Məhkəmə qərarları › İş №e-2-2(119)-2154/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2154/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2154/2025 19.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 169961,97 (yüz altmış doqquz min doqquz yüz altmış bir manat doxsan yeddi qəpik) manat məbləğində əsas borcun, 739,59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləğində faiz borcunun, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1500 (min beş yüz) manat məbləğində xidmət haqqının və 460,7 (dörd yüz altmış manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 fevral 2024-cü il tarixli BCC-C1-1689 nömrəli ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən İddiaçı cavabdeh tərəfindən ona həvalə edilmiş yüklərin daşıması ilə bağlı ekspeditor xdmətini göstərməyi öhdəsinə götürmüşdür. Şirkət müqavilə üzrə öz öhdəliklərini tam və lazımi şəkildə icra edərək cavabdeh tərəfindən sifariş verilmiş yüklərin daşınaraq təyinat məntəqəsinə çatdırılmasını təmin etmişdir. Lakin daşınmış yüklərin cavabehə çatdırılmasından və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün zəruri olan bütün sənədlərin cavabdehə təqdim edilməsindən kifayət qədər uzun müddət keçməsinə baxmayaraq cavabdeh göstərilmiş xidmətin haqqını hələ də ödəməmişdir. Hazırda 23 fevral 2024-cü il tarixli BCC-C1-1689 nömrəli ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən göstərilmiş xidmətlərə görə cavabdehin İddiaçı MMCyə ƏDV daxil olmaqla 169961,97 (yüz altmış doqquz min doqquz yüz altmış bir manat doxsan yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq qeyd edilən borc məbləği bu günə qədər ödənilməmişdir. Bu isə şirkətin hüquqlarını kobud şəkildə pozduğu üçün həmin borc məbləğinin ödənilməsini məhkəmə vasitəsi ilə tələb etmək məcburiyyətində qalmışdır. 12 fevral 2026-cı il tarixdə İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 169961,97 (yüz altmış doqquz min doqquz yüz altmış bir manat doxsan yeddi qəpik) manat məbləğində əsas borcun, 739,59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləğində cərimənin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1500 (min beş yüz) manat məbləğində xidmət haqqının və 460,7 (dörd yüz altmış manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə ekspeditor İddiaçı arasında bağlanmış 23 fevral 2024-cü il tarixli BCC-C1-1689 nömrəli ekspeditor xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən ekspeditor hazırkı müqavilənin 3cü bəndində müəyyən edilmiş haqla və sifarişçinin hesabına aşağıdakı işləri yerinə yetirməyi, yaxud onların yerinə yetirməsini təşkil etməyi öhdəsinə götürür: 1) sifarişçinin yazılı sifarişinə əsasən yüklərin beynəlxalq daşınmasını təşkil etmək; 2) daşınma haqqında müqavilə bağlamaq (Sifarişçinin adından, ya da öz adından); 3) tərəflərin razılığı ilə digər xidmətlər. Həmin müqavilənin 2.2.3-ci yarımbəndinə əsasən sifarişçi ekspeditorun xərclərini və müqavilənin 3-cü bəndinə müvafiq olaraq mükafatı vaxtlı-vaxtında ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən yüklərin daşınması üçün göstərilən xidmət haqqının ödənilməsi sifarişçi tərəfindən bu müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 saylı Əlavə kimi əlavə olunan ekspeditorun öz kommersiya təkliflərində göstərdiyi və sifarişçinin işi (xidməti) yerinə yetirmək üçün verdiyi sifarişdə təsdiq etdiyi tariflər əsasında həyata keçirilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi ödənişi çatdırılma faktiki həyata keçirildikdən və hesab-faktura təqdim edildikdən sonra ekspeditorun hesabına köçürmə yolu ilə 20 (iyirmi) təqvim gün ərzində həyata keçirilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən ödəmədə gecikmə olarsa sifarişçi hər gecikən gün üçün sifarişin ümumi məbləğindən 0,1%-i, lakin sifarişın ümümi məbləğindən 5%-dən artıq olamayaraq cərimə ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi ilə ekspeditor arasında nəqliyyatekspeditor xidmətləri üzrə hesablaşma Azərbaycan manatı, yazılı şəkildə razılaşdırılmış və təqdim olunmuş hesab-faktura əsasında həyata keçirilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə 781829,65 manat dəyərində müxtəlif xidmətlərinin göstərilməsi ilə əlaqədar 116 ədəd elektron qaimə-faktura göndərilmişdir. Həmin elektron qaimə-fakturalardan 110 ədədi cavabdeh tərəfindən təsdiq edilmiş, 153 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar göndərilmiş xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 12078199 nömrəli, 129409,72 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar göndərilmiş xx.xx.2024cü il tarixli MT2410 seriyalı 12101707 nömrəli, 188,89 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar göndərilmiş xx.xx.2025-ci il tarixli MT2505 seriyalı 12502354 nömrəli, 2635 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar göndərilmiş xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 10485728 nömrəli, 196,51 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar göndərilmiş xx.xx.2025-ci il tarixli MT2505 seriyalı 12505777 nömrəli və 248,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar göndərilmiş xx.xx.2025-ci il tarixli MT2506 seriyalı 11226016 nömrəli elektron qaiməfakturalar düzəlişə göndərilmişdir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə 20 fevral 2025-ci il tarixdə 3456,80 manat, 28 dekabr 2024cü il tarixdə 70274,14 manat, 11 dekabr 2024-cü il tarixdə 30382,80 manat, 27 noyabr 2024-cü il tarixdə 122101,02 manat, 18 oktyabr 2024-cü il tarixdə 100000 manat, 07 oktyabr 2024-cü il tarixdə 49041,25 manat, 29 iyul 2024-cü il tarixdə 77733,6 manat, 02 iyul 2024-cü il tarixdə 42127,22 manat, 09 aprel 2024-cü il tarixdə 26761,95 manat və 03 iyun 2024-cü il tarixdə 89112,47 manat olmaqla, ümumilikdə 610991,25 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə 02 iyul 2024-cü il tarixdə 25,99 manat, 07 oktyabr 2024-cü il tarixdə 411,11 manat, 27 noyabr 2024-cü il tarixdə 346,27 manat, 10 dekabr 2024-cü il tarixdə 93,06 manat, 28 dekabr 2024-cü il tarixdə 1606,74 manat olmaqla, cəmi 2483,17 manat ƏDV ödənilmişdir. İş materiallarında olan 15 dekabr 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, 23 fevral 2024-cü il tarixli BCC-C1-1689 nömrəli nömrəli ekspeditor xidmət müqaviləsinə əsasən İddiaçı tərəfindən yüklərin daşıması ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə ƏDV daxil olmaqla 781829 manat məbləğində daşıma xidməti göstərilmişdir. Həmin məbləğin 778676,99 manat məbləğində hissəsi əsas məbləğ, 3152,66 manat məbləğində hissəsi isə ƏDV məbləğidir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göstərilmiş daşıma xidmətinə görə ümumilikdə ƏDV daxil olmaqla 613474,42 manat məbləğində ödəniş icra etmişdir. Həmin məbləğin 610991,25 manat məbləğində hissəsi əsas məbləğ, 2483,17 manat məbləğində hissəsi isə ƏDV məbləğidir. 15 dekabr 2025-ci il tarixinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin daşıma xidmətinə görə ƏDV daxil olmaqla 168355,23 manat məbləğində borcu qalmışdır. Həmin borcun 167685,74 manat məbləğində hissəsi əsas borc, 669,49 manat məbləğində hissəsi isə ƏDV borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 852.1-ci maddəsinə əsasən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır. - 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 23 fevral 2024-cü il tarixli BCC-C1-1689 nömrəli nömrəli ekspeditor xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ƏDV daxil 781829,65 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 116 ədəd elektron qaimə-faktura göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 613474,42 manat dəyərində ödəniş edilsə də, o, öhdəliklərini lazımi qaydada icra etməyərək xidmətlərinin xidmətlərin dəyərini tam ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 113 ədəd elektron qaimə-fakturada qeyd olunan xidmətlərin göstərilməsinin əsaslığını sübut edən digər sənədlər (gömrük sənədləri, daşıma sənədləri, ödəniş qəbzləri və s.) məhkəməyə təqdim olunsa da, cavabdeh tərəfindən düzəlişə qaytarılmış xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 12078199 nömrəli, xx.xx.2025-ci il tarixli MT2505 seriyalı 12502354 nömrəli və xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 10485728 nömrəli elektron qaimə-fakturalarda müvafiq olaraq qeyd edilən 153 manat, 188,89 manat və 2635 manat dəyərində xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin xidmətlərin dəyəri cavabdehdən tələb edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “169961,97 manat məbləğində əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 165378,34 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir (781829,65 manat – 613474,42 manat – 153 manat – 188,89 manat - 2635 manat = 165378,34 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 739,59 manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 739,59 manat məbləğində dəbbə pulu tutulmalıdır. Bundan əlavə, iddiaçı iddia tələbində “hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1500 məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 1500 manat ödənilməsini təsdiq edən 17 oktyabr 2025-ci il tarixli ödəniş qəbzini təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımla əlaqədar ödənilmiş 1500 məbləğində pulun tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan həmin məbləğdə pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 1000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “460,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 456,12 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 165378,34 (yüz altmış beş min üç yüz yetmiş səkkiz manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 739,59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləğində cərimə, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqı və 456,12 (dörd yüz əlli altı manat on iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 167574,05 (yüz altmış yeddi min beş yetmiş dörd manat beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 165378,34 (yüz altmış beş min üç yüz yetmiş səkkiz manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 739,59 (yeddi yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləğində cərimə, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqı və 456,12 (dörd yüz əlli altı manat on iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 167574,05 (yüz altmış yeddi min beş yetmiş dörd manat beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar