Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2128/2024 17.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı “MONETRİ" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “MONETRİ" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli ML/7109 nömrəli Maliyyə lizinqi müqaviləsi üzrə 7302,41 (yeddi min üç yüz iki manat qırx bir qəpik) manat məbləğində əsas borc, 465,22 (dörd yüz altmış beş manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 22,09 (iyirmi iki manat, doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 7789,72 (yeddi min yeddi yüz səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin və 97,90 (doxsan yeddi manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və öhdəliyin icrasını təmin etmək məqsədilə bağlanmış zaminlik müqaviləsi üzrə zamin qismində iştirak etmiş digər Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 17 dekabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında tərəflər iştirak etməmişlər. İddiaçı 16 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli ML/7109 nömrəli lizinq müqaviləsi üzrə öhdəliyin restrukturizasiya edildiyini bildirmiş, bununla əlaqədar iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 16 dekabr 2024-cü il tarixli ərizəsi əsasında iddia ərizəsi baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindəki məlumatlarla, o cümlədən ərizəyə əlavə edilmiş ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən həmin ərizənin verilməsi üçün 97,90 manat məbləğində dövlət rüsumu “X1” vasitəsilə 14 noyabr 2024-cü il tarixində dövlət büdcəsinə (Sumqayıt Kommersiya Məhkəməsi üçün) ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Ərizə təmin edilsin. İddiaçı “MONETRİ" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı “MONETRİ" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq predmetinin geri qaytarılması və borcun tutulması”barədə iddia ərizəsi üzrə ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 97,90 (doxsan yeddi manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 14 noyabr 2024-cü il, 12:00:56; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2128/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2128/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver