Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2144/2025 13.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3413,14 (üç min dörd yüz on üç manat on dörd qəpik) manat məbləğində borc və 55 (əlli beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3468,14 (üç min dörd yüz altmış səkkiz manat on dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir İddiaçı 12 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılması haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən İddiaçı nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı tərəfindən 13 oktyabr 2025-ci il tarixli **********99 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 13 oktyabr 2025-ci il, saat 13:41:06; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 13 oktyabr 2025-ci il tarixli **********99 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 13 oktyabr 2025-ci il, saat 13:41:06; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2144/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2144/2025
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver