Məhkəmə qərarları › İş №e-2-2(119)-2123/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2123/2024

27.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2123/2024 27.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi X2, Bakı Kommersiya Məhkəməsindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi üzrə e- 2-2(113)-7897/2024 nömrəli kommersiya işinin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 25 iyul 2024-cü il tarixə hesablanmış dövlət büdcəsinə olan 4388,18 (dörd min üç yüz səksən səkkiz manat, on səkkiz qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə həmin kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş, bu, maraqlı şəxsin Qubadlı rayonunun Xocahan kəndində qeydiyyatda olması və həmin ünvanın Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olması ilə əsaslandırılmışdır. Məhkəmə kommersiya işi üzrə materialları nəzərdən keçirərək hesab edir ki, hazırkı ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmasına dair aşağıda qeyd olunan əsaslara görə fikir ayrılığı yarandığından, həmin iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. “Elektron məhkəmə” informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən edilir ki, maraqlı şəxs ünvan 3 ünvan maraqlı şəxsə şəxsiyyət vəsiqəsi verilərkən və həmin vəsiqə dəyişdirilərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvandır və o, məlum səbəblərlə əlaqədar şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alındığı həmin ünvanda yaşamır. Ərizəçi tərəfindən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsinin 04 oktyabr 2024-cü il tarixli 3-36-3/2-3931/2024 nömrəli məktubundan görünür ki, maraqlı şəxsin yaşayış ünvanı “Bakı şəhəri, Xətai rayonu, Neapol 43 2 nömrəli TPL yataqxanası” ünvanıdır. Bundan əlavə, iş materiallarında olan maraqlı şəxsə aid “Fiziki şəxs haqqında məlumat” sənədində maraqlı şəxsin ünvanı “ünvan 5ndan aydın olur ki, ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış borc bildirişləri ünvan 6 Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən onun rəsmi qeydiyyat ünvanı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olsa da, Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsinin məktubu və digər iş materialları əsasında müəyyən edilən yaşadığı ünvan Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olsa da, hazırkı ərizə üzrə sənədlərlə maraqlı şəxsin Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşadığı müəyyən edilmir. Ona görə də hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, qeyd olunan hallara əsasən hazırkı kommersiya işi ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 45-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D I: Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2- 2(113)-7897/2024 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar