Məhkəmə qərarları › İş №e-2-2(119)-28/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-28/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-28/2020 19.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X22 ləğvedicisi X3 nümayəndəsi X15, Cavabdeh nümayəndəsi X13 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X22 ləğvedicisi X3 Cavabdehnə qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X22 ləğvedicisi X9 Cavabdehnə qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” X32 ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış Barişıq Sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, “xxxxxxxxx” X32 ilə Cavabdeh arasında xx xxxx 2017-ci ildə Barişıq Sazişi imzalanmışdır. Həmin Sazişin şərtlərinə əsasən Cavabdeh MMC-nin xx xxxx 2017-ci il tarixə “xxxxxxxxx” ASC qarşısında müqavilələr və bu müqavilələrə edilmiş əlavə və dəyişikliklər üzrə borcunun qalığı 1585533,4 avro, o cümlədən 1248477,26 avro əsas borc, 234609,79 avro faiz borcu və 102446,35 avro cərimə borcu təşkil etmişdir. Qeyd olunan Sazişlə tərəflər razılaşmışlar ki, X24 məxsus ******* manat məbləğində depozitin ******* manatlıq hissəsi 1,3 kursu ilə avroya konvertasiya edilərək borcalanın müqavilələr üzrə öhdəliyinin əsas məbləğinin tam, artıq qalan məbləğinin əsas borca hesablanmış faizin bir hissəsindən silinir. Hesablanmış faizin ödənilməmiş qalıq hissəsi, kredit üzrə hesablanmış cərimə faizləri və dondurulmuş faizləri, o cümlədən hesablanacaq cərimələr kreditor tərəfindən borcalana güzəşt edilir. Həmin Sazişi “xxxxxxxxx” ASC-nin adından “xxxxxxxxx” ASC-nin “Əməliyyat İdarəsi” Filialının müdiri X16 imzalamışdır. Lakin, Barışıq Sazişi imzalamaq Kifayət Ağalarovanın səlahiyyətlərinə aid olan məsələ olmamışdır. Buna görə də, xx xxxx 2017-ci ildə bağlanmış və özündə kifayət qədər ciddi güzəştləri nəzərdə tutan əqd ləğv edilməlidir və həmin əqd heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X22 ləğvedicisi X3 nümayəndəsi X25 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və “xxxxxxxxx” X32 ilə Cavabdeh arasında xx xxxx 2017ci il tarixdə bağlanmış Barişıq Sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X3 nümayəndəsi X4 cavab olaraq bildirdi ki, ləğv edilməsi tələb olunan xx xxxx 2017-ci il tarixli Barişıq Sazişi “xxxxxxxxx” ASC-nin adından "Əməliyyat İdarəsi” filialının müdiri X16 və Cavabdeh MMC-nin adından qanuni təmsilçisi X31 tərəfindən imzalanmış və X35 ilə tərəflər arasında olan xx xxxxxx 2014-cü il tarixli iki kredit müqaviləsi üzrə öhdəliklərin tənzimlənməsi nəzərdə tutulmuşdur. Lakin, X35ni imzalamış “xxxxxxxxx” ASC-nin "Əməliyyat İdarəsi” filialının müdiri X11 belə bir Barışıq Sazişi imzalamaq səlahiyyəti olmamışdır. Həmin Filial müdirinin qeyd olunan Barışıq Sazişini imzalamaq səlahiyyətini təsdiq edən hər hansı bir etibarnamə yoxdur. Həqiqətən də “xxxxxxxxx” ASC və Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqavilələri üzrə yaranmış əsas borc Cavabdeh MMC-nin qanuni təmsilçisi X20 depozit hesabından yönəldilən ******* manat pulun əvəzində silinmiş olsa da, həmin silinmə Barışıq Sazişinə görə deyil, “xxxxxxxxx” ASC-nin Kredit Komitəsinin xx xxxx 2017-ci il tarixli Protokolu əsasında baş tutmuşdur. Əgər X35 nəzərə alınmış olsaydı, “xxxxxxxxx” ASC və Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqavilələri üzrə məlum Barışıq Sazişindən 3 gün sonra, yəni xx xxxxx 2017-ci ildə X27 arasında zaminlik müqaviləsi bağlanmazdı. Hal-hazırda Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli kredit müqavilələri üzrə əsas borcu olmasa da, faiz və cərimə borcu vardır. “xxxxxxxxx” ASC-nin Kredit Komitəsinin xx xxxx 2017-ci il tarixli Protokolu ilə depozit hesabından yönəldilən pul vəsaiti hesabına xx xxxxxx 2014-cü il tarixli kredit müqavilələri üzrə hesablanmış əsas borc silinmiş olsa da, həmin Protokolda nəzərdə tutulmasına baxmayaraq qalan faiz və cərimə borcları güzəşt edilməmişdir. Çünki, X23 xx xxxxxx 2016-cı il tarixli iclas Protokoluna əsasən Kredit Komitəsinin belə bir səlahiyyəti olmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X21 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, ləğv edilməsi tələb olunan xx xxxx 2017-ci il tarixli Barişıq Sazişi “xxxxxxxxx” ASC-nin adından etibarnamə əsasında "Əməliyyat İdarəsi” filialının müdiri X16 və Cavabdeh MMC-nin adından qanuni təmsilçisi X31 tərəfindən imzalanmış və X35 ilə tərəflər arasında olan xx xxxxxx 2014-cü il tarixli iki kredit müqaviləsi üzrə öhdəliklər tənzimlənmişdir. Belə ki, həmin Sazişdə Cavabdeh MMC-nin direktoru X24 məxsus hesabdan ******* manat pulun ******* manat hissəsi 1,3 kursu ilə avroya konvertasiya edilərək, ”Cavabdeh” MMC-nin xx xxxxxx 2014-cü il tarixli müqavilələr üzrə borc öhdəliyinin əsas məbləğinin tam, artıq qalan məbləğin isə əsas borca hesablanmış faiz borcunun bir hissəsinin silinməsi və digər faiz və cərimələrin isə güzəşt edilməsi nəzərdə tutulmuşdur. X29 tələblərinə uyğun olaraq Cavabdeh MMC-nin direktoru X20 depozit hesabından ******* manat məbləğində pul vəsaiti xx xxxxxx 2014-cü il tarixli kredit müqavilələri üzrə olan əsas borcun və artıq qalan məbləğin isə əsas borca hesablanmış faiz borcun silinməsinə yönəldilmişdir. Barışıq Sazişi bağlandıqdan sonra tərəflər arasında həmin Sazişlə bağlı heç bir mübahisə olmamışdır. Lakin, 2019-cu ildə sistemdə Cavabdeh MMC-nin “xxxxxxxxx” X26 341949 avro borcu olduğu göründüyündən, bununla bağlı həmin Bankın ləğvedicisi X5 sorğu verilmiş və həmin sorğuya müsbət cavab alınmadığından Cavabdeh MMC tərəfindən Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. Yalnız, həmin iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra Ləğv prosesində olan “xxxxxxxxx” X32 hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin iddia ərizəsində qeyd etdiyi “xxxxxxxxx” ASC-nin adından Barışıq Sazişini imzalamış Filial rəhbərinin etibarnamə əsasında barışıq sazişini imzalamaq səlahiyyətinin olmaması məsələsi isə tamamilə yanlışdır. Barışıq Sazişini imzalayan həmin Filial müdirinin tam səlahiyyəti olmuşdur. Eyni zamanda, hazırki iddia üzrə iddia müddəti ötürüldüyündən iddia ərizəsinə iddia müddəti də tətbiq edilməlidir. Ona görə də, əsassız olduğu üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahid ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X31 bildirdi ki, o, Cavabdeh qanuni təmsilçisi, yəni direktorudur. xx xxxxxx 2014-cü il tarixli iki kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin “xxxxxxxxx” ASC-yə avro ilə alınmış kredit üzrə borcu olmuşdur. Eyni zamanda, onun Bankdakı depozit hesabında manatla pul vəsaiti olmuşdur. 2017-ci ildə Bankın rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində onların arasında belə bir razılığa gəlinmişdir ki, onun depozit hesabında manatla olan pul vəsaitinin ******* manat hissəsinin hesabına Cavabdeh MMC-nin avro ilə olan əsas və faiz borcunun bir hissəsi ödənilsin, qalan faiz və cərimə borcları isə silinsin. Buna görə də, Bankın rəhbərliyinin razılığı ilə xx xxxx 2017-ci il tarixli Barişıq Saziş i“xxxxxxxxx” ASC-nin adından etibarnamə əsasında "Əməliyyat İdarəsi” filialının müdiri Ağalarova Kifayət və Cavabdeh MMC-nin adından onun tərəfindən imzalanmışdır. X17 depozit hesabında olan pulun ******* manat hissəsi 1,3 kursu ilə avroya konvertasiya edilərək, ”Cavabdeh” MMC-nin xx xxxxxx 2014-cü il tarixli müqavilələr üzrə borc öhdəliyinin əsas məbləğinin tam, artıq qalan məbləğin isə əsas borca hesablanmış faiz borcunun bir hissəsinin silinməsi və digər faiz və cərimələrin isə güzəşt edilməsi nəzərdə tutulmuşdur. X37 tərəfindən icra olunmuş və ”Cavabdeh” MMC-nin kredit borcu onun depozit hesabından yönələn pul hesabının əvəzində silinmişdir. Məhkəmə iclasında şahid X7 cavab olaraq bildirdi ki, xx xxxx 2017-ci il tarixli Barışıq Sazişinin şərtlərinin yerinə yetirilməsi üçün Bankın təklifi ilə onun depozit hesabında olan pul vəsaitinin ******* manatı zamin ola biləcək təsisçi X19 adından ”Cavabdeh” MMC-nin kredit borcunun əvəzinə ödənməli olduğuna görə, təsisçi X27 ilə Bank arasında xx xxxxx 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmış və bundan sonra Barışıq Sazişinin tələbləri yerinə yetirilərək depozit hesabında olan pul vəsaiti ilə ”Cavabdeh” MMC-nin kredit borcunun əsas hissəsi və faiz borcunun bir hissəsi ödənilmiş, qalan faiz və cərimə isə güzəşt edilmişdir. xx xxxxx 2017-ci il tarixli Zaminlik müqaviləsinin bağlanması təklifini də Bank irəli sürmüş və həmin X18 Sazişinin icrası ilə əlaqədar imzalanmışdır. X14 Barışıq Sazişindən 3 gün sonra bağlanması isə ortada şənbə və bazar günlərinin olması ilə əlaqədardır. 2019-cu ildə isə məlum olmuşdur ki, sistemdə kredit müqavilələri üzrə faiz və cərimə borcu olaraq ”Cavabdeh” MMC-nin borcu olduğu göstərilməmişdir. Onlar həmin borcun silinməsi üçün məhkəməyə müraciət etdikdən sonra X9 da məlum Barışıq Sazişinin ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. xx xxxx 2017-ci il tarixli Barişıq Sazişini "Əməliyyat İdarəsi” filialının müdiri Ağalarova Kifayət tərəfindən imzalanması tam qanuni olmuş və sonuncunun buna bütün səlahiyyətləri olmuşdur. İş materialları ilə müəyyən olunur ki, “xxxxxxxxx” X32 ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli 030494 saylı Kredit müqaviləsi və xx xxxxxx 2014-cü il tarixli ******* saylı Kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli Əlavə Saziş, xx xxxx 2017-ci il tarixli Barişıq Sazişi və “xxxxxxxxx” ASC ilə zamin X27 arasında xx xxxxx 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli Barişıq Sazişindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 1992-ci il tarixli 24 saylı lisenziyası və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “xxxxxxxxx” ASC, etibarnamə əsasında "Əməliyyat İdarəsi” filialının müdiri X16 şəxsində - bundan sonra "Kreditor" adlanacaq, digər tərəfdən Cavabdeh MMC, qanuni təmsilçisi X31 şəxsində - bundan sonra "Borcalan" adlanacaq Tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 030494 saylı və xx.xx.2014-cü il tarixli ******* saylı Kredit müqavilələrinə (bundan sonra - Müqavilələr) dair aşağıdakı razılığa gəlmişlər:

1. “ 1.1. Borcalanın hazırkı xx.xx.2017-ci il tarixə Kreditor qarşısında Müqavilələr və bu müqavilələrə edilmiş əlavə və dəyişiklər üzrə borcunun qalığı 1585533,4 (bir milyon beş yüz səksən beş min beş yüz otuz üç avro qırx sent) EUR (o cümlədən, əsas borc 1248477,26 (bir milyon iki yüz qırx səkkiz min dörd yüz yetmiş yeddi avro iyirmi altı sent) EUR, faiz 234609,79 (iki yüz otuz dörd min altı yüz doqquz avro yetmiş doqquz sent) EUR və cərimə 102446,35 (bir yüz iki min dörd yüz qırx altı avro otuz beş sent) EUR) təşkil edir. 1.1. Tərəflər razılaşırlar ki, X24 məxsus olan ******* AZN məbləğində depozitin ******* AZN-lik hissəsi 1,3 kursu ilə EUR-ya konvertasiya edilərək, Borcalanın Müqavilələr üzrə borc öhdəliyinin əsas məbləğinin tam, artıq qalan məbləğinin əsas borca hesablanmış faizin bir hissəsindən silinir. Hesablanmış faizin ödənilməmiş qalıq hissəsi, kredit üzrə hesablanmış cərimə faizləri və dondurulmuş faizləri, o cümlədən hesablanacaq cərimələr Kreditor tərəfindən Borcalana güzəşt edilir. 1.3. Bu Sazişin icrası ilə əlaqədar yaranmış öhdəliklər istisna olmaqla, Bu Saziş icra edildikdən sonra Kreditor tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 030494 saylı və xx.xx.2014-cü il tarixli ******* saylı Kredit müqavilələrinə dair hər hansı bir iddia və tələbə malik olmayacaqdır. 1.4. Bu Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilib, imzalanıb və Tərəflərin hər birində bir nüsxəsi saxlanılır. 1.5. Borcalan bu Sazişi oxuduğunu, Saziş şərtlərinin ona izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirir. 1.6. Bu Saziş imzalandığı tarixdən qüvvəyə minir və hazırkı Saziş Tərəflər bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək və ya Kreditor tərəfindən xitam verilənədək qüvvədədir.” (X35 “xxxxxxxxx” ASC-nin "Əməliyyat İdarəsi” filialının müdiri X16 və Cavabdeh MMC-nin qanuni təmsilçisi X31 tərəfindən imzalanaraq, möhürlənmişdir). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin təqdim etmiş olduğu “xxxxxxxxx” ASC-nin Kredit Komitəsinin xx xxxx 2017-ci il tarixli iclas protokolunun məzmunu ilə müəyyən olunur ki, həmin iclasda Kredit Komitəsi tərəfindən X20 adına olan ******* AZN məbləğində depozitin ******* AZN-lik hissəsi 1,3 kursu ilə EUR-ya konvertasiya edilərək, Cavabdeh MMC-nin adına olan kreditin əsas məbləğindən (qalıq-1248477,26 EUR), qalan məbləğ isə hesablanmış faiz məbləğindən silinməsi və Müştərinin kredit üzrə Silinmə verildikdən sonra qalan faiz və cərimə borcları, o cümlədən bağlanma tarixinədək hesablanacaq faiz və cərimə borclarının güzəşt edilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx xxxx 2017-ci il tarixli Barişıq Sazişi kreditor “xxxxxxxxx” ASC-nin adından "Əməliyyat İdarəsi” filialının müdiri X16 tərəfindən imzalanaraq möhürlənmiş və sonuncunun həmin Sazişi “etibarnamə əsasında” imzaladığı qeyd olunmuşdur. Lakin, məlum Barışıq Sazişində həmin etibarnamənin tarixi və nömrəsi göstərilməmişdir. Bununla belə, X29 imzalandığı gün Bankın Kredit Komitəsinin də iclası olmuş və həmin iclasda xx xxxxxx 2014-cü il tarixli 030494 saylı və ******* saylı kredit müqavilələri və bu müqavilələrə edilmiş əlavə və dəyişiklər üzrə hesablanmış borcun ödənilməsi ilə əlaqədar Barışıq Sazişində göstərilən şərtlərlə eyni məzmunlu qərar qəbul edilmişdir. Beləliklə də, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, kreditor “xxxxxxxxx” ASC və borcalan Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 030494 saylı və ******* saylı kredit müqavilələri və bu müqavilələrə edilmiş əlavə və dəyişiklər üzrə xx xxxx 2017-ci il tarixinə 1248477,26 (bir milyon iki yüz qırx səkkiz min dörd yüz yetmiş yeddi avro 26 sent) avro əsas borc, 234609,79 (iki yüz otuz dörd min altı yüz doqquz avro 79 sent) avro faiz borcu və 102446,35 (bir yüz iki min dörd yüz qırx altı avro 35 sent) avro cərimə borcu olmaqla, ümumi borcun qalığı 1585533,4 (bir milyon beş yüz səksən beş min beş yüz otuz üç avro 40 sent) avro təşkil etmiş və xx xxxx 2017-ci il tarixindən sonra Cavabdeh MMC-nin qanuni təmsilçisi X24 məxsus olan ******* manat məbləğində depozitin ******* manat hissəsi 1,3 kursu ilə avroya konvertasiya edilərək borcalan Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli 030494 saylı və ******* saylı kredit müqavilələri və bu müqavilələrə edilmiş əlavə və dəyişiklər üzrə xx xxxx 2017ci il tarixinə hesablanmış borcun əsas məbləği tam və əsas borca hesablanmış faizin bir hissəsi silinmişdir. Həmin vaxtdan sonra keçən müddət ərzində məlum Barışıq Sazişi mübahisələndirilməsə də, Cavabdeh MMC tərəfindən 2019-cu ildə Barışıq Sazişinə əsasən silinməmiş faiz və cərimə borcuna görə Ləğv prosesində olan “xxxxxxxxx” ASCnin ləğvedicisi X2rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət olunduqdan sonra Ləğv prosesində olan “xxxxxxxxx” ASCnin ləğvedicisi X9 da xx xxxxxxx 2019-cu ildə X29 ləğv edilməsi üçün hazırkı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-cimaddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İddia ərizəsinin məzmunu və məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı tərəf “xx xxxx 2017-ci il tarixli Barişıq Sazişinin ləğv edilməli olmasını Bankın adından həmin Sazişi imzalamış “xxxxxxxxx” ASC-nin "Əməliyyat İdarəsi” filialının müdiri X11 belə bir saziş imzalamaq səlahiyyətinin olmaması” ilə əsaslandırmışdır. Lakin, həmin Saziş hazırkı iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək mübahisələndirilməmiş və hətta, məlum Sazişin tələblərinə uyğun olaraq X24 məxsus olan ******* manat məbləğində depozitin ******* manat hissəsi 1,3 kursu ilə avroya konvertasiya edilərək, borcalan Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli 030494 saylı və ******* saylı kredit müqavilələri üzrə xx xxxx 2017-ci il tarixinə hesablanmış borcun əsas məbləği və əsas borca hesablanmış faizin bir hissəsi silinmişdir. Bununla belə, hazırkı iddia ərizəsi üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəf “xxxxxxxxx” ASC-nin "Əməliyyat İdarəsi” filialının müdiri X11 məlum Sazişi imzalamaq səlahiyyətinin olmamasını sübut edə bilməmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı xx xxxx 2017-ci il tarixli Barişıq Sazişinin ləğv olunmalı olmasını – “ “xxxxxxxxx” ASC ilə zamin X27 arasında xx xxxxx 2017-ci il tarixli Zaminlik müqaviləsinin bağlanması (həmin Müqaviləni də Bankın adından "Əməliyyat İdarəsi” filialının müdiri X16 imzalamışdır) və “xxxxxxxxx” ASC-nin Kredit Komitəsinin xx xxxx 2017-ci il tarixli İclas Protokolu” ilə əsaslandırmış olsa da - həmin sənədlərin mövcudluğu özlüyündə “xxxxxxxxx” ASC-nin "Əməliyyat İdarəsi” filialının müdiri X11 məlum Barışıq Sazişini imzalayarkən, onun həmin Sazişi imzalamaq səlahiyyətinin olmamasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Eləcə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsaslılığının sübutu ilə bağlı göstərmişdir ki, “xxxxxxxxx” ASC və Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqavilələri üzrə yaranmış əsas borc Cavabdeh MMCnin qanuni təmsilçisi X20 depozit hesabından yönəldilən ******* manat pulun əvəzində silinmiş olsa da, həmin silinmə Barışıq Sazişinə görə deyil, “xxxxxxxxx” ASC-nin Kredit Komitəsinin xx xxxx 2017-ci il tarixli İclas Protokolu əsasında baş tutmuşdur. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi “1700000 manat pul vəsaiti” X20 şəxsi (depozit) hesabında, yəni mülkiyyətində olmuş və həmin pul vəsaitinin Cavabdeh MMC-nin borcuna görə silinməsi üçün “xxxxxxxxx” ASC-nin Kredit Komitəsinin sərəncam vermək hüququ olmamışdır. Yəni, məlum “Protokol” özgənin mülkiyyətində olan pul vəsaiti üzrə sərəncamverici sənəd deyildir və heç bir əsas olmadan “Protokol”a əsasən bir şəxsin (X20) mülkiyyətində olan pul vəsaiti ilə digər şəxsin (Cavabdeh MMC-nin) borcu ödənilə bilməzdi. İş materiallarından da görünür ki, “xxxxxxxxx” ASC-nin Kredit Komitəsinin xx xxxx 2017-ci il tarixli Protokolunda qəbul edilmiş qərar mahiyyət etibarilə məlum Barışıq Sazişinin şərtləri ilə eynidir. Beləliklə də, iddiaçı tərəfindən “xxxxxxxxx” ASC-nin Kredit Komitəsinin xx xxxx 2017-ci il tarixli Protokolu ilə X20 şəxsi hesabında olan ******* manat pul vəsaitinin hansı əsasla Cavabdeh MMC-nin borcuna silinməsinə dair mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə - “ “xxxxxxxxx” X32 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli Barişıq Sazişinin şərtlərinin icra edilməməsi” barədə iddiaçının irəli sürdüyü dəlilləri əsassız hesab edir. İşin diqqətəlayiq digər bir halı da ondan ibarətdir ki, iddiaçı tərəf "Əməliyyat İdarəsi” filialının müdiri X11 “Bankın adından əqd imzalamaq səlahiyyətinin olmamasına” istinad etsə də, işin hallarından görünür ki, “xxxxxxxxx” ASC-nin "Əməliyyat İdarəsi” filialının müdiri X16 tərəfindən imzalanmış əqdi (Barışıq Sazişini) “xxxxxxxxx” ASC sonradan bəyənmiş, hətta X29 nəzərdə tutduğu şərtləri də icra etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X9 tərəfindən Cavabdeh MMC-nə qarşı verilmiş “ “xxxxxxxxx” X32 ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış Barişıq Sazişinin ləğv edilməsi” barədə iddia tələbinin əsaslılığı sübuta yetmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-cimaddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx xxxx 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf Cavabdehnə qarşı yönəlmiş “ “xxxxxxxxx” X32 ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış Barişıq Sazişinin ləğv edilməsi” barədə iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. Eyni zamanda, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə araşdırması zamanı iddia tələbini qəbul etməyərək, cavabdehə qarşı yönələn iddia tələbini əsaslılığı baxımından mübahisələndirməklə yanaşı, məhkəmə prosesi zamanı məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı mübahisəyə iddia müddətinin də tətbiq edilməsini xahiş etmiş və bundan əlavə, məhkəməyə yazılı vəsatətlə müraciət edərək, ”xxxxxxxxx” ASC-nin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmasını və onların cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə tərəfindən həmin ərizə və vəsatət üzrə qərar qəbul edilməməlidir. Çünki, məhkəmənin cinayət məsuliyyətinə cəlb etmək səlahiyyətinin olmaması ilə yanaşı, əsaslılığı sübuta yetməyən hər hansı bir iddia tələbinə də iddia müddəti tətbiq edilə bilməz. Yəni, əvvəlcə iddia tələbinin əsaslılığı yoxlanılmalı və iddia tələbi əsaslı olduğu halda, iddia müddətinin keçib-keçməməsi məsələsi araşdırılmalıdır. Hazırki halda isə “barışıq sazişinin ləğv edilməsi” barədə iddia tələbinin əsaslılığı sübuta yetmədiyindən, məhkəmə hesab edir ki, əsassız tələbə dair iddia müddətinin keçib-keçməməsi məsələsinin araşdırılmasına lüzum yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ. Binnətovun şikayəti üzrə Azərbayjan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. ... İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X22 ləğvedicisi X3 Cavabdehnə qarşı “barışıq sazişinin ləğv edilməsi” barədə iddia tələbi, yəni “ “xxxxxxxxx” X32 ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış Barişıq Sazişinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, hazırkı iddia ərizəsi üzrə olan iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X22 ləğvedicisi X3 Cavabdehnə qarşı “barışıq sazişinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar