Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-270/2024 20.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 32908 (otuz iki min doqquz yüz səkkiz) manat məbləğində borc, ödənilmiş 192 (yüz doxsan iki) manat məbləğində dövlət rüsumu, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 34100 (otuz dörd min yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) ilə Cavabdeh (VÖEN **********) arasında 24 aprel 2023-cü il tarixli AB-70 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında müxtəlif tarixlərdə malların alqı-satqısı həyata keçirilmiş, müqaviləyə əsasən İddiaçı öhdəlikləri tam şəkildə yerinə yetirmiş, lakin Cavabdeh müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, müqavilə üzrə ödənilməmiş 32908 (otuz iki min doqquz yüz səkkiz) manat qalıq borc yaranmışdır. Müqavilə öhdəliklərini icra etmədiyi üçün müxtəlif tarixlərdə cavabdehin ünvanlarına pretenziya məktubu göndərilmiş, lakin nəticə əldə olunmamışdır. İddiaçı məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün Bakı Şəhər 12 saylı vəkil bürosunun vəkili ilə 1000 (min) manat dəyərində müqavilə bağlamış, həmçinin məhkəməyə müraciət etmək üçün 192 (yüz doxsan iki) manat dövlət rüsumu ödəmişdir. 10 mart 2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 29908 (iyirmi doqquz min doqquz yüz səkkiz) manat məbləğində borc, ödənilmiş 192 (yüz doxsan iki) manat məbləğində dövlət rüsumu, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 31100 (otuz bir min yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 may 2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 24 aprel 2023-cü il tarixli AB-70 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan X1nda göstərilən malları satıcı satmağı, alıcı isə aldığı malların dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə görə bu müqaviləyə əsasən malın qiyməti tərəflərin razılaşmasına uyğun olaraq müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 ilə və təqdim olunmuş qaimə-fakturalar əsasında müəyyən edilmişdir. Həmin müqavilənin 4-cü bəndinə görə bu müqaviləyə əsasən tərəflər arasındakı qarşılıqlı hesablaşmalar nağdsız qaydada mal təhvil-təslim edildikdən sonra satıcı tərəfindən təqdim edilmiş ödəniş sənədləri əsasında həyata keçiriləcək. İş materiallarında olan 17 may 2023-cü il tarixli 001 nömrəli Qiymətlərin razılaşma protokoluna əsasən 24 aprel 2023-cü il tarixli AB-70 nömrəli alqı-satqı müqaviləsi üzrə satılan meşə materialı taxtanın (miqdarı 110) qiyməti ƏDV daxil 48026 (qırx səkkiz min iyirmi altı) manat müəyyən edilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli 002 nömrəli Qiymətlərin razılaşma protokoluna əsasən 24 aprel 2023-cü il tarixli AB-70 nömrəli alqı-satqı müqaviləsi üzrə satılan meşə materialı taxtanın (miqdarı 31.075) qiyməti ƏDV daxil 14667,40 (on dörd min altı yüz altmış yeddi manat qırx qəpik) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 48026 (qırx səkkiz min iyirmi altı) manat dəyərində malların satılması ilə əlaqədar 17 may 2023-cü il tarixli EBDF seriyalı 789009 nömrəli, 14667,40 (on dörd min altı yüz altmış yeddi manat qırx qəpik) manat dəyərində malların satılması ilə əlaqədar 18 may il tarixli EBDF seriyalı 853951 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı bank hesabına 15 dekabr 2023-cü il tarixdə 9992 (doqquz min doqquz yüz doxsan iki) manat, 20 dekabr 2023-cü il tarixdə 3000 (üç min) manat, 27 dekabr 2023-cü il tarixdə 2230 (iki min iki yüz otuz) manat, 30 dekabr 2023-cü il tarixdə 5000 (beş min) manat, 14 fevral 2024-cü il tarixdə 3000 (üç min) manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 24 aprel 2023-cü il tarixdə 1458,82 (min dörd yüz əlli səkkiz manat səksən iki qəpik) manat və 8104,58 (səkkiz min yüz dörd manat əlli səkkiz qəpik) manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 24 aprel 2023-cü il tarixli AB-70 nömrəli alqı-satqı müqaviləsi üzrə 14667,40 (on dörd min altı yüz altmış yeddi manat qırx qəpik) manat dəyərində mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 09 mart 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında 62693,40 (altmış iki min altı yüz doxsan üç manat qırx qəpik) manat dəyərində malların alqı-satqısı olmuş, 32785,40 (otuz iki min yeddi yüz səksən beş manat qırx qəpik) manat ödəniş həyata keçirilmiş və 29908 (iyirmi doqquz min doqquz yüz səkkiz) manat borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 24 aprel 2023-cü il tarixli AB-70 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdehnə ümumilikdə 62693,40 (altmış iki min altı yüz doxsan üç manat qırx qəpik) manat dəyərində mallar təqdim edilmişdir. Cavabdeh həmin müqavilə üzrə cəmi 32785,40 (otuz iki min yeddi yüz səksən beş manat qırx qəpik) manat məbləğində ödəniş etmiş, 29908 (iyirmi doqquz min doqquz yüz səkkiz) manat məbləğində borcu qalmışdır. Buna görə də, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 29908 (iyirmi doqquz min doqquz yüz səkkiz) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 1000 (min) manat məbləğində xidmət haqqı ağlabatan və əsaslı olmadığından iddia həmin hissədə qismən təmin edilməli, Cavabdehndən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə 500 (beş yüz) manat məbləğində xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. İddia tələbinin “ödənilmiş 192 (yüz doxsan iki) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 179,72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 29908 (iyirmi doqquz min doqquz yüz səkkiz) manat məbləğində borc, ödənilmiş 179,72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 30587,72 (otuz min beş yüz səksən yeddi manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 29908 (iyirmi doqquz min doqquz yüz səkkiz) manat məbləğində borc, ödənilmiş 179,72 (yüz yetmiş doqquz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 30587,72 (otuz min beş yüz səksən yeddi manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-270/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-270/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver