099/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2099/2022
01.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver