Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-289/2020 19.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “MCB X2 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər ”Cavabdeh4” Məhdud Məsuliyyətli Cəmiyyətinə, ”D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı “borcun tutulması və müqavilənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “MCB X2 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər ”Cavabdeh4” Məhdud Məsuliyyətli Cəmiyyətinə, ”D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı “borcun tutulması və müqavilənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “xx.xx.2017 tarixli LM № 2xx/xx-2017 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə “MCB X2 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə olan lizinq ödənişləri və cərimələr üzrə iddia verilən tarixə gecikmə cərimələri üzrə 3283 (üç min iki yüz səksən üç) manat, faiz/mükafat üzrə 2466,60 (iki min dörd yüz altmış altı manat 60 qəpik) və əsas məbləğ üzrə 24734,99 (iyirmi dörd min yeddi yüz otuz dörd manat 99 qəpik) olmaqla, cəmi 30484,59 (otuz min dörd yüz səksən dörd manat 59 qəpik) manat məbləğində borcun Cavabdeh4ndən, “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutulması, xx.xx.2017 tarixli LM № 2xx/xx-2017 saylı daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməklə 04 ədəd NAO33201001“AİR One 2000 ASD evo class 2” traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş toz paylayan və səpələyən qurğunun (Seriya № **********129; **********096; **********124; **********055) Cavabdeh4 tərəfindən “xxxx” QSC-yə geri qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, cavabdeh qismində göstərilmiş Cavabdeh4nə qarşı yönələn iddia tələbi iddia ərizəsində əsaslandırılmiş olsa da, digər cavabdehlərə qarşı yönələn tələb, yəni cavabdehlər ”D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı yönələn iddia tələbi iddia ərizəsində müvafiq qaydada əsaslandırılmamış və həmin cavabdehlərə qarşı yönələn iddia tələbinin əsaslandırıldığı hallar iddia ərizəsində qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb - iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eləcə də, iddia ərizəsinin surətinin cavabdehlər tərəfindən alınmasını təsdiq edən müvafiq sənəd iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi akt və qəbzlərin isə “iddia ərizəsinin” və yaxud “pretenziya məktublarının” cavabdehlərə çatdırılmasını təsdiq edən sənədlər olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “MCB X2 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər ”Cavabdeh4” Məhdud Məsuliyyətli Cəmiyyətinə, ”D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı “borcun tutulması və müqavilənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-289/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-289/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver