Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-21/2020 19.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Həsənova Gülnar İbrahim qızının, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 3797 (üç min yeddi yüz doxsan yeddi) manat məbləğində əsas borc, 3417,30 (üç min dörd yüz on yeddi manat 30 qəpik) manat dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7244,30 (yeddi min iki yüz qırx dörd manat 30 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh X5 arasında işgüzar tərəfdaşlıq münasibətləri formalaşmış və həmin münasibətlər tərəflər arasında imzalanmış və rəsmi hüquqi qüvvəyə malik xx xxxxxxx 2017-ci il tarixli Alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin tələblərinə əsasən İddiaçı MMC cavabdeh X4 razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, cavabdeh isə öz növbəsində malı qəbul edib, həmin malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC həmin Müqavilə üzrə öhdəliklərini tamamilə yerinə yetirmişdir. Yəni, əvvəlcədən razılaşdırılmış miqdarda malları cavabdehə təhvil vermişdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və almış olduğu malların pulunu lazımi qaydada ödəməmişdir. Buna görə də, İddiaçı MMC ilə cavabdeh X5 arasında xx xxxxxx 2019-cu ildə “Borcun etirafı və ödəniş qaydası” haqqında müqavilə bağlanmışdır. Həmin müqavilədə cavabdeh X5 xx xxxxxxx 2017-ci il tarixli Alqısatqı müqaviləsi üzrə İddiaçınə ümumilikdə 3797 (üç min yeddi yüz doxsan yeddi) manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx xxxxxx 2019-cu il tarixinədək tam olaraq iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış “Borcun etirafı və ödəniş qaydası” haqqında müqavilə xx xxxxxxx 2017-ci il tarixli Alqı-satqı müqaviləsinə əsaslanmışdır. Lakin, cavabdeh xx xxxxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası” haqqında Müqavilənin tələblərini yerinə yetirməmiş və həmin Müqavilədə etiraf etmiş olduğu borcu nəzərdə tutulan müddətdə ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh borcu ödəmədikdə, həm hesablanmış borcu tam şəkildə, həm də hər gecikən gün üçün müqavilə üzrə razılaşdırılmış penya məbləğini də ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədənkənar görülən tədbirlər heç bir nəticə verməmiş və məlum müqavilə üzrə yaranmış borc cavabdeh tərəfindən ödənilməmişdir. Buna görə də, cavabdeh tərəfindən iddiaçıya 3797 manat məbləğində əsas borc və 3417,30 manat dəbbə pulu ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və xx xxxxxxx 2017-ci il tarixli Alqı-satqı müqaviləsinin və xx xxxxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası” haqqında müqavilənin tələblərinə əsasən yaranmış 3797 manat məbləğində əsas borc, 3417,30 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7244,30 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qismən qəbul etdiyini bildirərək, fərdi sahibkar olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar onunla İddiaçı arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli Alqı-satqı müqaviləsinin və xx xxxxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası” haqqında müqavilənin şərtlərinə əsasən iddiaçıya 3797 manat məbləğində əsas borcunun yarandığını təsdiq etmiş və həmin borcu anası və qardaşının xərçəng xəstəliyinə yoluxaraq vəfat etmələri ilə əlaqədar maddi vəziyyəti pisləşdiyi üçün ödəmə qabiliyyətini itirməsi səbəbindən ödəyə bilməməsi ilə əsaslandıraraq, 3797 manat məbləğində əsas borcun ondan tutulmasına razı olsa da, maddi vəziyyəti pis olduğu üçün iddiaçı tərəfindən hesablanmış 3417,30 manat məbləğində dəbbə pulu borcunun ondan tutulmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Satıcı” - hüquqi şəxs İddiaçı (VÖEN **********) ilə “Alıcı” - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X5 (VÖEN **********) arasında xx xxxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin Müqavilənin şərtlərinə görə “Satıcı” bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə “Alıcı””nı malla təmin etməli, “Alıcı” isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan hüquqi şəxs İddiaçı (Kreditor) ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X5 (Borclu) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası” haqqında Müqavilədən görünür ki, həmin Müqavilə ilə Borclu Kreditora 3797 (üç min yeddi yüz doxsan yeddi) manat məbləğində borcunun olduğunu tam etiraf etmiş və həmin borcu xx xxxxxx 2019-cu il tarixinədək (hər ay 379,7 (üç yüz yetmiş doqquz manat 70 qəpik) manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, ümumi borc məbləği bu Müqavilə ilə müəyyən edilmiş son tarixə kimi tam ödənilmədikdə, Borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5 % miqdarında dəbbə pulunu Kreditora ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə də, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası” haqqında müqavilənin tələblərinə uyğun olaraq xx xxxxxx 2019-cu il tarixinədək ödənilməli olan cəmi 3797 manat məbləğində əsas borc cavabdeh X5 tərəfindən İddiaçınə ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X5 İddiaçı ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası” haqqında Müqavilə üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 3797 (üç min yeddi yüz doxsan yeddi) manat məbləğində əsas borc cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 3417,30 (üç min dörd yüz on yeddi manat 30 qəpik) manat dəbbə pulunun tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 100 (yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh X1 3797 manat məbləğində əsas borc və 100 manat dəbbə pulu olmaqla - cəmi 3897 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh X1 3797 (üç min yeddi yüz doxsan yeddi) manat məbləğində əsas borc, 100 (yüz) manat dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3927 (üç min doqquz yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən ZülfüqarSadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-21/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-21/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver