Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-213/2022 07.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 11 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2021-ci il tarixinə hesablanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 812 (səkkiz yüz on iki) manat gecikdirilmiş əsas borc və 325,90 (üç yüz iyirmi beş manat 90 qəpik) manat cərimə, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 1431 (min dörd yüz otuz bir) manat gecikdirilmiş əsas borc və 731,24 (yeddi yüz otuz bir manat 24 qəpik) manat cərimə, 28 noyabr 2017-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 7570 (yeddi min beş yüz yetmiş) manat gecikdirilmiş əsas borc və 3135,49 (üç min yüz otuz beş manat 49 qəpik) manat cərimə, 24 fevral 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 5234 (beş min iki yüz otuz dörd) manat gecikdirilmiş əsas borc və 1817,41 (min səkkiz yüz on yeddi manat 41 qəpik) manat cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı olmaqla, cəmi 21407,04 (iyirmi bir min dörd yüz yeddi manat 04 qəpik) manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış 09.10.2015-ci il tarilxli 1852-L/15 nömrəli, 19.01.2016-cı il tarixli 161-GL/16 nömrəli, 28.11.2017-ci il tarixli 2353-GL/17 nömrəli və 24.02.2018-ci il tarixli 452-GL/18 nömrəli lizinq müqavilələrinə əsasən Lizinq qalan dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Lakin, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 30 avqust 2021-ci il tarixinə 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 812 manat gecikdirilmiş əsas borc və 325,90 manat cərimə, 19 yanvar 2016-cı il tarixli 161- GL/16 nömrəli müqavilə üzrə 1431 manat gecikdirilmiş əsas borc və 731,24 manat cərimə, 28 noyabr 2017-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 7570 manat gecikdirilmiş əsas borc və 3135,49 manat cərimə və 24 fevral 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 5234 manat gecikdirilmiş əsas borc və 1817,41 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilələrin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkan olmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun təəblərinə görə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumundan azaddır. Eləcə də, hazırkı mübahisə ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmiş və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə vəkilə 350 manat məbləğində pul ödənilmiş və həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (Qeyd: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş (ötürülmüşdür)). Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 30 avqust 2021-ci il tarixinə hesablanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 812 manat əsas borc və 325,90 manat cərimə, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 1431 manat əsas borc və 731,24 manat cərimə, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 7570 manat əsas borc və 3135,49 manat cərimə, 15 oktyabr 2018ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 5234 manat əsas borc və 1817,41 manat cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş 350 manat xidmət haqqı olmaqla, cəmi 21407,04 manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən, yəni hər bir müqavilə üzrə 30 avqust 2021-ci il tarixinə hesablanmış əsas borcların tutulması hissəsində qəbul etdiyini, cərimə məbləğlərinin tutulması hissəsində isə qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar onunla Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış məlum lizinq müqavilələrinə əsasən kənd təsərrüfatı texnika və avadanlıqlarını lizinqə götürmüşdür. X1 üzrə müəyyən məbləğlərdə ödənişlər aparmış olsa da, sonradan kənd təsərrüfatı sahəsində məhsulun yetişdirilməsi ilə əlaqədar baş vermiş problemlərə görə və eləcə də, lizinqə götürmüş olduğu texnikada problemlər yarandığı üçün həmin müqavilələr üzrə lizinq ödənişlərini vaxtlı-vaxtında ödəyə bilməmişdir. Lakin, o, həmin müqavilələr üzrə tələb olunan əsas borcları ödəməkdən boyun qaçırmır və əsas borcları ödəyəcəkdir. Ancaq o, müqavilələr üzrə hesablanmış cərimələri qəbul etmir. Ona görə də, iddia tələbində qeyd olunan 09 oktyabr 2015-ci il tarixli müqavilə üzrə 812 manat məbləğində əsas borcun, 19 yanvar 2016-cı il tarixli müqavilə üzrə 1431 manat məbləğində əsas borcun, 15 oktyabr 2018-ci il tarixli müqavilə üzrə 7570 manat məbləğində əsas borcun və 15 oktyabr 2018-ci il tarixli digər müqavilə üzrə isə 5234 manat məbləğində əsas borcun ondan tutulmasına etiraz etməsə də, iddia tələbində qeyd olunan cərimə borclarının ondan tutulmamasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli və 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqavilələr üzrə sonuncu tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək, vaxtlı-vaxtında lizinq ödənişləri edilmədiyindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər bir müqavilə üzrə gecikdirilmiş əsas borc məbləğləri və cərimə borcları hesablanmışdır: - Yəni, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Lizinq alan” Cavabdeh 5 (beş) il müddətinə AGHBM-N24” markalı gübrəsəpən və taxılsəpən ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 30 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat məbləğində ödəniş edilmiş və 30 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 812 (səkkiz yüz on iki) manat ödənilməmiş əsas borcu və 325,90 (üç yüz iyirmi beş manat 90 qəpik) manat məbləğində cərimə borcu vardır. - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh 6 (altı) il müddətinə “AGTTT-1” markalı səyyar toxumtəmizləyən ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 30 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 2071 (iki min yetmiş bir) manat məbləğində ödəniş edilmiş və 30 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 1431 (min dörd yüz otuz bir) manat ödənilməmiş əsas borcu və 731,24 (yeddi yüz otuz bir manat 24 qəpik) manat məbləğində cərimə borcu vardır. - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh “New Holland TC5050” markalı taxılyığan kombayn ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 30 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 4428 (dörd min dörd yüz iyirmi səkkiz) manat məbləğində ödəniş edilmiş və 30 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 7570 (yeddi min beş yüz yetmiş) manat ödənilməmiş əsas borcu və 3135,49 (üç min yüz otuz beş manat 49 qəpik) manat məbləğində cərimə borcu vardır (həmin müqavilə ilə əlaqədar Xüsusi Komisiyyanın iclası 28 noyabr 2017-ci ildə keçirilmişdir). - Bundan əlavə, “Lizinq verən” "xxxx" ASC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə “Belarus-1221” markalı traktor və “Can-P.-5” markalı 5 gövdəli (təkərli) Kotan dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 30 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 5953 (beş min doqquz yüz əlli üç) manat məbləğində ödəniş edilmiş və 30 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 5234 (beş min iki yüz otuz dörd) manat məbləğində ödənilməmiş əsas borcu və 1817,41 (min səkkiz yüz on yeddi manat 41 qəpik) manat məbləğində cərimə borcu vardır (həmin müqavilə ilə əlaqədar Xüsusi Komisiyyanın iclası 24 fevral 2018-ci ildə keçirilmişdir). Qeyd etmək lazımdır ki, Lizinq verən və Lizinq alan arasında bağlanmış yuxarıda qeyd olunan 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli, 19 yanvar 2016-cı il tarixli 161- GL/16 nömrəli, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli və 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli Müqavilələrin müvafiq olraq 4.2-ci bəndlərinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi ilə əlaqədar bağlanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 30 avqust 2021-ci il tarixinə 812 manat məbləğində əsas borc və 325,90 manat məbləğində cərimə borcu, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 30 avqust 2021-ci il tarixinə 1431 manat məbləğində əsas borc və 731,24 manat məbləğində cərimə borcu, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 30 avqust 2021-ci il tarixinə 7570 manat məbləğində əsas borc və 3135,49 manat məbləğində cərimə borcu və 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 30 avqust 2021-ci il tarixinə 5234 manat məbləğində əsas borc və 1817,41 manat məbləğində cərimə borcu hesablanaraq, həmin borcların Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 30 avqust 2021-ci il tarixinə hesablanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 812 manat məbləğində əsas borcun, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 1431 manat məbləğində əsas borcun, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 7570 manat məbləğində əsas borcun və 15 oktyabr 2018-ci il tarixli 452- GL/18 nömrəli müqavilə üzrə 5234 manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən hər bir müqavilə üzrə ayrı-ayrılıqda hesablanmış cərimə məbləğlərinin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla cərimə məbləğləri azaldılmalı və Cavabdeh 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 40 (qırx) manat, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 80 (səksən) manat, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat və 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqavilələrinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğlərinin də artması və cərimə məbləğlərinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 30 avqust 2021-ci il tarixinə hesablanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 812 manat məbləğində əsas borc və 40 manat məbləğində cərimə, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 1431 manat məbləğində əsas borc və 80 manat məbləğində cərimə, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 7570 manat məbləğində əsas borc və 300 manat məbləğində cərimə və 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 5234 manat məbləğində əsas borc və 200 manat məbləğində cərimə olmaqla, cəmi 15667 manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Eləcə də, hazırkı iş üzrə ümumilikdə hesablanan 137 manat məbləğində dövlət rüsumu da cavabdeh Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 30 avqust 2021-ci il tarixinə hesablanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 812 (səkkiz yüz on iki) manat məbləğində əsas borc və 40 (qırx) manat məbləğində cərimə, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 1431 (min dörd yüz otuz bir) manat məbləğində əsas borc və 80 (səksən) manat məbləğində cərimə, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 7570 (yeddi min beş yüz yetmiş) manat məbləğində əsas borc və 300 (üç yüz) manat məbləğində cərimə, 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 5234 (beş min iki yüz otuz dörd) manat məbləğində əsas borc və 200 (iki yüz) manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 16017 (on altı min on yeddi) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-213/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-213/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver