Məhkəmə qərarları › İş №e-2-2(119)-25/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-25/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-25/2020 16.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh “X4. ve San.LTD.ŞTİ”-nə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X4. ve San.LTD.ŞTİ”-nə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2014-cu il tarixli 2 nömrəli, xx xxxxx 2015-ci il tarixli 4 nömrəli, xx xxxxxx 2015-ci il tarixli 10 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 15 nömrəli alqı-satqı müqavilələri üzrə aldığı yarım işlənmiş dəri məhsullarına görə ödəmli olduğu 917755 (doqquz yüz on yeddi min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində qalıq borcun, ödənişi gecikdirdiyinə görə bank uçot dərəcəsinə uyğun illik 5% olmaqla hesablanmış 50000 (əlli min) ABŞ dolları həcmində faizin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh “X4. ve San.LTD.ŞTİ”-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (satıcı) İddiaçı MMC ilə cavabdeh (alıcı) “X4. ve San.LTD.ŞTİ” arasında bağlanılmış xx xxxxxxx 2014-cu il tarixli 2 nömrəli, xx xxxxx 2015-ci il tarixli 4 nömrəli, xx xxxxxx 2015-ci il tarixli 10 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 15 nömrəli alqı-satqı müqavilələrinə görə xx xxxxxx 2015-ci il tarixindən xx xxxxxx 2017-ci il tarixinə kimi ümumi dəyəri ******* (iki milyon on bir min) ABŞ dolları təşkil edən yarım işlənmiş dəri məhsulları iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Tərəflərin qarşılıqlı razılaşmasına görə cavabdeh aldığı malın dəyərini sonuncu alqı-satqı müqaviləsinin müddətinin bitmə tarixinə kimi, yəni xx xxxxxx 2017-ci il tarixinə kimi tam şəkildə ödəməliydi. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq malın dəyərini qismən, yəni müəyyən bir hissəsini ödəsə də, qalıq borcu ödəməmiş və nəticədə cavabdehin 917755 (doqquz yüz on yeddi min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində ödənilməmiş borcu yaranmışdır. Belə ki, cavabdeh xx xxxx 2015ci ildən xx xxxxxx 2016-cı il tarixə kimi iddiaçıya ******* (bir milyon doxsan üç min iki yüz qırx beş) ABŞ dolları məbləğində pul ödəsə də, qalan 917755 (doqquz yüz on yeddi min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində pulu bu günə kimi ödəməmişdir. Qalıq borcun ödənilməsi ilə bağlı iddiaçının çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq, cavabdeh könüllü olaraq öhdəliyini tam icra etməmişdir. İşin fakitiki hallarından görününür ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyini tam icra etmir. Buna görə də, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi və qalıq borcun məcburi qaydada cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, məhkəmə iddia tələbini tam təmin edərək, cavabdehdən qalıq borcun və digər xərclərin tutulmasına dair qətnamə qəbul edəcəkdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Ona görə də, tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdeh aldığı yarım işlənmiş dəri məhsuluna görə ödəməli olduğu 917755 (doqquz yüz on yeddi min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində qalıq borcla yanaşı, ödənişi gecikdirdiyinə görə bank ucot dərəcəsinə uyğun olaraq illik 5% həcmində əlavə faizi kimi hesablanmış 50000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini də ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh “X4. ve San.LTD.ŞTİ”-dən xx xxxxxxx 2014-cu il tarixli 2 nömrəli, xx xxxxx 2015-ci il tarixli 4 nömrəli, xx xxxxxx 2015-ci il tarixli 10 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 15 nömrəli alqı-satqı müqavilələri üzrə yaranmış 917755 ABŞ dolları məbləğində qalıq borc və ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 50000 ABŞ dolları məbləğində pul vəsaiti olmaqla, cəmi 967755 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “X4. ve San.LTD.ŞTİ” məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı “X4. ve San.LTD.ŞTİ” arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 2 nömrəli alqı-satqı müqaviləsinə əsasən cəmi 275000 ABŞ dolları miqdarında 10000 ədəd (125 ton), xx xxxxx 2015-ci il tarixli 4 nömrəli alqı-satqı müqaviləsinə əsasən cəmi 275000 ABŞ dolları miqdarında 10000 ədəd (125 ton), xx xxxxxx 2015-ci il tarixli 10 nömrəli alqı-satqı müqaviləsinə əsasən cəmi 200000 ABŞ dolları miqdarında 10000 ədəd (125 ton) və xx xxxxxx 2016-cı il tarixli 15 nömrəli alqı-satqı müqaviləsinə əsasən cəmi ******* ABŞ dolları miqdarında 44000 ədəd (550 ton) yarım işlənmiş dəri məhsullarının İddiaçı (satıcı) tərəfindən “X4. ve San.LTD.ŞTİ”-nə (alıcı) satılması və həmin satılan yarım işlənmiş dəri məhsullarının pulunun hissə-hissə olmaqla xx xxxxxx 2017-ci ilədək alıcı “X4. ve San.LTD.ŞTİ” tərəfindən satıcı İddiaçınə ödənilməsi barədə razılığa gəlinmişdir. Həmin Müqavilələr üzrə xx xxxxxx 2015-ci il tarixindən xx xxxxxx 2017-ci il tarixinədək ümumi dəyəri ******* (iki milyon on bir min) ABŞ dolları təşkil edən yarım işlənmiş dəri məhsulları satıcı İddiaçı tərəfindən alıcı “X4. ve San.LTD.ŞTİ” göndərilmişdir. Həmin Müqavilələr üzrə göndərilmiş cəmi ******* (iki milyon on bir min) ABŞ dolları məbləğində məhsullara görə alıcı “X4. ve San.LTD.ŞTİ” tərəfindən satıcı İddiaçınə cəmi ******* ABŞ dolları məbləğində pul ödənilmiş olsa da (sonuncu ödəniş xx xxxxxx 2016-cı ildə ödənilmişdir), alınmış məhsulun qalan 917755 ABŞ dolları məbləğində pulu ödənilməyərək, həmin məbləğdə qalıq borc yaranmışdır (təsvir olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr, invoyslar və digər maliyyə-gömrük sənədləri ilə təsdiq olunur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı “X4. ve San.LTD.ŞTİ” arasında bağlanmışxx xxxxxxx 2014-cu il tarixli 2 nömrəli, xx xxxxx 2015-ci il tarixli 4 nömrəli, xx xxxxxx 2015-ci il tarixli 10 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 15 nömrəli alqı-satqı müqavilələri üzrəalınmış yarım işlənmiş dəri məhsullarına görə 917755 (doqquz yüz on yeddi min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində pul vəsaiti alıcı “X4. ve San.LTD.ŞTİ” tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də,hazırkı iddia ərizəsində ödənilməmiş 917755 (doqquz yüz on yeddi min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində borcun və həmin borc üzrə ödənişin gecikdirildiyinə görə illik 5%-lə olmaqla hesablanmış 50000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “X4. ve San.LTD.ŞTİ”-dən xx xxxxxxx 2014-cu il tarixli 2 nömrəli, xx xxxxx 2015-ci il tarixli 4 nömrəli, xx xxxxxx 2015-ci il tarixli 10 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 15 nömrəli alqısatqı müqavilələri üzrə yaranmış 917755 (doqquz yüz on yeddi min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində qalıq borcun və ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 50000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh “X4. ve San.LTD.ŞTİ”-dən xx xxxxxxx 2014-cu il tarixli 2 nömrəli, xx xxxxx 2015-ci il tarixli 4 nömrəli, xx xxxxxx 2015-ci il tarixli 10 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 15 nömrəli alqısatqı müqavilələri üzrə yaranmış 917755 ABŞ dolları məbləğində qalıq borc və ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 50000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X4. ve San.LTD.ŞTİ”-dən xx xxxxxxx 2014-cü il tarixli 2 nömrəli, xx xxxxx 2015-ci il tarixli 4 nömrəli, xx xxxxxx 2015-ci il tarixli 10 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 15 nömrəli alqı-satqı müqavilələri üzrə yaranmış 917755 (doqquz yüz on yeddi min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində qalıq borc və ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 50000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti olmaqla, cəmi 967755 (doqquz yüz altmış yeddi min yeddi yüz əlli beş) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar