Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2210/2024 18.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı tərəfindən cavabdeh X1 San. Dış. Tic. LTD. ŞTİ-yə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 San. Dış. Tic. LTD. ŞTİ-yə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 San. Dış. Tic. LTD. ŞTİ-dən 82.*** ABŞ dolları məbləğində borcun tutularaq İddiaçınə ödənilməsinə dair köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh X1 San. Dış. Tic. LTD. ŞTİ-nin hüquqi ünvanı Türkiyə Respublikasının ərazisində yerləşir. Məhkəmə qeyd edir ki, hazırki mühabisə xarici elementli (sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki və hüquqi şəxslərin iştirak etdikləri) kommersiya mübahisəsi olduğundan həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının nəzərə alınması maddi və prosessual hüquqi məsələlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2*23-cü il tarixli 16/2*23 nömrəli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının 2.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş hazırki sübutlarla iddianın icrasının tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməli olmasının müəyyən edilməsi mümkün deyildir. Həmçinin, iş materiallarında görünür ki, İddiaçı ilə cavabdeh X1 San. Dış. Tic. LTD. ŞTİ arasında 23 noyabr 2*18-ci il tarixli 3 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilədə tərəflər arasında baş verə biləcək konkret mübahisə ilə bağlı ərazi aidiyyəti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2*23-cü il tarixli 16/2*23 nömrəli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının 3.1-ci bəndinə əsasən, beynəlxalq səlahiyyətlə əlaqədar prosessual məsələlərin həllinə iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsindən etibarən diqqət yetirilməlidir. İddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsınə müraciət hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən, Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı iddiaçı müvafiq xarici ölkənin məhkəməsinə müraciət edə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd və həmin sənədin cavabdehə göndərilməsi barədə qəbz iş materiallarına əlavə edilsə də, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Bununla yanaşı, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən cavabdeh X1 San. Dış. Tic. LTD. ŞTİ-yə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-2210/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2210/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver