Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2170/2025 16.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2357,74 (iki min üç yüz əlli yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 554,68 (beş yüz əlli dörd manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu, 447,45 (dörd yüz qırx yeddi manat qırx beş qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 3359,87 (üç min üç yüz əlli doqquz manat səksən yeddi qəpik) manat məbləğində borcun, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının və 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti 06 fevral 2026-cı il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada 2357,74 (iki min üç yüz əlli yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas borcun, 200 (iki yüz) manat məbləğində faiz borcunun, 447,45 (dörd yüz qırx yeddi manat qırx beş qəpik) manat məbləğində dəbbə pulunun, 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının və 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti 16 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılması haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 20 oktyabr 2025-ci il, saat 10:20:17; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilsin. İddiaçı “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 20 oktyabr 2025-ci il, saat 10:20:17; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2170/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2170/2025
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver