Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-249/2023 11.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Məmmədtağı oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 31 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 887728,99 manat məbləğində əsas borcun və ödənilmiş 1178 manat (400 manat mediasiya xərci + 778 manat dövlət rüsumu) məbləğində dövlət rüsumunun alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, 10 dekabr 2002-ci ildə dövlət qeydiyyatına alınmış iddiaçı "xxxx" MMC tikinti mallarının istehsalı və alğı-satqısı ilə məşğuldur. Satıcı "xxxx" MMC ilə alıcı "xxxx" MMC arasında müxtəlif çeşiddə metal mallarının alqı-satqısına dair 04 oktyabr 2020-ci il tarixli UMA- 04/10/20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə təhvil verilmiş mallara görə alıcı "xxxx" MMC-nin 16 yanvar 2023-cü il tarixə satıcı "xxxx" MMC-yə 887728,99 manat məbləğində borcu yaranmışdır. Bu borcun ödənilməsi üçün cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəfələrlə şifahi müraciət olunmuş, rəsmi pretenziya məktubu təqdim edilmiş və müvafiq qaydada mediasiya prosesi təşkil edilmişdir. Lakin, cavabdeh "xxxx" MMC bu günə kimi tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 887728,99 manat məbləğində əsas borcun, mediasiya sessiayasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin və iddia ərizəsi verilərkən ödənilmiş 778 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. 14 mart 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qəbul etdiyini bildirsə də, 11 aprel 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, Cavabdeh nümayəndəsi və yaxud, qanuni təmsilçisi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 04 oktyabr 2020-ci il tarixli UMA-04/10/20 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, “Satıcı” “Alıcı’ya müxtəlif çeşiddə metal mal (bundan sonra “Mal”) satır. “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı’ya ödəyir (1-ci bənd). Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərinin 100 % həcmində ödənişi sifariş təsdiq edildikdən və “Satıcı’nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 5 (beş) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. İş materiallarında olan elektron qaimələrlə və eləcə də, 04 oktyabr 2020-ci il tarixli UMA-04/10/20 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış "01 yanvar 2022-ci il – 07 dekabr 2022-ci il dövr üçün “Qarşılıqlı hesablaşma-tutuşdurma" Aktı ilə müəyyən olunur ki, məlum müqavilə üzrə tərəflər arasında olan ümumilikdə 958634,09 (doqquz yüz əlli səkkiz min altı yüz otuz dörd manat 09 qəpik) manat məbləğində alqı-satqı dövriyyəsi üzrə alıcı "xxxx" MMC tərəfindən satıcı İddiaçı MMC-yə 06 aprel 2022-ci ildə 17100 (on yeddi min yüz) manat və 95000 (doxsan beş min) manat məbləğində olmaqla, cəmi 112100 (yüz on iki min yüz) manat məbləğində ödəniş həyata keçirilmiş və bu dövriyyədən Alıcının 846534,09 manat məbləğində borcu qalmışdır (958634,09 – 112100 = 846534,09). Eyni zamanda, əvvəlki alqı-satqı dövriyyəsindən isə alıcı "xxxx" MMC-nin 01 yanvar 2022-ci il tarixinə 41194,9 manat məbləğində qalıq borcu olmuşdur. Ona görə də, alıcı Cavabdeh 07 dekabr 2022-ci il tarixinə satıcı İddiaçınə ümumilikdə cəmi 887728,99 (səkkiz yüz səksən yeddi min yeddi yüz iyirmi səkkiz manat 99 qəpik) manat məbləğində qalıq borcu vardır (846534,09 + 41194,9 = 887728,99). İş materiallarında olan 10 mart 2023-cü il tarixli Maliyyə Arayışında göstərilir ki, 04 oktyabr 2020-ci il tarixli UMA-04/10/20 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən alıcı Cavabdeh 10 mart 2023-cü il tarixinə satıcı İddiaçınə 887728,99 (səkkiz yüz səksən yeddi min yeddi yüz iyirmi səkkiz manat 99 qəpik) manat məbləğində ödənilməmiş əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 04 oktyabr 2020-ci il tarixli UMA-04/10/20 nömrəli Alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə 887728,99 (səkkiz yüz səksən yeddi min yeddi yüz iyirmi səkkiz manat 99 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində “ödənilməmiş 887728,99 (səkkiz yüz səksən yeddi min yeddi yüz iyirmi səkkiz manat 99 qəpik) manat məbləğində əsas borcun Cavabdehndən tutulması” xahiş olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "İddiaçı tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş olsa da, tərəflər arasında hər hansı bir razılıq əldə olunmamışdır). Qeyd etmək lazımdır ki, Cavabdeh tərəfindən 15 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə "iddia tələbinə dair münasibət" barədə ərizə təqdim edilərək, cavabdeh "xxxx" MMC ilə iddiaçı "xxxx" MMC arasında müxtəlif çeşiddə metal mallarının alqı-satqısına dair bağlanmış 04 oktyabr 2020-ci il tarixli UMA-04/10/20 nömrəli müqavilə üzrə 16 yanvar 2023-cü il tarixə yaranmış 887728,99 manat məbləğində borcun cavabdeh "xxxx" MMCnin maliyyə imkanlarına görə ödənilmədiyi bildirilmiş və həmin borcun ödənilməsi üçün möhlət verilməsi xahiş olunmuşdur. Lakin, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, Mülki-Prosessual Qanunvericiliyin tələbləri baxımından məhkəmənin bu mərhələdə borcun ödənilməsinə möhlət verilməsi məsələsinə baxmaq səlahiyyətləri nəzərdə tutulmamışdır və qanunvericiliyin tələbləri baxımından qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi məsələlərinə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 04 oktyabr 2020-ci il tarixli UMA-04/10/20 nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 887728,99 (səkkiz yüz səksən yeddi min yeddi yüz iyirmi səkkiz manat 99 qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Eyni zamanda, iddianın "ödənilmiş 1178 manat məbləğində dövlət rüsumunun tutulması" tələbinə daxil olan “400 manat mediasiya xərcinə” aid hissəsi isə qismən təmin olunaraq, cavabdeh tərəfin ilkin mediasiya sessiaysında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdehndən iddiaçının xeyrinə mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda, 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Dövlət Büdcəsinə ödənilmiş 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsi (ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş olsa da, mediasiya davam etdirilməmiş və mediatora 400 manat məbləğində xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir) də cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 1177,73 (min yüz yetmiş yeddi manat 73 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 399,73 (üç yüz doxsan doqquz manat 73 qəpik) manat (1177,73 – 778 = 399,73) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1) və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 887728,99 manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi və 778 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 887728,99 (səkkiz yüz səksən yeddi min yeddi yüz iyirmi səkkiz manat 99 qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi və 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 888706,99(səkkiz yüz səksən səkkiz min yeddi yüz altı manat 99 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumunun qalığı kimi 399,73 (üç yüz doxsan doqquz manat 73 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-249/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-249/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver