Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-30/2023 09.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 8985,76 (səkkiz min doqquz yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9,86 (doqquz manat səksən altı qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “Məhsulların nisyə alqı satqısı barədə” 11 avqust 2020-ci il tarixli, 086 saylı müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 10485,76 (on min dörd yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndə əsasən malların dəyərini pul şəklində 5 (beş) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və 5 (beş) ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 8985,76 (səkkiz min doqquz yüz səksən beş manat yetmiş altı qəpik) manat hissəsini bu günədək ödəməmişdir. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək müqavilə üzrə öhdəliklərini icra etməsi və İddiaçı MMC-yə olan borcunu ödəməsi xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymamış və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınmışdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Mediasiya Şurasına müraciət edilmişdir. Yaranmış mübahisənin təyin edilmiş mediator vasitəsilə həlli mümkün olmamış, buna görə də mediator “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayış vermişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini və İddiaçındən hər hansı çeşiddə məhsul almadığını bildirmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, 086 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə görə satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 10485,76 (on min dörd yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır. Həmin müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 10485,76 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. Həmin müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya 10485,76 manat məbləğində olan borcunu 5 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 11 avqust 2020-ci il tarixli 086 nömrəli “Məhsulların nisyə alqısatqısı barədə” müqavilənin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 11 avqust 2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh 11 avqust 2020-ci il tarixdə satıcı İddiaçındən 10485,76 (on min dörd yüz səksən beş manat yetmiş altı qəpik) manat məbləğində məbləğində müxtəlif adda və çeşiddə məhsulları (içkiləri) təhvil almışdır. İş materiallarında olan kreditor İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 11 avqust 2020-ci il tarixli “Mövcud borcun etirafı haqqında” mücərrəd müqavilədə kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullara görə borclunun kreditora ümumilikdə 10485,76 manat məbləğində borcu yarandığı qeyd olunmuşdur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 2097,15 manat olmaqla, 11 yanvar 2021-ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh 11 avqust 2020-ci il tarixli, 086 nömrəli müqaviləyə əsasən 10485,76 manat məbləğində borcunu xx.xx.2021-ci il tarixinədək tam şəkildə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli 811877 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 1500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli e-2-2(119)- 1769/2022 nömrəli qərardadı ilə 11 avqust 2020-ci il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilədəki, 11 avqust 2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədəki, 11 avqust 2020-ci il tarixli təhvil-təslim aktındakı və “X5 Cəmiyyətinin prezidentinə ünvanlanmış ərizədəki imzaların Cavabdeh tərəfindən icra olunubolunmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 20 dekabr 2022-ci il tarixli 4/1694 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş e-2-2(119)-1769/2022 nömrəli işin 26-cı vərəqəsində olan 11 avqust 2020ci il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin aşağı sağ hissəsində “Alıcı” sözünün aşağısında “Tofiq Cavabdeh” yazıları və “İmza” sözünün qarşısındakı imza, i/v 27-də olan 11 avqust 2020-ci il tarixli mövcüd borcun etirafı haqqında mücərrəd müqavilənin aşağı sağ hissəsində “Borclu” qrafasındakı “Tofiq, Əliyev T, Taqı” yazıları və “F/S” qrafasındakı imza, i/v 28-də olan 11 avqust 2020-ci il tarixli məhsulların nisyə alqısatqısı barədə müqavilə üzrə 11 avqust 2020-ci il tarixli təhvil-təslim aktının aşağı sağ hissəsində “Təhvil aldı Alıcı” qrafasındakı “Cavabdeh Taqı” yazıları və “İmza” qrafasındakı imza, i/v 29-da olan “X5 Cəmiyyətinin prezidentinə ünvanlanmış 11 avqust 2020-ci il tarixli ərizənin aşağı hissəsində “İmza” qrafasındakı imza və “Cavabdeh Taqı” yazıları - Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 11 avqust 2020-ci il tarixli 086 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” müqaviləyə əsasən satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında müxtəlif çeşidli məhsulların nisyə alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə alıcı Cavabdeh satıcı İddiaçındən 10485,76 manat dəyərində müxtəlif içki məhsullarını nisyə almış, lakin o, öhdəliyini tam icra etməyərək malların dəyərinin 1500 manat hissəsini ödəmiş, 8985,76 manat hissəsini isə ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 8985,76 (səkkiz min doqquz yüz səksən beş manat 76 qəpik) manat məbləğində borcun Cavabdeh tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də Cavabdeh İddiaçı xeyrinə 8985,76 (səkkiz min doqquz yüz səksən beş manat 76 qəpik) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh 8985,76 (səkkiz min doqquz yüz səksən beş manat 76 qəpik) manat məbləğində bоrc İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət büdcəsinə ödəmiş olduğu 9,86 (doqquz manat 86 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 109,86 (yüz doqquz manat 86 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 100 (yüz) manat məbləğində (109,86 manat – 9,86 manat = 100 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X2 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh (VÖEN **********) 8985,76 (səkkiz min doqquz yüz səksən beş manat 76 qəpik) məbləğində borc və 9,86 (doqquz manat 86 qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla - cəmi 8995,62 (səkkiz min doqquz yüz doxsan beş manat 62 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-30/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-30/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver