Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-301/2025 15.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borcun, 2328 (iki min üç yüz iyirmi səkkiz) manat məbləğində cərimənin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat məbləğində xidmət haqqının və 197 (yüz doxsan yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verir, alıcı isə bunun müqabilində malların dəyərini müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalarda satıcıya ödəməyi öhdəsinə götürür. "xxxx" MMC "xxxx" MMC-nin sifarişi əsasında razılaşdırma protokolunda göstərilən malları sifarişçiyə təhvil vermiş, lakin müqavilə üzrə satılmış malların dəyəri bu günədək ödənilməmişdir. "xxxx" MMC-nin "xxxx" MMC-yə cəmi 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində borcu mövcuddur. Müqavilənin 2.1-ci bəndinə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i mallar tam təhvil verildikdən sonra satıcının bank hesabına ödənilir. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında təsdiq edilən qaimə-fakturalar satıcının malları alıcıya təhvil verdiyini təsdiq edən sənəddir. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə satıcı hər gecikən gün üçün gecikdirilən məbləğin 0,1%-i həcmində alıcıya cərimə tətbiq edə bilər, lakin bu cərimə müqavilənin ümumi məbləğinin 10%-dən çox olmamalıdır. İddiaçı tərəfindən bütün mallar tam təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəlik pozulmuş və onun iddiaçıya 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borcu, 2328 (iki min üç yüz iyirmi səkkiz) manat cərimə borcu yaranmışdır. Cavabdeh nümayəndəsi Vəkil 14 aprel 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı razılaşdırma protokolunda göstərilən malları cavabdehə çatdırmamış və tərəflər arasında təhvil-təslim aktı mövcud deyildir. İddiaçı iddia tələbi ilə bağlı sadəcə elektron qaimə-fakturalara istinad edərək tərəflər arasında borcun olduğunu sübut etməyə çalışır. Lakin tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsaslanaraq borcun tələb olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına ziddiyyət təşkil edir və ona görə bu tələbin əsasını təşkil edə bilməz. Belə ki, elektron qaimələr satıcı (iddiaçı) tərəfindən elektron formada hazırlanan və alıcıya (cavabdehə) göndərilən sənədlərdir. Bu sənədlər adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır, yəni iddiaçının cavabdehə elektron qaimə göndərməsi cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz. Qeyd olunanlardan başqa tərəflər arasında olan müqavilənin 3.4-cü bəndinə əsasən mallar alıcıya təhvil-təslim aktı ilə verilməli və malların təhvil-təslim zamanı alıcının nümayəndələri satıcının nümayəndələri ilə birlikdə mallara baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər. Yəni bir sözlə mallar verilərkən təhvil-təslim aktı müqaviləyə əsasən mütləq olmalıdır, lakin iş materiallarında təhvil-təslim aktı mövcud deyildir. Ona görə də iddia tələbi əsaslı deyil və təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı nümayəndəsi Nümayəndə 15 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bədinə əsasən satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verir, alıcı isə bunun müqabilində malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq satıcıya ödəyir. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i avans olaraq 7 iş günü ərzində satıcının bank hesabına ödənilir. - 2.2-ci bəndinə əsasən tərəflər arasında təsdiq edilən qaimə-fakturalar satıcının malları alıcıya təhvil verdiyini təsdiq edən sənəddir. - 4.1.2-ci bəndinə əsasən alıcıdan malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək satıcının hüququdur. - 4.4.2-ci bəndinə əsasən malların qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. - 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə satıcı hər gecikən gün üçün gecikdirilən məbləğin 0,1% həcmində alıcıya cərimə tətbiq edə bilər, lakin bu cərimə müqavilənin ümumi məbləğinin 10%-dən çox olmamalıdır. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan Qiymətlərin razılaşdırılma protokoluna əsasən ümumilikdə 21629,40 manat dəyərində malların miqdarı və qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 21629,40 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBR seriyalı 529595 nömrəli elektron qaimə-faktura təqdim olunmuş və həmin elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 1652 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBS seriyalı 684058 nömrəli elektron qaimə-faktura təqdim olunmuş və həmin elektron qaimə-faktura sistem tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilir ki, 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 23281,40 manat dəyərində mal satılmış, lakin Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərini ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müvafiq malları Cavabdehnə satsa da, cavabdeh malların dəyərini ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 21629,40 manat və 1652 manat dəyərində malların satılması ilə əlaqədar iki ədəd elektron qaimə-faktura göndərilmiş, onlardan birincisi cavabdeh tərəfindən, ikincisi sistem tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən hər iki elektron qaimə-faktura üzrə malların satılmasına və təhvil verilməsinə etiraz olunmamış və hər hər hansı dəqiqləşmə aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü və 3.4-cü bəndlərinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaiməfaktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 2328 (iki min üç yüz iyirmi səkkiz) manat məbləğində cərimənin tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1165 (min yüz altmış beş) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə İddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Vəkil bürosunun hesabına hüquqi xidmətə görə 426 (dörd yüz iyirmi altı) manat məbləğində pul ödənilməsini təsdiq edən 17 dekabr 2024-cü il tarixli ödəniş tapşırığını əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “197 (yüz doxsan yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 163,34 (yüz altmış üç manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borc,1165 (min yüz altmış beş) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat məbləğində xidmət haqqı və 163,34 (yüz altmış üç manat otuz dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25035,74 (iyirmi beş min otuz beş manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borc,1165 (min yüz altmış beş) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat məbləğində xidmət haqqı və 163,34 (yüz altmış üç manat otuz dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25035,74 (iyirmi beş min otuz beş manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-301/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-301/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver