Məhkəmə qərarları › İş №e-2-2(119)-2364/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-2364/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2364/2025 19.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 928,21 (doqquz yüz iyirmi səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 958,21 (doqquz yüz əlli səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında məhsulların alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən iddiaçıdan müxtəlif mallar alınsa da, həmin malların dəyərinin 928,21 manat olan hissəsi üzrə ödəniş həyata keçirilməmişdir. Ödənişin həyata keçirilməsi üçün cavabdehə 19 mart 2024-cü il tarixli 435493 nömrəli, 19 mart 2024-cü il tarixli 501698 nömrəli, 19 mart 2024-cü il tarixli 516368 nömrəli və 19 mart 2024-cü il tarixli 532467 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir.Göstərilən məbləğdə malların cavabdeh tərəfindən qəbul edilməsini malların təhvil-qəbul aktları da təsdiq edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi cari tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini qeyd etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2026-cı il tarixli e-2-2(119)- 2364/2025 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin və iş materiallarına əlavə edilmiş 04 fevral 2026-cı il tarixli maliyyə arayışının məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarından görünür ki, 19 noyabr 2023-cü il tarixli EBDT seriyalı 040280 nömrəli elektron qaimə-faktura üzrə 662,31 manat məbləğində, 22 noyabr 2023-cü il tarixli EBDT seriyalı 294527 nömrəli elektron qaimə-faktura üzrə 26,73 manat məbləğində, 23 noyabr 2023-cü il tarixli EBDT seriyalı 367170 nömrəli elektron qaimə-faktura üzrə 77,75 manat məbləğində, 28 noyabr 2023-cü il tarixli EBDT seriyalı 786703 nömrəli elektron qaimə-faktura üzrə 54,19 manat məbləğində, 28 noyabr 2023-cü il tarixli EBDT seriyalı 836314 nömrəli elektron qaimə-faktura üzrə 21,66 manat məbləğində, 04 dekabr 2023-cü il tarixli EBDU seriyalı 188533 nömrəli elektron qaimə-faktura üzrə 69,93 manat məbləğində, 15 dekabr 2023-cü il tarixli EBDV seriyalı 190471 nömrəli elektron qaiməfaktura üzrə 210,34 manat məbləğində, 26 dekabr 2023-cü il tarixli EBDV seriyalı 972538 nömrəli elektron qaimə-faktura üzrə 517,58 manat məbləğində, 26 dekabr 2023-cü il tarixli EBDV seriyalı 972540 nömrəli elektron qaimə-faktura üzrə 354,43 manat məbləğində, 26 dekabr 2023-cü il tarixli EBDV seriyalı 972546 nömrəli elektron qaimə-faktura üzrə 1052,76 manat məbləğində, 26 dekabr 2023-cü il tarixli EBDV seriyalı 972547 nömrəli elektron qaimə-faktura üzrə 705,86 manat məbləğində, 26 dekabr 2023-cü il tarixli EBDV seriyalı 972548 nömrəli elektron qaimə-faktura üzrə 753,24 manat məbləğində, 28 dekabr 2023-cü il tarixli EBDW seriyalı 248105 nömrəli elektron qaimə-faktura üzrə 1466,62 manat məbləğində, 09 yanvar 2024-cü il tarixli EBDW seriyalı 687033 nömrəli elektron qaimə-faktura üzrə 316,78 manat məbləğində, 17 yanvar 2024-cü il tarixli EBDX seriyalı 135904 nömrəli elektron qaimə-faktura üzrə 44,16 manat məbləğində, 17 yanvar 2024-cü il tarixli EBDX seriyalı 135917 nömrəli elektron qaimə-faktura üzrə 13,51 manat məbləğində, 19 mart 2024-cü il tarixli EBDX seriyalı 435493 nömrəli elektron qaiməfaktura üzrə 38,3 manat məbləğində, 19 mart 2024-cü il tarixli EBDX seriyalı 501698 nömrəli elektron qaimə-faktura üzrə 351,72 manat məbləğində, 19 mart 2024-cü il tarixli EBDX seriyalı 516368 nömrəli elektron qaimə-faktura üzrə 530,68 manat məbləğində və 19 mart 2024-cü il tarixli EBDX seriyalı 532467 nömrəli elektron qaimə-faktura üzrə 42,88 manat məbləğində olmaqla, cəmi 7311,43 (xx.xx.2026-cı il tarixli maliyyə arayışında bu məbləğ 7311,51 manat məbləğində qeyd edilmişdir) manat məbləğində dəyəri olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 07 yanvar 2024-cü il tarixdə 296,61 manat, 11 yanvar 2024-cü il tarixdə 169,49 manat, 16 yanvar 2024-cü il tarixdə 473,73 manat, 23 yanvar 2024-cü il tarixdə 254,24 manat, 05 fevral 2024-cü il tarixdə 2 dəfə olmaqla 169,49 manat, 12 fevral 2024-cü il tarixdə 169,49 manat, 19 fevral 2024-cü il tarixdə 84,75 manat məbləğində olmaqla, cəmi 1787,29 (xx.xx.2026-cı il tarixli maliyyə arayışında bu məbləğ 2109,01 manat məbləğində qeyd edilmişdir) manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 04 fevral 2026-cı il tarixli maliyyə arayışının məzmunundan görünür ki, cavabdehin 18 noyabr 2023-cü il tarixinə 14,74 manat ödəniş qalığı qalmışdır. Həmin tarixdən sonra müqaviləyə əsasən tərəflər arasında alqı-satqı əməliyyatları davam etdirilmiş və cavabdehin sifarişinə əsasən ona cəmi 7311,51 manat məbləğində müxtəlif mallar təqdim edilmişdir. Həmin mallar üzrə ödənişin həyata keçirilməsi üçün elektron qaimə-fakturalar göndərilmiş və cavabdeh tərəfindən iddiaçının bank hesabına ƏDV daxil olmaqla, ümumilikdə 2109,01 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Eyni zamanda, cavabdehin anbarından iddiaçı tərəfindən təqdim edilmiş mallar elektron qaiməfakturalarda təqdim edildiyi qiymətlər üzrə geri götürülmüş və bu malların dəyəri ƏDV daxil 4259,55 manat məbləğində təşkil etmişdir. Cavabdehin iddiaçıya 928,21 manat məbləğində borcu qalmışdır. İş materiallarına, həmçinin təhvil-təslim aktları, iadə satış sifarişi sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 928,21 manat məbləğində borcu yaranmışdır. Belə ki, qətnamənin “İş materialları” hissəsində istinad edilən 20 ədəd elektron qaimə-faktura üzrə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 7311,43 manat məbləğində olan mallar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışının məzmununda cavabdehin 14,74 manat məbləğində ödəniş qalığının mövcud olduğu, eyni zamanda ümumi dəyəri 4259,55 manat məbləğində olan malların cavabdehdən geri götürüldüyü qeyd edilmişdir. İddiaçının "xxxx" ASC-də olan hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 07 yanvar 2024-cü il tarixdə 296,61 manat, 11 yanvar 2024-cü il tarixdə 169,49 manat, 16 yanvar 2024-cü il tarixdə 473,73 manat, 23 yanvar 2024-cü il tarixdə 254,24 manat, 05 fevral 2024-cü il tarixdə 2 dəfə olmaqla 169,49 manat, 12 fevral 2024-cü il tarixdə 169,49 manat, 19 fevral 2024-cü il tarixdə 84,75 manat məbləğində olmaqla, cəmi 1787,29 manat məbləğində ödəniş həyata keçirilmişdir (yuxarıda istinad edilən 04 fevral 2026-cı il tarixli maliyyə arayışının məzmununda cavabdeh tərəfindən ƏDV daxil 2109,01 manat məbləğində ödəniş həyata keçirildiyi qeyd edilmişdir). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehdən 928,13 manat məbləğində borcun (7311,43 - (14,74+4259,55+2109,01)=7311,43-6383,3=928,13) cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iş materiallarında olan 05 noyabr 2025-ci il tarixli **********17 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 928,13 manat məbləğində bоrc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 958,13 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 241-244, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 928,21 (doqquz yüz iyirmi səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 958,21 (doqquz yüz əlli səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar