Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-30/2021 21.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 07 sentyabr 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8114 (səkkiz min yüz on dörd) manat məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli Qərarı ilə təsdiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 06 aprel 2015-ci il tarixli 638-L/15 nömrəli və 14 may 2015-ci il tarixli 1867-GL/15 nömrəli Müqavilələrə əsasən sonuncuya lizinq predmeti olan kənd təsərrüfatı texnikaları lizinqə verilmişdir. Lakin, lizinq alan Cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və həmin Müqavilələr üzrə onun ümumilikdə cəmi 8114 (səkkiz min yüz on dörd) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.2.2-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, lizinq alan "xxxx" ASC ilə bağladığı müqavilələrin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən müqavilələr üzrə ödənişlər yerinə yetirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli e-2-2(119)-605/2020 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi üzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Prezidentinin “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli Fərmanı ilə adı və səlahiyyətləri dəyişdirilmiş "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsində nəzərdə tutulan mübahisənin mahiyyəti üzrə düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin işə qoşulması və əsl iddiaçının iştirakı ilə məhkəmə araşdırılmasının davam etdirilməsi məqsədi ilə dayandırılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə 13 sentyabr 2021-ci il tarixli ərizə ünvanlayaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-30/2021 nömrəli kommersiya işinin icraatının təzələnməsi və iddiaçının iş üzrə əsl iddiaçı olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnərək, məhkəmə baxışı davam etdirilmiş və iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh Cavabdeh 06 aprel 2015-ci il tarixli 638-L/15 nömrəli müqavilə üzrə 5580 manat məbləğində və 14 may 2015ci il tarixli 1867-GL/15 nömrəli müqavilə üzrə 2534 manat məbləğində əsas borc olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 8114 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (halhazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 06 aprel 2015-ci il tarixli 638-L/15 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Lizinq alan” Cavabdeh 5 (beş) il müddətinə ilkin ödənişin məbləği 620 (altı yüz iyirmi) manat məbləğində olmaqla, bir ədəd ümumi dəyəri 6200 (altı min iki yüz) manat məbləğində “AGTT-2000” markalı bağçılıq üçün ventilyatorlu qoşulan Çiləyici dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Lizinq alan Texnikaların dəyərindən Spesifikasiyada (Əlavə № 1) göstərilən 620 manat məbləğ əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilə üzrə tərtib edilmiş Ödəniş qrafikindən (Əlavə № 2) görünür ki, lizinq alan Cavabdeh müqavilə üzrə lizinq ödənişinin son ödəmə tarixi 05 aprel 2020-ci il müəyyən olunmuşdur. Lizinq predmeti olan “texnikaların təhvilqəbulu barədə” tərtib edilmiş 07 aprel 2015-ci il tarixli Aktla 1 (bir) ədəd 133382 şassi nömrəli “AGTT-2000” markalı bağçılıq üçün ventilyatorlu qoşulan Çiləyici nizamlanmış və komplekt halda lizinq alan Cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 21 oktyabr 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 06 aprel 2015-ci il tarixli 638-L/15 nömrəli müqavilə üzrə ödənilməli olan 6200 (altı min iki yüz) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən cəmi 620 (altı yüz iyirmi) manat məbləğində ödəniş edilmiş və 21 oktyabr 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 5580 (beş min beş yüz səksən) manat ödənilməmiş borcu vardır. Eləcə də, iş materiallarında olan “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 14 may 2015-ci il tarixli 1867-GL/15 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Lizinq alan” Cavabdeh 4 (dörd) il müddətinə ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə “Belarus- 82.1” markalı traktor dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmiş və həmin lizinq predmetinə görə lizinq ödənişi 2927,80 (iki min doqquz yüz iyirmi yeddi manat 80 qəpik) manat məbləğində müəyyən olunmuşdur. Həmin Müqavilə üzrə tərtib edilmiş Ödəniş qrafikindən (Əlavə № 2) görünür ki, lizinq alan Cavabdeh müqavilə üzrə lizinq ödənişinin son ödəmə tarixi 31 dekabr 2018-ci il müəyyən olunmuşdur. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 21 oktyabr 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 14 may 2015-ci il tarixli 1867-GL/15 nömrəli müqavilə üzrə ödənilməli olan 2927,80 (iki min doqquz yüz iyirmi yeddi manat 80 qəpik) manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən cəmi 393 (üç yüz doxsan üç) manat məbləğində ödəniş edilmiş və 21 oktyabr 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 2534,80 (iki min beş yüz otuz dörd manat 80 qəpik) manat ödənilməmiş borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi ilə əlaqədar bağlanmış 06 aprel 2015-ci il tarixli 638-L/15 nömrəli müqavilə üzrə Cavabdeh 5580 (beş min beş yüz səksən) manat məbləğində lizinq borcu və 14 may 2015-ci il tarixli 1867-GL/15 nömrəli müqavilə üzrə isə 2534,80 (iki min beş yüz otuz dörd manat 80 qəpik) manat məbləğində lizinq borcu olmaqla ümumilikdə hər iki müqavilə üzrə cəmi 8114,80 (səkkiz min yüz on dörd manat 80 qəpik) manat məbləğində əsas borcu vardır. Lakin, iddiaçı tərəfindən cavabdehdən hər iki müqavilə üzrə cəmi 8114,80 (səkkiz min yüz on dörd manat 80 qəpik) manat məbləğində deyil, 8114 (səkkiz min yüz on dörd manat) manat məbləğində əsas borc tələb olunur (iddia tələbində 14 may 2015-ci il tarixli 1867-GL/15 nömrəli müqavilə üzrə yaranmış 2534,80 (iki min beş yüz otuz dörd manat 80 qəpik) manat məbləğində borcun “80 qəpik” hissəsi nəzərə alınmır). İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 06 aprel 2015-ci il tarixli 638-L/15 nömrəli müqavilə üzrə 5580 (beş min beş yüz səksən) manat məbləğində əsas borcun və 14 may 2015-ci il tarixli 1867-GL/15 nömrəli müqavilə üzrə 2534 (iki min beş yüz otuz dörd) manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Qeyd etmək lazımdır ki, iddia tələbində hər iki müqavilə üzrə ümumilikdə cəmi 8114 (səkkiz min yüz on dörd manat) manat məbləğində əsas borc tələb olunduğundan, yəni iddia tələbində 21 oktyabr 2021-ci il tarixli Maliyyə Arayışında ödənilməmiş lizinq borcu kimi göstərilmiş 2534,80 (iki min beş yüz otuz dörd manat 80 qəpik) manat məbləğində borcun hamısı deyil, “80 qəpik” hissəsi nəzərə alınmadan 2534 (iki min beş yüz otuz dörd) manat məbləğində pul vəsaiti ümumi tələbə daxil edilərək cavabdehdən tələb edildiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hazırkı iddia ərizəsi üzrə yalnız verilmiş tələb üzrə qətnamə çıxara bilər. Çünki, həmin normanın tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 06 aprel 2015-ci il tarixli 638-L/15 nömrəli müqavilə üzrə 5580 manat məbləğində əsas borc və 14 may 2015-ci il tarixli 1867-GL/15 nömrəli müqavilə üzrə 2534 manat məbləğində əsas borc olmaqla, cəmi 8114 (səkkiz min yüz on dörd) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 06 aprel 2015-ci il tarixli 638-L/15 nömrəli müqavilə üzrə 5580 (beş min beş yüz səksən) manat məbləğində əsas borc, 14 may 2015-ci il tarixli 1867-GL/15 nömrəli müqavilə üzrə 2534 (iki min beş yüz otuz dörd) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 8144 (səkkiz min yüz qırx dörd) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-30/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-30/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver