Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2118/2024 12.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, iddiaçı “CALL CENTER" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “CALL CENTER" Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1874,64 (min səkkiz yüz yetmiş dörd manat, altmış dörd qəpik) manat məbləğində əsas borc, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğində hesablanmış 42,87 (qırx iki manat, səksən yeddi qəpik) manat məbləğində faiz borcu və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1957,51 (min doqquz yüz əlli bir manat, əlli bir qəpik) məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 1674C nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən xidmətlər tam yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı ödəniş aparılmamış, onun, ümumilikdə 1917,51 manat məbləğində borcu qalmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında 20 dekabr 2023-cü il tarixli 1674C nömrəli müqaviləyə əsasən, sifarişçinin sifarişi əsasında icraçı (iddiaçı “CALL CENTER" QSC) sifarişçinin (cavabdeh "xxxx" MMC-nin) əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçiya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə №1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin dəyəri hazırkı müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli Əlavədə göstərilir. Sifarişçi qəbul edir və razılaşır ki, xidmətlərin dəyərinə ƏDV daxil deyil və xidmətin dəyərinin ƏDV-yə cəlb olunan hissəsinə, yəni xidmətin dəyərinin 20% miqdarına əlavə olaraq hesablanacaqdır. Gedişlərin həcmindən asılı olmayaraq göndəriləcək hesab-fakturanın minimal dəyəri 70 (yetmiş) manat təşkil edəcək. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 283,65 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00113871 nömrəli, 462,12 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 10405004 nömrəli, 640,34 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00188278 nömrəli, 556 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 10339602 nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 462,13 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli **********5 nömrəli, 640,34 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli **********1 nömrəli, 283,66 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli **********9 nömrəli, 556 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli **********9 nömrəli hesab fakturalar təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1647C saylı avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə borcun hesablanması haqqında arayışdan görünür ki, həmin müqavilə üzrə cavabdehin iddiaçıya MT**********71 nömrəli qaimə üzrə 281,79 manat məbləğində (273,80 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 7,99 manat), MT**********78 nömrəli qaimə üzrə 633,54 manat məbləğində (618,09 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 15,45 manat), MT**********04 nömrəli qaimə üzrə 456,11 manat məbləğində (446,07 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 10,04 manat), MT**********02 nömrəli qaimə üzrə 546,07 manat məbləğində (536,68 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 9,39 manat) olmaqla, ümumilikdə 1917,51 manat məbləğində borcu qalmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 20 dekabr 2023-cü il tarixli, 1674C nömrəli müqavilə bağlanılmış, icraçı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq sifarişçinin (cavabdehin) əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil etsə də, sifarişçi qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək göstərilmiş xidmətlərin dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 dekabr 2023-cü il tarixli, 1674C nömrəli müqavilə üzrə iddia ərizəsində göstərilən 1874,64 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirmədiyinə, yəni borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Buna görə iddia tələbi həmin hissədə də təmin olunmalı və əsas borca münasibətdə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində hesablanmış 42,87 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 40 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 23 noyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1874,64 manat məbləğində əsas borc, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğində hesablanmış 42,87 manat məbləğində faiz borcu və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 1957,51 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 1874,64 (min səkkiz yüz yetmiş dörd manat, altmış dörd qəpik) manat məbləğində əsas borc, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğində hesablanmış 42,87 (qırx iki manat, səksən yeddi qəpik) manat məbləğində faiz borcu və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1957,51 (min doqquz yüz əlli yeddi manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “CALL CENTER" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2118/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2118/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver