Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2314/2025 02.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 24 yanvar 2023-cü il tarixli S276/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 1880,68 (min səkkiz yüz səksən manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 188,07 (yüz səksən səkkiz manat yeddi qəpik) manat məbləğində dəbbə pulu və 41 (qırx bir) manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 1233,82 (min iki yüz otuz üç manat səksən iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2023-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında S276/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı İddiaçı MMC bu müqavilədə nəzərdə tutulmuş malları alıcı Cavabdeh sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı tərəfindən çatdırılması hallarında təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1880,68 (min səkkiz yüz səksən manat altmış səkkiz qəpik) manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci bəndinin 1-ci yarımbəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə peniya hesablayır. Hesabatlar müqavilənin 4.2-ci bəndində göstərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 1880,68 (min səkkiz yüz səksən manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir.
3. 27 noyabr 2025-ci il tarixdə iddiaçı "X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə düzəliş təqdim edərək 24 yanvar 2023-cü il tarixli S276/23 nömrəli alqısatqı müqaviləsi üzrə 1880,68 (min səkkiz yüz səksən manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 188,07 (yüz səksən səkkiz manat yeddi qəpik) manat məbləğində dəbbə pulu və 41 (qırx bir) manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 2109,75 (iki min yüz doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. 24 noyabr 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh malların təhvil verildiyi obyektin “Xan” market olduğunu, bundan başqa bir neçə obyektinin də olduğunu və malları həmin obyektlərə nəzarət edən şəxslərin təhvil aldığını qeyd etmişdir. Cavabdeh “Xan” market adlı obyektə təhvil verilən mallar üzrə ödəniş edildiyini, bəzi malların isə iddiaçıya geri qaytarıldığını, lakin bu barədə onlara heç bir sənəd verilmədiyini qeyd etmişdir. Həmçinin o, izahatında bildirmişdir ki, tərəflər arasında cavabdehin iddiaçıya heç bir borcunun olmaması barədə akt tərtib edilərək qol çəkilmişdir və həmin sənəd qarşı tərəfdədir.
5. 24 noyabr 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında cavabdehin 23 may 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına borcunun olmaması barədə qeyd yazaraq imza çəkdiyini bildirmiş və həmin üzləşmə aktını məhkəməyə təqdim etmişdir.
6. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə2 iddia ərizəsinin və iddia ərizəsinə düzəliş barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddiaçıya borcunun olmadığını və alınan malların dəyərinin ödənildiyini bildirmişdir.
8. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə düzəliş barədə ərizəni, şahid ifadələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
9. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 24 yanvar 2023-cü il tarixli S276/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı MMC bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya - Cavabdeh sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
10. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların miqdarı, çeşidi, qiyməti və dəyəri ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrdə əks olunur.
11. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən mallar satıcı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski alıcının üzərinə düşür.
12. İş materiallarından görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən Cavabdeh (“Xan” market) (VÖEN: **********) ƏDV daxil 2932,68 (iki min doqquz yüz otuz iki manat altmış səkkiz qəpik) manat məbləğində malın təhvil verilməsi ilə bağlı elektron qaiməfakturalar təqdim olunmuşdur.
13. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh (“Xan” market) ƏDV daxil 2996,51 (iki min doqquz doxsan altı manat əlli qəpik) manat məbləğində malın təhvil verilməsi ilə bağlı qaimə-fakturalar təqdim olunmuşdur.
14. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh (“Xan” market) tərəfindən İddiaçı hesabına müxtəlif vaxtlarda olmaqla, cəmi 911 (doqquz yüz on bir) manat məbləğində ödəniş edilmişdir.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh İddiaçınə 1880,68 manat məbləğində borcunun olması barədə 23 may 2024-cü il tarixli 211 nömrəli qarşılıqlı üzləşmə aktı tərtib edilmiş, lakin cavabdeh həmin aktı imzalamaqdan imtina etmiş, aktda iddiaçı şirkətə heç bir borcunun olmadığı, ödənişin geri qalan hissəsini təmsilçi Mətləbə ödədiyi barədə müvafiq qeyd aparmışdır.
16. İş materiallarında olan 24 oktyabr 2025-ci il tarixli 167/25 nömrəli maliyə arayışında qeyd olunmuşdur ki, 24 oktyabr 2025-ci il tarixinə Cavabdeh “Xan Market” iaşə obyekti üzrə "X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1880,68 (min səkkiz yüz səksən manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 188,07 (yüz səksən səkkiz manat yeddi qəpik) manat məbləğində dəbbə pulu olmaqla, 2068,75 (iki min altmış səkkiz manat yetmiş beş qəpik) manat məbləğində borcu mövcuddur.
17. Cavabdeh vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, cavabdehin İddiaçı MMC-yə təqribən 2000 manat məbləğində borcu olmuş, lakin malların bir hissəsinin geri qaytarılmış və qalan məbləğ isə satış təmsilçisi Şahid1 ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya borcu yoxdur. İddiaçı şirkətdən 2 nəfər audit gəlmiş və borcun olmaması barədə təhvil-təslim aktına qol çəkilmişdir. Həmin təhvil-təslim cavabdehdə yoxdur, amma qarşı tərəfdə var. Əvvəlki məhkəmə iclasından sonra Şahid1 ilə əlaqə saxlanılmış, Şahid1 Cavabdeh iddiaçı şirkətə borcunun qalmadığını qeyd etmişdir.
18. Cavabdeh vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ifadəsində İddiaçı MMC-də 2023-cü ilin aprel ayından 2023-cü ilin noyabr ayına qədər satış təmsilçisi vəzifəsində işlədiyini, həmin müddət ərzində Cavabdeh mal vermədiyini, lakin şirkətin nümayəndəsi olaraq ondan ödənişləri aldığını qeyd etmişdir. Şahid1 bildirmişdir ki, Cavabdeh ona ödəniş etmiş və o, edilən ödənişləri şirkətə vermişdir. 2023cü ilin oktyabr ayından Cavabdeh şirkətə borcu olmamışdır. Nümayəndə2 bu hadisələrin heç birində iştirak etməmişdir. Malların satışı rəsmi formada olsa da, ödənişlər qeyri-rəsmi formada alınmışdır. Cavabdehə verilən mallardan az miqdarda mal geri qaytarılmışdır və Şahid1 həmin malları şirkətə təhvil vermişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında spirtli içkilərin satışına dair 24 yanvar 2023-cü il tarixli alqısatqı müqaviləsi bağlandığını, həmin müqavilə üzrə nəzərdə tutulmuş malların iddiaçı tərəfindən cavabdehə təhvil verildiyini bildirərək cavabdeh tərəfindən müqavilə ilə müəyyən edilmiş öhdəlikərin tam şəkildə yerinə yetirilmədiyini və cavabdehin 1880,68 (min səkkiz yüz səksən manat altmış səkkiz qəpik) manat məbləğində ödənilməmiş borcu qaldığını qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı MMC-yə borcunun olmadağı müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh İddiaçınə 1880,68 manat məbləğində borcunun olması barədə 23 may 2024-cü il tarixli 211 nömrəli qarşılıqlı üzləşmə aktı tərtib edilmiş, lakin cavabdeh həmin aktı imzalamaqdan imtina etmiş, aktda iddiaçı şirkətə heç bir borcunun olmadığı, ödənişin geri qalan hissəsini satış təmsilçisi Mətləbə ödədiyi barədə müvafiq qeyd aparmışdır. Məhkəmə iclasında şahid kimi dindirilən İddiaçı satış təmsilçisi vəzifəsində işləmiş Şahid1 ifadəsində bildirmişdir ki, işlədiyi dövrdə ödənişlər qeyri-rəsmi formada aparıldığından cavabdeh ödənişi ona etmiş, o da həmin məbləğləri iddiaçı şirkətə ödəmiş və cavabdehin 2023-cü ilin oktyabr ayından İddiaçınə borcu qalmamışdır. Məhkəmədə dindirilən digər şahidin ifadəsində də, Cavabdeh İddiaçınə borcunun olması öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin edilməməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası təmin olunmasın. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İslam Əliyev