Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-264/2023 31.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 may 2019-cu il tarixli MK 041 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan kənd təsərrüfatı avadanlığı 3 ədəd inkibatorun saz və işlək vəziyyətdə geri qaytarılması, 01 noyabr 2022-ci il tarixə 2324,63 manat (iki min üç yüz iyirmi dörd manat 63 qəpik) gecikdirilmiş əsas borc, 3961,33 manat (üç min doqquz yüz altmış bir manat 33 qəpik) cərimə borcu olmaqla, ümumilikdə 6285,96 manat (altı min iki yüz səksən beş manat 96 qəpik) borcun və 60 (altmış) manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İddiaçı2 30 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə göndərərək, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi” barədə iddia ərizəsinin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən iddiaçı İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd etmək lazımdır ki, həmin iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də iddiaçı tərəfindən elektron kabinetdə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-264/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-264/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver