Məhkəmə qərarları › İş №e-2-2(119)-212/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-212/2025

07.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-212/2025 07.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh1 qanuni təmsilçisi X1 və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)- 212/2025 nömrəli kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh1 MMC-nin hesabından 279535 (140000 + 56756 + 23000 + 59779) manat məbləğində borcun və 620 manat məbləğində dövlət rüsumunun, həmçinin dəymiş maddi və mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması, Cavabdeh1 MMC-nin təsisçisi və direktoru X1 əməlində cinayətin tərkibi olduğundan xüsusi qərardad qəbul etməklə prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 11 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin icraatındakı e-2-2(119)-1921/2024 nömrəli və e-2-2(119)-2201/2024 nömrəli işlərin ayrı-ayrılıqda baxılmasının qeyrimümkünlüyünün nəzərə alınmasını və mübahisənin hərtərəfli və tam araşdırılması, düzgün, ədalətli və qanuni qətnamənin çıxarılması baxımından hər iki işin bir icraata birləşdirilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 06 yanvar 2025-ci il tarixdə məhkəməyə oxşarməzmunlu vəsatət təqdim edərək Sumqayıt Kommersiya Məhkəməsinin icraatındakı e-2-2(119)-212/2025 nömrəli və e-2-2(119)-128/2025 nömrəli işlərin bir icraata birləşdirilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 vəsatətin məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsində baxılan digər işdə cavabdeh olan İddiaçı MMC tərəfindən qarşılıqlı iddia ərizəsi verilmiş, lakin həmin ərizə icraata qəbul edilməmişdir. Hər iki iş üzrə sənədlər bir-biri ilə qarşılıqlı əlaqəlidir və işlərə bir icraatda baxılması işin obyektiv həlli baxımından zəruridir. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə olan e-2-2(119)-212/2025 nömrəli kommersiya işinin Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə olan e-2-2(119)-128/2025 nömrəli kommersiya işinə birləşdirilərək bir icraatda baxılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi izahatında vəsatətə etiraz etdiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə olan e-2-2(119)-212/2025 nömrəli kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə olan e-2-2(119)-128/2025 nömrəli kommersiya işinə birləşdirilməlidir. Belə ki, iş materialları və eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən edilir ki, iddiaçı Cavabdeh1 MMC 22 oktyabr 2024-cü il tarixdə cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 180136 manat pul vəsaitinin və 471 manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı MMC-dən iddiaçı Cavabdeh1 MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin iddia ərizəsinə dair kommersiya işinə e-2-2(119)-1921/2024 nömrəsi verilərək icraata qəbul edilmişdir. Bundan sonra, İddiaçı MMC 10 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh1 MMC-nin hesabından 279535 (140000 + 56756 + 23000 + 59779) manat məbləğində borcun və 620 manat məbləğində dövlət rüsumunun, həmçinin dəymiş maddi və mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, həmçinin Cavabdeh1 MMC-nin təsisçisi və direktoru X1 əməlində cinayətin tərkibi olduğundan xüsusi qərardad qəbul etməklə prokurora məlumat verilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan hər iki kommersiya işi eyni tərəflər arasında yaranmış kommersiya mübahisələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə e-2-2(119)-212/2025 nömrəli kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “pul tələbi” barədə olan e-2-2(119)-128/2025 nömrəli kommersiya işinə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar