Məhkəmə qərarları › İş №e-2-2(119)-2459/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2459/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2459/2025 15.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli müqavilə üzrə 233 (iki yüz otuz üç) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 243 (iki yüz qırx üç) manat; 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli müqavilə üzrə 1321 (min üç yüz iyirmi bir) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 1421 (min dörd yüz iyirmi bir) manat; 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli müqavilə üzrə 1144 (min yüz qırx dörd) manat məbləğində əsas borc, 80 (səksən) manat məbləğində cərimə olmaqla, cəmi 1224 (min iki yüz iyirmi dörd) manat; 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli müqavilə üzrə 1038 (min otuz səkkiz) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 1088 (min səksən səkkiz) manat; 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli müqavilə üzrə 1351 (min üç yüz əlli bir) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 1451 (min dörd yüz əlli bir) manat; 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli müqavilə üzrə 1236 (min iki yüz otuz altı) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 1336 (min üç yüz otuz altı) manat; 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli müqavilə üzrə 1412 (min dörd yüz on iki) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 1512 (min beş yüz on iki) manat məbləğində olmaqla, ümumilikdə 8275 (səkkiz min iki yüz yetmiş beş) manat məbləğində borcun, 2,1 (iki manat, on qəpik) manat məbləğində poçt xərcinin və 103,57 (yüz üç manat, əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 3180 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd “Apple 12 pro Max 128GB” modelli məhsul 6 ay müddətinə, hər ay 530 manat ödənilməsi şərtilə cavabdehə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа etməmişdir və 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 233 manat təşkil edir. Bundan başqa, tərəflər arasında bağlanmış 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 5101 manat dəyərində, ilkin ödənişsiz, 5 ədəd “Xiaomi” modelli və 8 ədəd “Samsung” modelli məhsullar 6 ay müddətinə, hər ay 850,17 manat ödənilməsi şərtilə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməmişdir və hazırda 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1321 manat təşkil edir. Bundan əlavə, tərəflər arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 3074 manat dəyərində, ilkin ödənişsiz, 4 ədəd “Xiaomi” modelli və 5 ədəd “Samsung” modelli məhsullar 6 ay müddətinə, hər ay 512,33 manat ödənilməsi şərtilə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməmişdir və hazırda 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1144 manat təşkil edir. Bundan başqa, tərəflər arasında bağlanmış 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 2218 manat dəyərində, ilkin ödənişsiz, 5 ədəd “Nokia” modelli, 3 ədəd “Xiaomi” modelli və 3 ədəd “Samsung” modelli məhsullar 6 ay müddətinə, hər ay 369,67 manat ödənilməsi şərtilə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməmişdir və hazırda 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1038 manat təşkil edir. Bundan başqa, tərəflər arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 2581 manat dəyərində, ilkin ödənişsiz, 2 ədəd “Nokia” modelli və 7 ədəd “Samsung” modelli məhsullar 6 ay müddətinə, hər ay 430,17 manat ödənilməsi şərtilə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməmişdir və hazırda 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1351 manat təşkil edir. Bundan əlavə, tərəflər arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 2416 manat dəyərində, ilkin ödənişsiz, 3 ədəd “Samsung” və 3 ədəd “Xiaomi” modelli məhsullar 6 ay müddətinə, hər ay 402,67 manat ödənilməsi şərtilə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməmişdir və hazırda 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1236 manat təşkil edir. Bundan başqa, tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli nisyə satış müqaviləsinə əsasən 2592 manat dəyərində, ilkin ödənişsiz, 1 ədəd “Apple 11 128GB”, 1 ədəd “Samsung A32 64GB22” və 1 ədəd “Samsung A03 care 32GB” məhsulları 6 ay müddətinə, hər ay 432 manat ödənilməsi şərtilə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə cavabdeh tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməmişdir və hazırda 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1412 manat təşkil edir. Qeyd edilən nisyə satış müqavilələrinin 2.4.4-cü bəndlərinə müvafiq olaraq, alıcı (cavabdeh) razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1 faiz cərimə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Hər bir müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq, iddiaçı tərəfindən ağlabatan məbləğ müəyyən edilmişdir. Hazırda, cavabdehdən sadalanan müqavilələr üzrə qalıq əsas borcun 5-10 faizi nisbətində cərimə məbləğləri tələb edilir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli nisyə satış müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı) alıcıya (Cavabdeh) siyahısı təhvil-təslim aktında (Əlavə 3) göstərilən mal(lar)ı (“Apple” markalı “12 pro Max 128GB gold” modelli məhsulu) satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əsasən dəyəri 3180 manat olan məhsulu (telefonu və s.) alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1 faiz cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. İş materiallarında olan həmin müqaviləyə 2 nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcu üçün son ödəniş tarixi 14 avqust 2021-ci il olmaqla müvafiq aylar üzrə aylıq 530 manat məbləğində ödəniş həyata keçirilməsi və müəyyən olunmuş vaxtlarda ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli nisyə satış müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı) alıcıya (Cavabdeh) siyahısı təhvil-təslim aktında (Əlavə 3) göstərilən mal(lar)ı (5 ədəd “Xiaomi” markalı və 8 ədəd “Samsung” markalı məhsulları) satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əsasən dəyəri 5101 manat olan məhsulu (telefonu və s.) alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1 faiz cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. İş materiallarında olan həmin müqaviləyə 2 nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcu üçün son ödəniş tarixi 29 avqust 2021-ci il olmaqla müvafiq aylar üzrə aylıq 850,17 manat məbləğində ödəniş həyata keçirilməsi və müəyyən olunmuş vaxtlarda ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli nisyə satış müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı) alıcıya (Cavabdeh) siyahısı təhvil-təslim aktında (Əlavə 3) göstərilən mal(lar)ı (4 ədəd “Xiaomi” markalı və 5 ədəd “Samsung” markalı məhsulları) satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əsasən dəyəri 3074 manat olan məhsulu (telefonu və s.) alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1 faiz cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. İş materiallarında olan həmin müqaviləyə 2 nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcu üçün son ödəniş tarixi 29 aprel 2022-ci il olmaqla müvafiq aylar üzrə aylıq 512,33 manat məbləğində ödəniş həyata keçirilməsi və müəyyən olunmuş vaxtlarda ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli nisyə satış müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı) alıcıya (Cavabdeh) siyahısı təhvil-təslim aktında (Əlavə 3) göstərilən mal(lar)ı (5 ədəd “Nokia” markalı, 3 ədəd “Xiaomi” markalı və 3 ədəd “Samsung” markalı məhsulları) satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əsasən dəyəri 2218 manat olan məhsulu (telefonu və s.) alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1 faiz cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. İş materiallarında olan həmin müqaviləyə 2 nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcu üçün son ödəniş tarixi 14 may 2022-ci il olmaqla müvafiq aylar üzrə aylıq 369,67 manat məbləğində ödəniş həyata keçirilməsi və müəyyən olunmuş vaxtlarda ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli nisyə satış müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı) alıcıya (Cavabdeh) siyahısı təhvil-təslim aktında (Əlavə 3) göstərilən mal(lar)ı (2 ədəd “Nokia” markalı və 7 ədəd “Samsung” markalı məhsulları) satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əsasən dəyəri 2581 manat olan məhsulu (telefonu və s.) alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1 faiz cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. İş materiallarında olan həmin müqaviləyə 2 nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcu üçün son ödəniş tarixi 29 may 2022-ci il olmaqla müvafiq aylar üzrə aylıq 430,17 manat məbləğində ödəniş həyata keçirilməsi və müəyyən olunmuş vaxtlarda ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli nisyə satış müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı) alıcıya (Cavabdeh) siyahısı təhvil-təslim aktında (Əlavə 3) göstərilən mal(lar)ı (3 ədəd “Samsung” markalı və 4 ədəd “Xiaomi” markalı məhsulları) satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əsasən dəyəri 2416 manat olan məhsulu (telefonu və s.) alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1 faiz cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. İş materiallarında olan həmin müqaviləyə 2 nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcu üçün son ödəniş tarixi 14 iyun 2022-ci il olmaqla müvafiq aylar üzrə aylıq 402,67 manat məbləğində ödəniş həyata keçirilməsi və müəyyən olunmuş vaxtlarda ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli nisyə satış müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı) alıcıya (Cavabdeh) siyahısı təhvil-təslim aktında (Əlavə 3) göstərilən mal(lar)ı (1 ədəd “Apple” markalı və 2 ədəd “Samsung” markalı məhsulları) satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əsasən dəyəri 2592 manat olan məhsulu (telefonu və s.) alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 2) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Əlavə 2-dəki ödəniş cədvəlinə uyğun ödəniş olmadıqda gecikdirilmiş məbləğə günlük 1 faiz cərimə hesablanacaqdır. Müqavilə öhdəliyi bitənə qədər inflyasiya olduğu halda müqavilə qiyməti uyğun şəkildə dəyişdiriləcəkdir. İş materiallarında olan həmin müqaviləyə 2 nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcu üçün son ödəniş tarixi 29 iyun 2022-ci il olmaqla müvafiq aylar üzrə aylıq 432 manat məbləğində ödəniş həyata keçirilməsi və müəyyən olunmuş vaxtlarda ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Həmin müqavilələrin 2.1.1-ci yarımbəndlərinə əsasən, müqavilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilələrin 2.4.4-cü yarımbəndlərinə əsasən, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 1 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Satıcı alıcının borcunu vaxtında ödəmədiyi halda məhkəməyə müraciət edə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış 29 dekabr 2024-cü il tarixli nisyə satış müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında razılaşmanın 1-ci bəndinə əsasən, borclu Cavabdeh öhdəsinə götürür ki, 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli müqavilə üzrə 433 manat məbləğində əsas borcu, 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli müqavilə üzrə 1321 manat məbləğində əsas borcu, 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli müqavilə üzrə 1144 manat məbləğində əsas borcu, 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli müqavilə üzrə 1038 manat məbləğində əsas borcu, 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli müqavilə üzrə 1351 manat məbləğində əsas borcu, 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli müqavilə üzrə 1236 (min iki yüz otuz altı) manat məbləğində əsas borcu, 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli müqavilə üzrə 1412 manat məbləğində əsas borcu, 27 yanvar 2022ci il tarixli C9790022/22 nömrəli müqavilə üzrə 1313 manat məbləğində əsas borcu, 09 fevral 2022-ci il tarixli C9790032/22 nömrəli müqavilə üzrə 1302 manat məbləğində əsas borcu (ümumilikdə 10550 manat) tam ödəyəcəkdir. Həmin razılaşmanın 2-ci bəndinə əsasən, borclu Cavabdeh öhdəsinə götürür ki, bu razılaşmanın 1-ci bəndinə göstərilən nisyə satış müqavilələri üzrə cəmi 10550 manat əsas borcu 42 ay müddətində hər ayın 25-də 250 manat məbləğində ödəyərək bağlayacaqdir. Həmin razılaşmanın 6-cı bəndinə əsasən, tərəflər bəyan edirlər ki, bu razılaşmanın 1 və 2-ci bəndlərinə riayət olunmadığı və öhdəliklər tam icra olunmadığı halda 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli, 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli, 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli, 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli, 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli, 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli, 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli, 27 yanvar 2022-ci il tarixli C9790022/22 nömrəli və 09 fevral 2022-ci il tarixli C9790032/22 nömrəli nisyə satış müqavilələrinin müddəti uzadılmış hesab olunacaqdır. Həmin razılaşmanın 7-ci bəndinə əsasən, bu razılaşma üzrə Cavabdeh öhdəliyi vaxtında (30gün) və lazımı qaydada icra etmədiyi halda məhkəmə qaydasında məbləğin tutulmasına etiraz etməyəcəkdir. İş materiallarında olan 30 oktyabr 2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli müqavilə üzrə 233 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə olmaqla, cəmi 243 manat; 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli müqavilə üzrə 1321 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə olmaqla, cəmi 1421 manat; 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli müqavilə üzrə 1144 manat məbləğində əsas borc, 80 manat məbləğində cərimə olmaqla, cəmi 1224 manat; 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli müqavilə üzrə 1038 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə olmaqla, cəmi 1088 manat; 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli müqavilə üzrə 1351 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə olmaqla, cəmi 1451 manat; 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli müqavilə üzrə 1236 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə olmaqla, cəmi 1336 manat; 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli müqavilə üzrə 1412 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə olmaqla, cəmi 1512 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli, 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli, 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli, 30 oktyabr 2021ci il tarixli C9790252/21 nömrəli, 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli, 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli və 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli nisyə satış müqavilələri bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilələrin predmeti olan malları iddiaçıya təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli müqavilə üzrə 233 manat, 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli müqavilə üzrə 1321 manat, 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli müqavilə üzrə 1144 manat, 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli müqavilə üzrə 1038 manat, 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli müqavilə üzrə 1351 manat, 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli müqavilə üzrə 1236 manat və 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli müqavilə üzrə 1412 manat məbləğində əsas borc məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia tələbinin cavabdehdən sözügedən müqavilələr üzrə cərimə məbləğlərinin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilələrin 2.4.4-cü yarımbəndləri) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimələrin əsas borc məbləğlərinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və cavabdehin əsas borc məbləğlərini tamamilə ödədiyi nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimələrin məbləği azaldılaraq cavabdehdən 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli müqavilə üzrə 10 manat, 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli müqavilə üzrə 67 manat, 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli müqavilə üzrə 58 manat, 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli müqavilə üzrə 52 manat, 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli müqavilə üzrə 68 manat, 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli müqavilə üzrə 62 manat və 28 dekabr 2021ci il tarixli C9790283/21 nömrəli müqavilə üzrə 71 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, 2,1 manat məbləğində poçt xərcinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən məbləğdə ödəniş həyata keçirildiyini təsdiq edən hər hansısa sənəd və ya ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin həmin hissədə əsaslılığı iş materialları ilə sübut olunmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 102,75 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 21 noyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 102,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 101,23 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli müqavilə üzrə 233 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə, 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli müqavilə üzrə 1321 manat məbləğində əsas borc, 67 manat məbləğində cərimə, 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli müqavilə üzrə 1144 manat məbləğində əsas borc, 58 manat məbləğində cərimə, 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli müqavilə üzrə 1038 manat məbləğində əsas borc, 52 manat məbləğində cərimə, 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli müqavilə üzrə 1351 manat məbləğində əsas borc, 68 manat məbləğində cərimə, 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli müqavilə üzrə 1236 manat məbləğində əsas borc, 62 manat məbləğində cərimə, 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli müqavilə üzrə 1412 manat məbləğində əsas borc, 71 manat məbləğində cərimə və 101,23 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8224,23 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2021-ci il tarixli C9790031/21 nömrəli müqavilə üzrə 233 (iki yüz otuz üç) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə, 23 mart 2021-ci il tarixli C9790085/21 nömrəli müqavilə üzrə 1321 (min üç yüz iyirmi bir) manat məbləğində əsas borc, 67 (altmış yeddi) manat məbləğində cərimə, 18 oktyabr 2021-ci il tarixli C9790238/21 nömrəli müqavilə üzrə 1144 (min yüz qırx dörd) manat məbləğində əsas borc, 58 (əlli səkkiz) manat məbləğində cərimə, 30 oktyabr 2021-ci il tarixli C9790252/21 nömrəli müqavilə üzrə 1038 (min otuz səkkiz) manat məbləğində əsas borc, 52 (əlli iki) manat məbləğində cərimə, 14 dekabr 2021-ci il tarixli C9790273/21 nömrəli müqavilə üzrə 1351 (min üç yüz əlli bir) manat məbləğində əsas borc, 68 (altmış səkkiz) manat məbləğində cərimə, 14 dekabr 2021-ci il tarixli C9790274/21 nömrəli müqavilə üzrə 1236 (min iki yüz otuz altı) manat məbləğində əsas borc, 62 (altmış iki) manat məbləğində cərimə, 28 dekabr 2021-ci il tarixli C9790283/21 nömrəli müqavilə üzrə 1412 (min dörd yüz on iki) manat məbləğində əsas borc, 71 (yetmiş bir) manat məbləğində cərimə və 101,23 (yüz bir manat, iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8224,23 (səkkiz min iki yüz iyirmi dörd manat, iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar