Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-3/2025 06.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın çağırılması və mənfəətin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın çağırılması və mənfəətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh gəlirlərini müəyyən etmək üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağının çağırılması və Cavabdeh təsis edildiyi 01 mart 2011-ci il tarixdən alqı-satqı müqaviləsinin bağlandığı 08 avqust 2019-cu il tarixinədək əldə edilmiş xalis mənfəəti müəyyən olunaraq mənfəətin 50%-nin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İbrahimov X2 Cavid Məhəmməd oğlu ilə birlikdə xx.xx.2011-ci il tarixdə Cavabdeh təsis etmişdir. Cəmiyyətin nizamnamə kapitalı 20 manat məbləğində müəyyən edilmiş və hər birinin dəyəri 5 manat olmaqla 4 paydan ibarət olmuşdur. Təsisçilərin nizamnamə kapitalında payları aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı - 10 manat, 2 pay, 50%, pul şəklində, X3 - 10 manat, 2 pay, 50%, pul şəklində. İddiaçı 08 avqust 2019-cu il tarixdə Nümayəndə2 ilə Xaçmaz rayonu, 1 saylı notariat ofisində reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilə bağlayaraq ona məxsus 50% payı Nümayəndə2 ******* (üç milyon) manat ödəmə vədinə inanaraq 5600 (büş min altı yüz) manata satmışdır. Nümayəndə2 verdiyi vədi yerinə yetirmədiyindən İddiaçı Nemətulla oğlu iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, 1 saylı notariat ofisində onunla cavabdeh Nümayəndə2 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-73/2020 nömrəli 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar olmadığından iddia rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2632/2020 saylı 01 dekabr 2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2970/2021 nömrəli 25 may 2021-ci il tarixli qərarı ilə Şabran Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 01 mart 2011-ci il tarixdə təsis edilsə də, 2019-cu ilin avqust ayınadək Məhdud Məsuliyyətli Cəmiyyətinin gəlirlərindən dividend götürülməmişdir. Cavabdeh təsis edildiyi 01 mart 2011-ci il tarixdən alqı-satqı müqaviləsinin bağlandığı 08 avqust 2019-cu il tarixinədək şirkətin gəlirləri hesabına Cavabdeh bir çox dəyərli daşınmaz əmlaklar əldə etmişdir. Belə ki, İddiaçı Nemətulla oğlu özünə məxsus 22,95 hektar torpaq sahəsini Cavabdeh balansına keçirmişdir. 10 avqust 2011-ci il tarixdə Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinə əsasən 720000 manat, xx.xx.2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 480000 manat olmaqla cəmi 120000 manat kredit götürərək 62,05 hektar torpaq sahələri, texniki ləvazimatlar, ağır texnika əldə etməklə 70 hektar üzüm və meyvə bağları salınmış, 2 mərtəbəli qeyri-yaşayış obyekti tikilərək ofis təyinatlı istifadəyə verilmişdir. Bağlardan əldə edilən gəlirlərlə həm kreditin ödənilməsi təmin edilmiş, həm də yeni torpaq sahələri əldə edilərək yeni bağlar salınmışdır. 08 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanarkən alıcı Nümayəndə2 şirkətdən İddiaçı Nemətulla oğluna çatacaq payın əvəzinə ******* (üç milyon) manat pul ödəyəcəyini vəd etdiyindən iddiaçı ona inanaraq Cavabdehndən payını tələb etməmişdir. Sonradan Nümayəndə2 vədinə əməl etmədiyindən alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edilmiş, lakin məhkəmə iddianı təmin etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh təsis edildiyi 01 mart 2011-ci il tarixdən 2019-cu il avqust ayınadək cəmiyyətin gəlirlərindən əldə edilən mənfəət təsisçilər arasında bölüşdürülməlidir. 01 iyul 2020-ci il tarixli qiymətləndirmə rəyi ilə Şabran rayonu, Dəvəçi kəndində yerləşən 1 ha torpaq sahəsinin 65000-70000 min manat civarında olduğu müəyyən edilmişdir. 85 hektar torpaq sahəsinin 70 hektarı üzüm və meyvə bağlarıdır, həmin torpaq sahəsində əmlaklar mövcuddur. Həmin əmlakların ümumi dəyəri ******* (dörd milyon beş yüzəlli min) manat təşkil edir. Qalan 15 hektar torpaq sahəsində taxıl əkilir. Həmin torpaq sahəsi 1 ha 10000 (on min) manat olmaqla 150000 (yüz əlli min) manat təşkil edir. Ümumilikdə bağların dəyəri ******* (dörd milyon yeddi yüz min) manat təşkil edir. Meyvə bağlarından 2014-cü ildən gəlir götürüldüyündən 2014-cü ildən 28 aprel 2017-ci il tarixə müəsisənin gəlirlərindən ******* manat kreditin ödənilməsi təmin edilmişdir. Bağlardan təxmini illik 800***-******* manat arasında, taxıl zəmilərindən isə illik 20000 manat olmaqla gəlir əldə edilirdi. Müəsisənin gəlirləri hesabına vaxtlı-vaxtında kreditin ödənilməsini təmin etməklə yanaşı bir sıra nəqliyyat vasitələri (işçilərin daşınması üçün avtomobil, yük maşını, traktorlar və onların qoşquları olan aqrar texniki qurğular), bağların suvarılması üçün su ehtiyat anbarı olaraq suni göl yaradılmış, çardaqlar qurulmuş, 2 mərtəbəli ofis binası, nasosxanalar, kübrə tankerləri, anbarlar və sair əldə edilmişdir. 2017-2019 illər üzrə qeyd olunan illik gəlirlər bölüşdürülmədiyindən müəsisənin xalis mənfəəti olmuşdur. Bu səbəbdən cəmiyyətin gəlirlərini müəyyən etmək üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağı çağrılmalı, cəmiyyətin təsis edildiyi 01 mart 2011-ci il tarixdən 08 avqust 2019-cu il tarixinədək əldə edilmiş xalis mənfəət müəyyən olunaraq mənfəətin 50%-i iddiaçıya ödənilməlidir. Cavabdeh nümayəndəsi Vəkil1 14 sentyabr 2022-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz onun əsaslandırılmışdır ki, İddiaçı hazırki iddia tələbini irəli sürməkdə iddia ilə bağlı subyekt kimi ona məxsus hüquqlara malik deyildir. İddiasında göstərdiyi müddətdəki dövrlə bağlı tələb özünə aiddir və iddianı özü-özünə qarşı qaldırmalıdır. Cavabdeh mənfəət əldə edibetməməsi ilə bağlı hissə 2011-2019-cu illər üzrə illik vergi hesabatlarının yekunları ilə təsdiqlənməlidir. İddia ərizəsinə tələbi təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Mənfəətin müəyyən olunması üçün ümumi yığıncağın çağırılması tələbinin irəli sürülməsi absurddur. İddiaçı hazırda özünün ya təsisçi, ya səhmdar və ya payçı kimi hər hansı statusu olmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının çağırılması tələbini irəli sürməklə bağlı subyektiv hüquqa malik olmayan şəxsdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil1 etiraza uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh 18 mart 2011-ci il tarixdə qeydə alınmış nizamnaməsinin 2-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmindədir və hər biri 5 manat olmaqla 4 paydan ibarətdir. Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları İddiaçı - 10 manat, 2 pay, 50%, pul şəklində, X3 - 10 manat, 2 pay, 50% pul şəklində kimi müəyyən edilmişdir. Həmin nizamnamənin 4.1-ci bəndinə əsasən cəmiyyətin ali idarəetmə orqanı təsisçilərin azı ildə bir dəfə çağırılan ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanıarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat ofisində bağlanmış 08 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh nizamnamə kapitalındakı payını 5600 manata Əliyev X1. İş materiallarından görünür ki, Cavabdeh nizamnaməsinin 2.2-ci bəndinə edilmiş dəyişiklik 22 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydə alınmışdır. Həmin dəyişikliyə əsasən Nümayəndə2 nizamnamə kapitalındakı payı 20 manat, 4 pay, 100% pul şəklində müəyyən edilmişdir. İş materiallarında olan 10 avqust 2011-ci il tarixli tarixli 6636 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditverən 720000 manat məbləğində krediti illik 6 faiz dərəcəsi ilə 60 ay müddətində borcalanın istifadəsinə təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 20 oktyabr 2011-ci il tarixli 6642 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditverən 480000 manat məbləğində krediti illik 6 faiz dərəcəsi ilə xx.xx.2016-cı il tarixinədək borcalanın istifadəsinə təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında Şabran rayonu, Qalagah kəndində kənd təsərrüfatı təyinatlı 0,4095 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275100 nömrəli, 0,9005 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275099 nömrəli, 0,9005 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275337 nömrəli, 1,389 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275097 nömrəli, 0,0344 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli, 0,3776 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli, Şabran rayonu, Dəvəçi kəndində kənd təsərrüfatı təyinatlı 0,4455 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275085 nömrəli, 0,4077 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275093 nömrəli, 2,167 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275336 nömrəli, 0,4074 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275088 nömrəli, 1,3879 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275086 nömrəli, 0,651 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275087 nömrəli, 0,8614 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275091 nömrəli, 2,3226 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275092 nömrəli, 0,5040 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275090 nömrəli, 0,7193 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275089 nömrəli, 1,4557 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli 275098 nömrəli, 0,1753 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275096 nömrəli, 1,5417 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275094 nömrəli, 0,4972 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 275095 nömrəli, 0,0725 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli, 0,9005 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli, 2,3742 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli, 0,3776 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli, 0,0344 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli, 0,9005 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli, 0,3776 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli və 0,64964 ha torpaq sahəsinin satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ******* nömrəli alqı-satqı müqavilələri bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışlardan görünür ki, Şabran rayonunda xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 1,6311 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 1,223299 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 1,737 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,865218 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 1,6311 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,55 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,4077 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 1,223299 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 1,5314 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,5761 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 1,8706 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,4096 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,4058 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 2,038899 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 2,4299 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7061 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,1823 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,6332 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,407704 torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,9153 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 0,8155 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 3,2622 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli RX seriyalı 0029355nömrəli çıxarışa əsasən 0,48622 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 1,6311 ha torpaq sahəsi, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən 1,2233 ha torpaq sahəsi, xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 1,3558 ha torpaq sahəsi, xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 192002 ha torpaq sahəsi, xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 2,934 ha torpaq sahəsi, xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 1,223 ha torpaq sahəsi, xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,8155 ha torpaq sahəsi, xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 2,61 ha torpaq sahəsi, xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,8155 ha torpaq sahəsi, xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 3,3618 ha torpaq sahəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,5049 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,4077 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,445 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 1,389 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 1,5417 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 1,4557 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,497 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,175 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,8614 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 2,167 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı 015964 nömrəli çıxarışa əsasən 0,8614 ha torpaq sahəsi,xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 2,3226 ha torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 1,3879 torpaq sahəsi, xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 2,266 ha torpaq sahəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 3,3097 ha torpaq sahəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 3,1105 ha torpaq sahəsi, xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 2,3496 ha torpaq sahəsi, xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 2,3496 ha torpaq sahəsi, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 1,192802 ha torpaq sahəsi, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 3,4516 ha torpaq sahəsi, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 3,1966 ha torpaq sahəsi, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,651 ha torpaq sahəsi, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 1,425 ha torpaq sahəsi, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,0725 ha torpaq sahəsi, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,6496 ha torpaq sahəsi, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,3776 ha torpaq sahəsi və xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən 2,3742 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(031)- 73/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Nümayəndə2 və Xaçmaz rayonu 1 saylı notariat ofisinə qarşı Xaçmaz rayonu, 1 saylı notariat ofisində onunla cavabdeh Nümayəndə2 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, reyestrdə 3M-215 nömrə ilə qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddiası əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli 2(105)-2632/2020 nömrəli qətnaməsinə əsasən Şabran Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(031)-73/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(102)-2970/2021 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 01 dekabr 2020ci il tarixli 2(105)-2632/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli e-2- 2(113)-4268/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Nümayəndə2 qarşı tərəflər arasında 2019-cu il 8 avqust tarixində Xaçmaz rayonu, 1 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-215 nömrə ilə qeydə alınan alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 12 may 2023-cü il tarixli 2- 2(103)-364/2023 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli e-2-2(113)-4268/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 noyabr 2023-cü il tarixli 2-2(102)-498/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 12 may 2023-cü il tarixli 2- 2(103)-364/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. - 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. - 90-1.2-c maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. - 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. - 91.1-1-ci maddəsinə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49- 1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər - 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. - 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. - 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı Nemətulla oğlu və X3 tərəfindən təsis edilərək 18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. İddiaçı 08 avqust 2019-cu il tarixdə nizamnamə kapitalının miqdarı 10 manat, 50 faiz pul şəklində olan 2 payını 5600 manata Əliyev X1. Digər təsisçisi isə 27 dekabr 2019-cu il tarixdə nizamnamə kapitalının miqdarı 10 manat, 50 faiz pul şəklində olan 2 payını Nümayəndə2 5000 manata satmışdır. Hazırda Cavabdeh təsisçisi Nümayəndə2dur və onun nizamnamə kapitalındakı payı 20 manat, 4 pay, 100% pul şəklindədir. İddiaçının tələbi məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarına məxsus korporativ hüquqlar (ümumi yığıncağın çağırılması və mənfəətin bölüşdürülməsində iştirak barədə) ilə bağlıdır. Məhkəmə qeyd edir ki, korporativ hüquqların (hüquqi şəxsin idarə edilməsində iştirak, ümumi yığıncağın çağırılmasını tələb etmək, ümumi yığıncaqda iştirak etmək, mənfəətin bölüşdürülməsində iştirak etmək və s.) dairəsi qanunla və ya hüquqi şəxsin nizamnaməsi ilə müəyyən olunur. Bu hüquqlar cəmiyyətin nizamnamə kapitalındakı pay üzərində mülkiyyət hüququnun əldə edilməsi ilə yaranır və iştirakçıların cəmiyyətdən çıxması ilə xətm olunur. Göründüyü kimi, İddiaçı hazırda həmin cəmiyyətin iştirakçısı deyildir. Buna görə Mülki Məcəllədə nəzərdə tutulmuş cəmiyyətin iştirakçılarına məxsus hüquqlar ona şamil edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın çağırılması və mənfəətin ödənilməsi” tələbi barədə iddiası rədd edilməlidir. İddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın çağırılması və mənfəətin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-3/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-3/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver